vo sovxozların (dövlət müəssisələri) məhv edilməsi, kənd
təsərrüfatına yararlı torpaq sahələrini kənd əhalisinin xüsusi
mülkiyyətinə verməklə yeni iqtisadi sistemdə fəaliyyət
göstərmək üçün onlara ilkin bərabər şəraitin yaradılması,
kənd təsərrüfatı sferasında müxtəlif mülkiyyət formasına
əsaslanan yeni istehsal subyektlərinin yaradılması və s.
cəmiyyətin köhnə istehsal münasibətlərinə dözməzliyinə tam
təminat erir.
Elütün bunların nəticəsidir ki, son dövrlərdə kənd
m
təsərrüfatında istər əkinçilikdə, istərsə də maldarlıqda
respublika üzrə məhsul istehsalı xeyli dərəcədə artmışdır.
Qeyd etmək lazımdır ki, muxtar respublikada kənd
təsərrüfatı məhsullarının 99%-don çoxu özəl bölmənin payına
düşür. Bu isə aqrar bölmədə birinci mərhələdə keçirilən
islahatların
nəticəsidir.
Kənd
təsərrüfatında
məhsul
istehsalının artmasına baxmayaraq, göstərmək lazımdır ki,
bu sahədə hələ də məhsuldarlıq aşağıdır. Ona görə də artıq
ikinci mərhələnin, yəni bu sahədə istehsalın səmərəliliyinin
artırılması kimi mühüm vəzifə qarşıya qoyulur.
Bütövlükdə maddi istehsalın, o cümlədən də kənd tə
sərrüfat:. istehsalının səmərəliliyi mürəkkəb iqtisadi kateqo
riyadır. Odur ki, müasir şəraitdə kənd təsərrüfatının gələcək
inkişafının təmin olunmasının ən aktual problemlərindən biri
bu sahənin səmərəliliyini yüksəldilməsidir.
Kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyin
artırılması və maya dəyərinin aşağı salınması, fikrimizcə,
aşağıdakı tədbirlərin həyata keçirilməsindən asılıdır:
- kənd
təsərrüfatının
maddi-texniki
bazasının
möhkəmləndirilməsi, yəni onun müasir texnika ilə təmin
olunmasına köməklik göstərilməsi;
- kənd təsərrüfatı, bitkiçilik sahəsində istifadə edilən
kimyəvi gübrələr və ziyanvericilərə qarşı pereparatların
respublikada istehsalını təşkil etmək və istehsalçılara
aşağı qiymətlə satılmasını təmin etmək;
188
- aqrar bölməni ixtisaslı kadrlarla təmin etmək;
- cins mal-qaranın sayını
çoxaltmaq
və
baytarlıq
idarələrinin işini gücləndirmək.
EL ÇİN İBRA H İM O V
Naxçıvan Dövlət Universiteti
SAHİBKARLIQ MÜNASİBƏTLƏRİNİN MAHİYYƏTİ
VƏ İQTİSADİ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ YERİ
Sahibkarlıq istehsal münasibətlərinin konkret təzahür
forması olub, cəmiyyətin maddi və mənəvi
potensialının
artmasına zəmin yaradır, hər bir fərdin qabiliyyət və
istedadının həyata keçirilməsini şərtləndirir.
Bazar
iqtisadiyyatından
irəli
gələn
sərbəst
təsərrüfatçılıq olan sahibkarlıq, yaxud sahibkarlıq fəaliyyəti
iqtisad elminin mühüm tədqiqat obyektlərindən biridir.
Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin,
onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya
şəxsi gəlir əldə edilməsi mqsədilə özlərinin cavabdehliyi və
əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki
şəxslərin adından qanunvericilikdə qadağan edilməyən
təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul
istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata
keçirdikləri
müstəqil
təşəbbüskarlıq
fəaliyyətidir.(l)
Qanunveıiçilik baxımından sahibkarlığa verilən bu tərifdə
bəlkə də razılaşmaq olar. Nəzəri və elmi metodik baxımdan
sahibkarlıq anlayışının məzmunu dəqiqləşdirilməlidir.
Sahibkarlıq fəaliyyətinin nəzəri əsasları hələ əsrlərlə
qoyulmuş və onun ilk yaradıcıları F.Kene, A.Smit, C.Sey,
sonralar həmin işin davamçıları R.Kantilon, Y.Şümpeter,
S.Mizes, F.Xayer və başqaları olmuşdur. Lakin sahibkarlıq
fəaliyyətinin müəyyənləşdirilməsində müxtəlif iqtisadçıların
verdikləri təriflər fərqlidir. Bəzi iqtisadçılara görə sahibkar
189
mənfəət əldə etmək naminə istehsal üçün maddi amillərə
yiyələnən, digərlərinə görə istehsal amillərini kombinələşdirən
və idarəedən, müasir Qərb iqtisadçılarına görə isə istehsalı
yaradan, onun təşəbbüskarıdır.
Sahibkarlıq fəaliyyətini, ayrı-ayrı adamlar, kollektivlər,
dövlət və digər subyektlər həyata keçirir, iqtisadi məsuliyyət
və risk etməklə ümumi gəlir və mənfəət əldə etmək
istiqamətində fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatının əsasını sahibkarlıq fəaliyyəti,
bazar təsərrüfatının mühüm aparıcı şəxsi sahibkardır.
Sahibkarlığın mahiyyətini bir çox cəhətdən müəyyənləş
dirmək olar:
-Sahibkarlıq fəaliyyətinin məqsədi ən az istehsal
amilləri sərf etməklə yüksək mənfəət götürməkdir və ya başqa
sözlə desək istehsal və təklif əsasında bazarın tələbini ödəmək
və sahibkar mənfəəti əldə etməkdir;
-Sahibkarlıq fəaliyyətinin məzmunu sərəncamında
olan resursların elə səmərəli istifadəsini təmin etməkdir ki,
qarşıda duran məqsədə çatmaq mümkün olsun;
-Sahibkarlıq gəliri yenilikdən, istehsalın təşkilində,
idarəçilikdə yeni metodlar nəticəsində əldə edilir.
Yuxarıda qeyd edilənlərlə yanaşı onu da vurğulamaq
olar ki, sahibkarlıq fəaliyyətinin və mülkiyyəti ilə münasibət
lərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm
mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi digər
subyekt məşğul ola bilər.
Sahibkarlıq fəaliyyətinin iqtisadi şərtlərinə ilk növbədə
əmtəə təşkili və həmin əmtəələrə olan tələb, əmtəələrin
növləri, pul vəsaitlərinin həcmi, işçi qüvvəsinin və iş yerlərinin
artıqlığı və çatışmazlığı, işçilərin əmək haqqının səviyyəsinə
təsir edən amillər və s. aid edilir.
Ümumi şəkildə desək Sahibkarlıq fəaliyyəti (sahibkar
lıq) cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə
yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata
keçirilən
müstəqil
təşəbbüskar
iqtisadi
fəaliyyətdir.
190
Dostları ilə paylaş: |