fəaliyyətinə nəzər salmaq zəruridir. Çünki, onun siyasi-
publisist məqalələri Şərq xalqlarının azadlıq mübarizəsi ilə
müəyyən qədər səsləşir. Yaxın Şərqdə inqilabi-azadlıq fikir və
ideyalarının müdafiəçisi olan B.Şaxtaxtinski siyasi-publisist
fəaliyyətində olduğu kimi, inqilabı fəaliyyətində də həmin
ideyalara sadiq qalmışdır. Onun ’’Yaxın Şərqdə baş verən
hadisələrin vəziyyətinə dair”4 adlı məqaləsində də bu məsələ
realistcəsinə işıqlandırılmışdır.
Behbud Şaxtaxtinski publisist yazılarında rus burjua
şovinistlərini də kəskin tənqid atəşinə tutmuş, Azərbaycan də
daxil olmaqla bütün müsəlman Şərqinə qarşı yönəlmiş iftira
və böhtanları ifşa edərək özünün ’’Poxod protiv musulman” 5
məqaləsində çarizmin lokeylərinə şovinistlərə tövaiyə edirdi
ki, ruslaşdırma siyasətinin təbliğinə deyil, böyük rus xalqı ilə
dünya xalqlarının, o cümlədən müsəlman Şərqi xalqlarının
• •
əbədi
dostluğuna
çalışmaq
lazımdır. Ümumiyyətlə,
B.Şaxtaxtinskinin bu səpgidə yazılmış siyasi publisist
məqalələri ’’Zakavkazye” qəzetinin məfkurəvi istiqamətinə
daha çox uyğun olub, böyük təsirə malik idi.
B.Şaxtaxtinskinin ’’Müsəlman Maarifçilik Cəmsiyyə-
i
ti”nin I.B.Aşurbəyovun redaktorluğu ilə nəşr etdirdiyi ’’Ni
cat” qəzetinin 1910-1911 -ci il tarixli saylarındakı məqalələri
həmin dövrün ictimai-siyasi mühitinin öyrənilməsi üçün daha
çox əhəmiyyətlidir. Xüsusilə, onun ’’Gənc türklərin siyasətinə
dair”6, ”Qan intiqamı”7, ’’Panislamizm”8 kimi məqalə
lərindən aydın olur ki, XX əsrin əvvəllərində Azərbaycanda
ictimai-siyasi şərait mühüm proseslər və hadisələrlə zəngin
olmuş, burada bir sıra cərəyan və hərəkatların yaranması
gərgin ideya məfkurə mübarizəsi dövrünü yaşamış, çoxlu
ziddiyyətlər və problemlər baş vermişdir.
B.Şaxtaxtinski ’’Azərbaycan” (rus dilində) qəzetində
çap etdirdiyi ’’Otkliki cizni”() məqaləsində təhsil, elm və
mədəniyyətin millətin və xalqın ən çətin dövrlərində nə qədər
vacib olduğunu qeyd edərək yazmışdır ki, ’’müharibə sübut
etdi ki, (birinci dünya müharibəsi nəzərdə tutulur) xalqların
mübarizəsində qələbə o xalqa məxsusdur ki, daha yüksək
103
mədəniyyətə, sivilizasiyaya və elmi qüvvələrə malikdir və
bunlar bir xalqın başqa xalqlara qarşı nəinki qələbə rəhnidir
və eləcə də bu xalqın həqiqi xoşbəxtlik rəmzidir” .
B.Şaxtaxtinski həmin məqalənin sonunda yazır:
•
•
’’Özünəməxsus mədəniyyəti olmayan millət müstəqil ola
bilməz” .
