seçdi. Azərbaycan SSR EA Rəyasət Heyyətinin 6 dekabr
1952-ci il tarixli qərarı ilə, seçilmiş ərazidə rəsədxananın
qurulması üçün hərtərəfli işlər görülməyə başladı. 1957-ci il
sentyabr ayının 26-30-da Bakı şəhərində SS!R EA Astrono
miya Şurasının səyyar sesiyası keçirildi və Azərbaycanda
yaradılacaq rəsədxananın fəaliyyət konsepsiyası və bu sahədə
aparılmış işlər müzakirə edildi. Nəhayət 1959-cu ilin sonların
da Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) yaradılması
haqqında hökumət qərarı verildi.
Qeyd etdiyimiz kimi Azərbaycanın təbii və coğrafi
mövqeyi astronomik müşahidələr üçün çox əlverişlidir. Bu
üstünlüklərdən kifayət qədər səmərəli istifadə etmək zərurəti,
artıq 1960-cı illərin sonuna yaxın ŞAR-m nəzdiııdə bir və ya
bir neçə müşahidə stansiyalarının yaradılması məsələsini
gündəmə
gətirdi.
Yeni
qurulacaq
stansiyanın
dəniz
səviyyəsindən hündürlüyü
ŞAR-dan çox olmalı idi. Bu
nəzərdə tutulan astronomik tədqiqatların xarakteri ilə bağlı
idi. Bir çox zonalar nəzərdən keçirilsə də, gələcək stansiyanın
Nax. MSSR Şahbuz rayonu ərazisində yerləşən Batabat
yaylasındı inşa edilməsi qərara alındı. 1969-cu ildə ŞAR-m
bir qrup əməkdaşı Nazçıvana gəldi və yerli partiya, hökumət
rəhbərləri ilə bu məsələni müzakirə etdilər.
Azərbaycan SSR EA Rəyasət Heyyətinin 25 mart 1971-
ci il tarixdə qəbul etdiyi 13 saylı qərar əsasında ŞAR-m
Batabat Bölməsi yaradıldı. Az bir müddət ərzində Batabatda
gələcək rəsədxananın yerləşəcəyi məntəqə seçildi və orada
astroiqlimin öyrənilməsi üçün tədqiqatlar başlandı. Seçilmiş
məntəqə dəniz səviyyəsindən 2050m yüksəklikdə yerləşirdi.
Moskva, Leninqrad və Bakı universitetlərini bitirmiş yerli
gənclərin işə götürülməsi nəticəsində, az bir müddətdə
Batabat Bölməsində güclü elmi potensiala malik bir kollektiv
yaradıldı. Təsadüfü deyildir ki, stansiyanın yaradılmasından
cəmi 10 il sonra, yəni 80-cı illərin əvvəlində stansiyada artıq 4
nəfər elmlər namizədi alimlik dərəcəsi almış, 4 nəfər isə
müxtəlif formalarda təhsillərini davam etdiridilər. Batabat
Bölməsi formal olaraq ŞAR-m tərkibində olsa da, müəyyən
məsələlərdə tam sərbəst hərəkəı* edə bilirdi. Bunun nəticəsi idi
ki, SSRİ-nin, demək olar ki, bütün uyğun aparıcı elmi-
tədqiqat müəssisələri ilə Batabat Bölməsinin birbaşa əlaqələri
44
var idi. Təsadüfü deyil ki, 1976-cı və 1979-cıı illərdə bölmədə
ittifaq miqyaslı konfranslar keçirilmişdir.
1980-cı ilin yayında ümummilli liderimiz Heydər Əliyev
Nax. MR-a səfəri çərçivəsində Batabat Bölməsində oldu.
Möhtərəm Heydər Əliyevin EA rəhbərliyinə verdiyi tövsiyə
və tapşırıqlar nəticəsində Batabat Bölməsi daha sürətlə
inqkişaf etməyə başladı. 1970-90-cı illər ərzində Bölınə əmk-
daşlarının 120-dən çox elmi məqalələri SSRİ-nin və Avro
panın nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.
1988-ci ildən başlayan məlum hadisələr nəticəsində
bütün sahələrdə olduğu kimi, elmi strukturlara da ziyan
dəydi. Ən çox zərər çəkən də astronomiya elmi oldu. Köhnə
SSRİ miqyasındakı bütün əlaqalər kəsildi, maddi-texniki
baza istifadəsiz vəziyyətə düşdü, güclü kadr axını baş verdi.
