ƏBÜ LFƏZ Q U LİYE V
■
•
A M EA Naxçıvan Bölməsi incəsənət,
m
Dil və Ədəbiyyat institutu
60 İLDƏ NAXÇIVAN MR DİALEKT, ŞİVƏ VƏ YER
ADLARININ ÖYRƏNİLMƏSİ
Son illər 1:ürk dilli xalqlarda türk dillərinin tədqiqinə
xüsusi maraq göstərilir. Bu cəhətdən Azərbaycan dilçiliyi
türkologiyanın ön cərgələrində
gedir. Belə ki. təkcə
Azərbaycan ədəbi dilinin xüsusiyyətləri deyil, onun dialekt və
şivələri,
həmçinin toponimləri
də
ətraflı
və
geniş
öyrənməkdədir.
Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələri ətraflı
şəkildə öyrənilərək bir çox dissertasiyalar, çoxlu monoq
rafiyalar, yüzlərlə elmi məqalələr yazılmış, elmi sessiya və
konfranslarda məruzələr dinlənilmişdir. Azərbaycan dilinin
dilektlərinə dair lüğətlər çap edilmiş, türkologiyada ilk dəfə
olaraq Azərbaycan dilinin dialektoloji atlası hazırlanmışdır.
Azərbaycan Respublikasının dialekt fərqi baxımından
zəngin bölgələrindən biri də Cənub qrupuna daxil olan
Naxçıvan M uxtar Respublikasıdır. Bu qrupun dialekt və
şivələri özünəxas xüsusiyyətlərinə görə dilçiliklə maraqlann
şəxsləri cəlb etsə də Naxçıvan
MR dialekti
XX əsrin
ortalarından sonra öyrənilməyə başlamışdır. Naxçıvan
dialektinə dair geniş məlumatlara R.Rüstəmovun, A.Həsəno-
vun, M.Şirəliyeviıı, E.Əzizovun, B.İbrahimovun və b. əsər
lərində rast gəlinir.
Naxçıvan Muxtar Respublikasından ekspedisiya yolu
ilə küllü miqdarda toplanan dialektoloji materialların təhlili
və müqayisəsi nəticəsində aydın olmuşdur ki, Naxçıvan MR-
in iki dialekti eləcə də beş şivəsi: Naxçıvan və Ordubad,
Culfa, Şərur, Şahbuz, Babək, Sədərək- vardır.
«Azərbaycan dilinin Naxçıvan qrupu dialek və şvələri»
adlı əsərdə verilən dialektoloji materiallar beş il müddətində
(1950-1955) Naxçııvan MR-ın Naxçıvan, Ordubad, Culfa,
29
Şərur və Şahbuz rayonlarının müxtəlif kəndlərindən toplan
mışdır.1 Bu əsər Azərbaycan dialektologiyası tarixində yeni
bir mərhələ təşkil edir. Əsərdə müqayisəli - tarixi üsuldan
istifadə edilmiş və bir çox
materiallar - qohum dillərin
materialları, türk dillərinə aid qədim yazılı abidələr və
Azərbaycan klassiklərin əsərləri ilə müqayisə edilmişdir.
Əsərin
ayrı-ayrı
hissələri
prof.
M.Ş.Şirəliyev
(fonetika), K.T.Ramazanov (morfologiya), R.Ə.Rüstəmov
(sintaksis və Şahbuz şivələrinin mətnləri), В.M.İbrahimov
(leksika A-К hərfləri, mətnlər), A.N.Vəliyev (leksika,L-Ş
hərifləri; terminləri) tərəfindən işlənmişdir.