B.Şaxtaxtinskinin mahir diplomat olması həmin
dövrdə Rusiyanın Şərqdə yeritdiyi siyasətin mahiyyəti ilə
bərabər, Şərqin ümumi vəziyyəti və gələcəyi haqqında da ona
mülahizə və fikir yürütməyə imkan vermişdir. Bu mənada
onun ’’Kommunist” (rus dilində) qəzetində çap olunan
’’Sovetskaə politika na Vostoke” 10 və ”I< rnomentu” 11
məqalələri təqdirəlayiqdir. Hər iki məqalədə B.Şaxtaxtinski
belə nəticəyə gəlmişdir ki, ’’Şərqdə milli inqilaba əhəmiyyət
verməmək hücum edən düşmənin əlinə öz silahını təhvil
verməyə bərabərdir. Şərqin milli inqilabı demokratik
inqilabla sıx bağlıdır. Xaricilər tərəfindən zorakılıq və
istismarçılıq ləğv ediləndən sonra, orada iti sürətlə yaranan
demokratik çevrilişin qaçılmazlığı gələcəkdə şərq gerçəkliyi
çərçivəsində siyasi işin aparılmasına imkan verəcəkdir” .
Şərqdə
tarixi
hadisələrin
sonrakı
gedişi
B.Şaxtaxtinskinin nə qədər uzaqgörən siyasətçi olduğunu
sübut etdi.
Məqalələrdən
aydın
olur
ki,
B.Şaxtaxtinskinin
publisistik fəaliyyəti geniş olub və bu məqalələr daha çox
həmin dövrün siyasi problemlərinin təhlilinə və çıxış yollarına
yönəldilmişdi. Belə şəxsiyyətlərin dövlət, millət və xalq
qarşısında xidmətləri danılmazdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
demişdir: ’’Bəli, o vaxt o insanlar çox milli qürurlu olublar.
İndi bəziləri oıılarm hamısının kommunist, bolşevik kimi,
necə deyərlər, üzərindən qara xətt çəkirlər. Bu ədalətsizlikdir.
Mən bıına həmişə etiraz etmişəm, bu gün də etiraz edirəm.
Hansı partiyaya, hansı siyasi qüvvəyə mənsubluğundan asılı
olmayaraq kim Azərbaycanın milli mənafeyinin keşiyində
durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə
104
həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil
olmalıdırlar” 12
Ədəbiyyat
1. Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübarizlər,
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1958, s. 158-159.
2. Azərbaycan Respublikası MPİH MDA, Г. 12, siy. 3. iş 7410,
s..l 5.
3. Qədimov Ə. ’’Zakavkazye” qəzetində Azərbaycan ədəbiyyatı
məsələləri (1906-1914). Namizıədlik dissertasiyası. Bakı, 1982,
s.48-52.
4. ’’Zakavkazye” 1 may, 1908, №97.
5. ’’Zakavkazye” 17 aprel, 1908, №85
6. ’’Nicat”. 11 dekabr, 1910, №4
7. ’’Nicat”. 19 fevral, 1911, №14
8. ’’Nicat” 21 may, 1911, №>28
9. ’’Azərbaydjan”. 18 oktyabr, 1918, №23
10. ’’Kommunist”. 12 aprel, 1921, №83
11. ’’Kommunist” 20 aprel, 1921, №90
12. ’’Azərbaycan” qəzeti. 11 fevral 1999, №32
Z Ə H M Ə T ŞA H VERDİ YE V,
İSM A YIL Z E Y N A L O V
Naxçıvan Dövlət Universiteti
NAXÇIVANDA MƏİŞƏT MƏDƏNİYYƏTİ VƏ ONUN
TƏKMİLLƏŞMƏSİ
Mədəniyyət dedikdə, insanın çox əsrlik inkişafı
prosesində qazandığı əmək fəaliyyəti, ictimai və mənəvi
fəaliyyət kimi başa düşülür.
Mədəniyyət və məişət məsələsi, ictimai həyatın ən
vacib və mürəkkəb məsələlərindən biridir. Məişət və
mədəniyyət bir-birindən ayrılmazdır, çünki məişəti əlverişli
şəkildə qurmadan mədəniyyəti inkişaf etdirmək mümkün
deyildir.
105
Dostları ilə paylaş: |