ŞAR tamamilə iflic vəziyyətinə düşdü. Ermənistanla sərhəd
bölgəsində yerləşən Batabat Bölməsinin vəziyyəti daha
acınacaqlı oldu. Batabat Bölməsi dəfələrlə Ermənistan ərazi
sindən artileriya atəşinə tutuldu. Bölmənin bir işçisi şəhid
oldu. 1992-ci ildən etibarən Batabat Bölməsi faktiki olaraq
fəaliyyətini dayandırdı.
90-cı illərin sonunda möhtərəm Prezident Heydər
Əliyevin bilavasitə qayğısı nəticəsində ŞAR öz fəaliyyətini
bərpa etməyə başladı. Nax. MR-nın tamamilə blokada
şəraitində olması Batabat Bölməsində elmi-tədqiqat işlərini
yenidən canlandırmağı qeyri-mümkün edirdi. Və nəhayət XX
əsri tam fəalliyyətsizlik içərisində başa vuran ŞAR-ın Batabat
Bölməsi, Azərbaycan Respublikası Prezidentinin AMEA
Naxçıvan Bölməsinin yaradılması haqqındakı sərancamı ilə,
AMEA Naxçıvan Bölməsinin tərkibində Batabat Astrofizika
Rəsədxanası adı altında müstəqil fəalliyyətə başladı.
Ə d ə b i y y a t
1. Suter И., Die Mathemaliker and Astronomer der Araber and
ihrc Werke, Leipriq, 1900, s. 215
2. Матвиевская Г.П., Розенфельд Б.А., Математики и астрономы
мусульманского средневековья и их труды, (VIII-XVII вв.),
том 2, М., 1983, с.650.
3. Мамедбейли Г.Д., Основатель Марагинской Обсерватории
Муххаммед Насирэддин Туей, Б., 1961, с. 351.
4. Ə. S. Quliyev, Azərbaycan astronomiyası 20-ci əsrdə, В.. 2002,
s. ПО.
45
A SİF ŞİR Ə LİYE V ,
M ÜSL ÜM C A BBA RZA DƏ
Naxçıvan Dövlət Universiteti
AZƏRBAYCANDA İQTİSADİ ARAŞDIRMALARIN
VƏ ELMİ TƏDQİQATLARIN
ƏLAQƏLƏNDİRİLMƏSİNİN MƏRKƏZİ
Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyev
demişdir: «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir».
İqtisadiyyatın və həmçinin istehsalın artmasında, iqtisadi
artımda
və
bütünlüdə
maddi
istehsal
sahələrinin
səmərəliliyinin yüksəldilməsində başqa amillərlə yanaşı
iqtisad elmləri və dövri iqtisadi mətbuat da mühüm rol
oynayır. Bu mənada yaradılmasının 60 illiyini qeyd etdiyimiz
Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadi təmayüllü
bölmə və institutunun xidməti, elmi-tədqiqat işlərinin və
araşdırmaların əhəmiyyəti, elmi və xalq təsərrüfatı faydası
danılmazdır. Akademiyanın İqtisadiyyat İnstitutu yaradıldığı
dövrdən bu günlərədək respublikamızda aparılan tədqiqat və
araşdırmalarla bu elmlərin zənginləşdirilməsinin, praktiki
əhəmiyyətinin artmasının beşiyi və əlaqələndirmə mərkəzi
olmuşdur. Öz fəaliyyətinin ilk illərində Azərbaycanın neft
sənayesinin və neft maşınqayırma kompleksinin səmərəli
liyinin yüksəldilməsi sahəsi üzrə elmi-tədqiqat işi aparan bu
məktəb sonralar ölkənin bütün sahə və sferalarını elmi
araşdırma obyektinə çevirmiş,
özünün
tədqiqatlarının
ümumiləşdirilməsi ilə çıxarılmış nəticələr əsasınc a praktiki
əhəmiyyət kəsb edən təklif və Lövsiyyələr hazırlaya bilmişdir.
Adı çəkilən elmi-tədqiqat institutu əvvəlcə bölmə kimi
fəaliyyət göstərmiş, daha sonra ölkədə yüksək ixtisaslı
kadrlar hazırlayan, elmi-tədqiqat işi aparan və xalqın iqtisadi
təfəkkürünün formalaşmasında mühüm rol oynayan, elmi
işləri vahid mərkəzdən əlaqələndirən bir elm ocağına
çevrilmişdir. Fəaliyyəti müddətində həmin institutda 250
nəfərdən çox elmlər namizədi, və elmlər doktoru yetişmişdir.
Hazırda iqtisad təmayüllü elmi tədqiqat institutlarında və ali-
orta ixtisas tədris müəssisələnndə iqtisad elmlərini gənc nəslə
46
4
Dostları ilə paylaş: |