Naxçıvan dialekt və şivələri haqqında yazılmış məqalə
lərdən M.Ş.Şirəliyevin «Naxçıvan dialektləri», T.B.Həm
zəyevin «Ordubad rayon şivələriıın fonetik xüsusiyyətləri»,
K.T.Ramazanovun
«Noraşen
rayonu
şivələrinin
bəzi
xarakter morfoloji xüsusiyyətləri haqqında», R.Ə.Süleyma
novun «Ordubad və Culfa rayonları şivələrinin leksik
xüsusiyyətləri», R.Ə.Rüstəmovun «Şahbuz şivələrinin sintak-
sisi», A.Həsənovun «Ordubad dialektinin bəzi xarakter leksik
və morfoloji xüsusiyyətləri» və s. məqalələri göstərmək olar.2
Aparılan elmi-tədqiqat işlərində, müdafiə olunmuş
dissertasiyalarda Naxçıvan dialekt və şivələrinin leksikası da
unudulmamışdır. Bunlara B.İbrahimovun «Naxçıvan şivələri
qrupunun bəzi lüğət xüsusiyyətləri»3, M.Zeynalovun «Məişət
leksikası» (Naxçıvan qrupu dialekt və şivələri materialları
əsasında)4, T.Həmzəyevin «Ordubad dialekti»5, Ə.Quliyevin
«Azərbaycan
dilinin
Şahbuz
şivələrinin
leksikası»6,
K.İmamquluyevanın «Noraşen rayon şivələrinin lekiskası»7
və s. əsərlərini misal göstərmək olar.
Azərbaycan dilinin dialekt və şivələri mənəvi bir
xəzinədir. Məhz elə onun belə zəngindiyi və tükənməzliyi
səbəbindəndir ki, 70 ildən artıqdır bu sahədə çox qiymətli,
orijinal tədqiqatlar aparılır. Bu mənada M.Əhmədov uzun
illər fərdi yolla tədqiqat aparmışdır. Onun «Naxçıvan qrupu
şivələrinin leksikasına aid materiallar»8 adlı əsəri xüsusi
30
maraq doğurur. Bu əsərə Naxçıvan qrupu şivələrinin lüğəti,
atalar sözləri və məsələlər daxildir.
Bütün bu uğurlu araşdırmalara baxmayaraq Naxçıvan
Muxtar Respublika dialektologiyasının hərtərəfli, dərindən
və türk dilləri ilə müqayisəli şəkildə öyrənmək üçün kifayət
qədər dialektoloq kadrlar çatışmır. Elə bu məqsədlə də
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Dilçilik Şöbəsinin elmi tədqiqat planı Naxçıvan
M uxtar Respublikasının şəhər, rayon və kəndlərinin dialekt
və şivələrinin öyrənilməsinə yönəldilmişdir. Bu sahədə
Ə.A.Quliyevin,
Z.ismayılın
və
N .Əliyevanın ’ apardığı
tədqiqatlar təqdirə layiqdir.
Naxçıvan ərazisi Azərbaycanın ən qədim yaşayış
məskənlərindən və ən qədim mədəniyyət mərkəzlərindəndir.
Buradakı qədim tarixə malik topooykonmlərin tədqiqi də
aktual problemlərdəndir.
Naxçıvan toponimlərimi tədqiqinə M.Vəliyev (Bahar
lı) xüsusi zəhmət sərf etmiş, uzun illərin tədqiqatından sonra
yazdığı «Azərbaycan» adlı kitabında ilk dəfə olaraq coğrafi
adların öyrənilməsinin istər dilimiz, istərsə də tariximiz üçün
xüsusi əhəmiyyət daşıdığından danışmışdır. Bu kitabda ilk
dəfə olaraq Naxçıvan ərazisi ilə bağlı Xələc, Kəngərli, Kotam,
Xəlilli, Sirab və s. coğrafi adlar haqqında öz elmi fikirlərini
şərh etmişdir.9
1960-1970-ci illərdə Azərbaycan toponimikası öz
inkişafına başlamış və bu sahənin istiqmətləndirilməsində
xüsusi xidmət olan A.Həsənov «Coğrafi adlarda tarixin
illəri», «Dərəşam toponimi haqqında», Q.Qeybullayevlə birgə
işlədiyi «Naxçıvan MSSR-in bəzi oykonimləri haqqında» adlı
məqalələrində Naxçıvanla bağlı yer adlarının, mövcud
onomastik vahidlərinin tədqiqinin təməlini qoymuş və bəzi
toponimlərin linqivistik təblilərinə də yer ayırmışdır.
Toponimlərin öyrənilməsində əsl vətəndaş yanğısı ilə
xüsusi
xidmət
göstərmiş
Q.Qeybullayev
toponim
və
etnonimlərin elmi əsaslarla öyrənilməsində əvəzsiz alimdir.
Onun «Naxçıvanın bəzi oykonimlərin» məqaləsi rus dilində
Dostları ilə paylaş: |