yaradır. Bu kəşfə görə kimya lazerlər fizikasına və konkret bu
kəşfə görə 1999-cu ildə Nobel mükafatına layiq görülmüş Л.
Zevayla minnətdardır (5).
Spin kimyası yeni az öyrənilən sahə olmaqla kimyəvi
reaksiyalarda spinin saxlanması kimi fundamental və univer
sal prinsipə əsaslanır. Bütün reaksiyalar spinə görə seçicidir,
başqa sözlə spinin dəyişilməsi tələb olunan reaksiyaların baş
verməsi mümkün deyil. Bu oblast unikal olmaqla kimyəvi
proseslərə maqnit qarşılıqlı təsirini daxil edir və reaksiyanın
maqnit ssenarisini yazır (6).
Fərdi molekulun tunel spektroskopiyasının kəşfi son
illərin ən mühüm uğurlarından biridir. Özündən əvvəlki
metodlardan əsaslı şəkildə fərqlənən tunel spektroskopiyası
fərdi molekul, ion və klasterlərin kimyasının öyrənilməsində
yeni sərhədləri açır. Bunun nəticəsində fərdi radikal, ion və
paramaqn.it molekulların elektroparamaqnit spektroskopiya-
sının müzakirəsi gerçəkləşəcək, nəticədə maqnit rezonansının
yeni sahəsinə daha yaxından baxmağa imkan yaranacaqdır
a,8).
Kiçik bir yazıda Azərbaycan kimyaçılarının keçdiyi
böyük yolu təfərrüatı ilə işıqlandırmaq, BÖYÜK KİMYAnın
nəhəng panoramını təqdim etməyə iddia etmək sadəlövhlük
olardı. Məqsədimiz əsasən kimyanın məntiqini, onun qeyri-
adi gözəlliyini, sonsuz imkanlarını göstərməklə bu sahənin
mütəxəssisi olmayan insanlarda belə, bu dərəcədə parlaq,
sehrli bir elmə az da olsa maraq və hörməti artırmaq istəyi
olubdur. İnanıram ki, mütəxəssislər sətirlər arasında daha
çox mətləblər duyacaq, qeyd edilməmiş xeyli məqamları,
faktları oxuyacaq, adıçəkilən kəşflərin məntiqindən duydu
ğum hissləri və təəccübü mənimlə bölüşəcəklər.
Eyni zamanda inanmaq istərdim ki, çox da uzaq
olmayan gələcəkdə adları sadalanan sahələrdə Azərbaycan
kimyaçılarının da imzalarına rast gələcək, bundan qürur
duyacaq, həmin müəlliflərin sevincini bölüşmək arzumu
Azərbaycan elminin uğurları ilə sevinən hər kəslə paylaşa
cağam.
41
Ə d ə b i y y a t
1. Rüstəmov M.İ., Əzizov A.H. XXI əsrdə kimya sənayesi və
elminin strateji inkişaf istiqamətləri haqqında. «Elm» qəzeti,
2003, № 1.9-20
2. Бучаченко А.Л. Химия на рубеже веков: свершения и
прогнозы / Успехи химии, 1999, т. 68, с. 85-102
3. Коровин Н.В. Общая химия. М. : Высшая школа, 2004, 557 с.
4. Филиппов Ю.В., Попович М.П. Физическая химия. М. : Изд-
во МГУ, 2003,400 с.
5. Zevvail A.H. Femtochemistry /J. Physical Chemistry, 1996, v. 100,
p. 12701
6. Buchachenko A.L., Frankevieh E.L. Chemical generation
of
microvawes. New York, 1994, 234 p.
7. Далидчик Ф.И., Кобалевский С.А., Гришин M.А., Шуб Б.Р.
Туннельная спектрос-копия одиночных молекул / Письма в
ЖЭТФ, 1997, т. 66, с. 37
8. Далидчик Ф.И., Ковалевский С.А. Наблюдение одиночного
парамагнитного центра / Письма в ЖЭТФ , 1998, т. 67, с. 965
9
QULU H Ə Z İY E V
A M EA Naxçıvan Bölməsi
Batabat Astrofizika Rəsədxanası
XX ƏSRDƏ AZƏRBAYCANDA
ASTRONOMİYA ELMİNİN İNKİŞAFI HAQQINDA
XIX əsrin sonlarında dünyaya böyük neft ehtiyatlarına
malik olan bir ölkə kimi tanınan Azərbaycan, XX əsrdə çox
dramatik bir inkişaf yolu keçmişdir. Bu yol çoxşaxəli və
zidiyyətli bir yoldur.
Danılmaz faktdır ki, XX əsrdə meydana gələrək
təşəkkül tapmış Sovet İttifaqında fundamental elmlərin inki
şafına xüsusi fikir verilirdi. Təbiidir ki, bu tendensiya
Azərbaycana da öz təsirini göstəpmişdir. 1945-ci ildə
Azərbaycanda Elmlər Akademiyasının yaradılması çox
böyük əhəmiyyətə malik bir hadisə idi. Akademiyanın yara
dılması, başqa elm sahələrində olduğu kimi, astronomiyanın
da inkişafına münbit şərait yaratdı. Bildiyimiz kimi Azər
baycanda astronomiya elmi sarnballı tarixi ənənəyə malikdir.
İstər Avropa tədqiqatçılarının [1], istərsə də Sovet [2] və
Azərbaycan
[3] alimlərinin araşdırmalarında şərqdə, o
cümlədən Azərbaycanda orta əsrlərdə astronomiya elminin
necə yüksək bir səviyyədə olduğu öz əksini tapmışdır.
Azərbaycanın yerləşdiyi ərazi həm təbii iqlim nöqteyi-
nəzərindən, həm də sırf coğrafi baxımdan ən müxtəlif
astronomik müşahidələr aparmaq üçün çox əlverişlidir.
Təsadüfü deyildir ki, hələ 1927-ci ildə Azərbaycanda astrono
mik rəsədxananın qurulması məsələsi ortaya qoyulmuşdur
4]. Həmin il Leninqrad Astronomiya İnstitutunun əməkDaş-
arı Azərbaycana gələrək, yerli mütəxəssislərlə birlikdə müəy
yən zonaların iqlimi və relyefi ilə tanış olmaq məqsədi ilə
ekspedisiyalar təşkil etdilər. Alınan nəticələr 1932-ci ildə
Moskvada Astronomiya İnstitutunun bülletenində çap
olundu. 30-cu illərin məlum hadisələri və ikinci dünya
müharibəsi Azərbaycanda rəsədxana qurulması prosesini
ləngitdi. 1949-cu ildə bu sahədə işlərin davam etdirilməsi
üçün növbəti ekspadisiya yaradıldı. Həbib Məmmədbəylinin
rəhbərlik etdiyi bu elmi ekspedisiya rəsədxananın qurulması
üçün ən əlverişli yer olaraq Şamaxı rayonunun Pirqulu dağını
43