İqtisadiyyatın bünya təsərrüfat sisteminə inteqrasiya
sının Azərbaycan üçün əhəmiyyəti isə daha da böyükdür.
Belə ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbay
can Respublikası iqtisadiyyat sahəsində iki fundamental
problemi eyni zamanda həll etmək zərurəti
qarşısında
qalmışdır. Bunlardan birincisi və
ən mühümü dövlət
müstəqilliyini qoruyub yaşatmaq və iqtisadiyyatı daha da
gücləndirmək imkanına malik olan bütöv milli iqtisadi
sistemin formalaşmasıdır(4).
Bu problemin lıəlli milli mənafe baxımından iqtisadi
sistemin yenidən qurulmasını, ölkənin iqtisadi potensialının
millətin iqtisadi və sosial inkişafına yönəldilməsini tələb edir
ki, bu da öz növbəsində xalq təsərrüfatının struktrunun
iqtisadi potensiala, daxili tələbata və ölkənin beynəlxalq
əmək bölgüsündə malik olduğu üstünlüklərə uyğun olaraq
təkmilləşdirilməsini, məhsuldar qüvvələrin optimal
inkişa
fının təmin olunmasını, mükəmməl iqtisadi təhlükəsizlik
sisteminin yaradılmasını və s. nəzərdə tutur.
İkinci mühüm məsələ isə real bazar münasibətlərinə
keçidlə
əlaqədar olaraq
iqtisadi
münasibətlərin əsasılı
şəkildə yenidən qurulması zərurətidir.
Bu problemlərin həlli isə, bazar intrastrukturunun
formalaşdırılmasını, mülkiyyət çoxnövçülüyünün yaradılma
sım, istehsalçı və istehlaçıların sərbəstliyinin təmin olunma
sını, azad rəqabət üçün şərait yaradılmasını və s. nəzərdə
tutur (5).
Dünya təsərrüfat sistemində inkişaf etmiş ölkələrin
təcrübələrini tədqiq edərək bu nəticəyə gəlmək olur ki, müa
sir dövrdə hər hansı bir ölkənin xarici iqtisadi fəaliyyəti
aşağıdakı ümumi prinsiplər nəzərə alınmaqla
forma
laşdırılmalı və həyata keçirilməlidir:
milli iqtisadiyyat açıq sistem olmalıdır;
-
ölkədə iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmi
beynəlxalq hüquq normalarına və dünya praktikasına
uyğun olmalıdır;
185
iqtisadiyyatın və xarici ticarət əlaqələrinin strukturu
ölkənin iqtisadi potensialına daxili təlabatına və
beynəlxalq əmək
bölgüsündə
malik olduğıı
üstünlüklərə uyğun olaraq formalaşdırılmalıdır;
xarici iqtisadi əlaqələrin mütərəqqi formalarının
tətbiqi üçün əlverişli şərait yaradılmalıdır;
-
xarici
iqtisadi əlaqələr, siyasi psixoloji-etnik
amillərlə deyil,
iqtisadi səmərəlilik və
zərurilik
məntiqi ilə şərtlənməlidir;
ölkənin milli mənafelərinə cavab verən beynəlxalq
və regional iqtisadi birliklərə və təşkilatlara daxil
olmalı və onların işində fəal iştirak etməlidir;
-
xarici iqtisadi əlaqələr həmişə strateji məqsədləri və
elmi texniki tərəqqinin nailiyyətlərini nəzərə almalı
və ehtiyatlardan qənaətlə istifadə
olunmasına
xidmət etməlidir;
-
ölkənin iqtisadi təhlükəsizliyi təmin olunmalıdır.
Təhlil göstərir ki, iqtisadiyyatın dünya
təsərrüfat
sisteminə səmərəli inteqrasiyası üçün Azərbaycanda
real
imkanlar vardır və bu
imkanlardan
bacarıqla istifadə
olunması ölkə qarşısında duran bir çox aktual sosial-iqtisadi
problemlərin
həllində
mühüm
rol
olmaqla
yanaşı
perspektivdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri
sırasına çıxmasını təmin edə bilər.
1.
2
.
3.
4.
5.
Ədəbiyyat:
D.Vəliyev Beynəlxalq iqtisadiyyat. Bakı, 1998, s. 276.
Z.Məmmədov Azərbaycan Respublikasının xarici iqtisadi
əlaqələri. Bakı, 2004, s.27.
R.Həsənov. Azərbaycan Respublikasının sosial-iqtisadi inki
şafının bazar modelinin konseptual əsasları. Bakı, 1998, s.
331.
C.Kərimov, G.Gənciyev. Dünya iqtisadiyyatı. Bakı, 2001, s.
408.
A.Əliyev. Azərbaycanın xarici siyasəti. Bakı, 2003, s. 214.
186
Ə Lİ SƏ F Ə R Lİ
A M E A Naxçıvan Bölməsi
_
•
Təbii Ehtiyatlar institutu
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ KƏND
TƏSƏRRÜFATININ SƏMƏRƏLİLİYİNİN
YÜKSƏLDİLMƏS İ MƏSƏLƏLƏRİ
Bazar münasibətləri şəraitində Müstəqil Azərbaycan
Respublikasının 'aqrar sahəsinin inkişaf etdirilməsi mühüm
əhəmiyyət kəsb edir. Müstəqillik qazanmış respublikamızın
iqtisadi cəhətdən möhkəmləndirilməsi və müstəqilliyin qoru
nub saxlanması birinci növbədə onun iqtisadi gücündən xeyli
dərəcədə asılıdır. Ölkənin iqtisadi qüdrətinin artırılması isə
xalq təsərrüfatının bütün sahələrinin inkişafından, xüsusi ilə
aqrar bölmənin inkişaf etdirilməsindən xeyli dərəcədə asılıdır.
Bazar münasibətləri şəraitində müstəqil Azərbaycan
Respublikasının
iqtisadiyyatını
inkişaf
etdirmək
və
yüksəltmək aqrar sahədə kompleks tədbirlərin həyata
keçirilməsini tələb edir. Bu tədbirlər kompleksi sistemində
özəl qurumların təşkili və inkişaf etdirilməsi problemi böyük
əhəmiyyət kəsb edir ki, bu da sistemli proqram və
əsaslandırılmış iqtisadi mexanizm olmadan ardıcıl və səmərəli
həll edilə bilməz.
iqtisadiyyatın aqrar bölməsində islahatlar aparmaq
üçün qəbul edilən qanunlar və xüsusilə «Torpaq islahatı
haqqında» qanun kənddə aqrar münasibətləri tamamilə
yenidən qurmağa imkan verən mühüm qanunvericilik sənədi
kimi diqqəti cəlb etmişdir.
Heç də təsadüfi deyil ki, bu qanunda qarşıya qoyulan
tələblərin yerinə yetirilməsi nəticəsində 1 yanvar 2003-cü ilə
olan məlumata görə respublikada 257,6 min kəndli ailəsi
torpaq mülkiyyətçisinə çevrilmişdir.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi, ənənəvi kolxoz
187