Azərbaycanın iqtisadi, sosial və mənəvi inkişafına xidmət
göstərmək. Azərbaycanda elmi inkişaf etdirməkdir»20.
Azərbaycanda Milli Elmlər Akademiyasının çoxminli
kollektivi qarşıya qoyulan vəzifələrin həlli üçün səylə çalışır,
ciddi elmi-tədqiqat işləri aparırlar. 2003-cü ildə Akade
miyanın elmi müəssisələrində 153 problemi əhatə edən 427
mövzu üzrə elmi tədqiqatlar aparılmış, 100-dən artıq mühüm
elmi nəticə alınmışdır20. Azərbaycan MEA-nın bütün idarə və
təşkilatlarında, elmi-tədqiqat müəssisələrində 10249 nəfər
əməkdaş çalışır. Bunlardan 4306 nəfəri elmi işçidir. Elmi
işçilərdən 450 nəfəri elmlər doktoru, 1998 nəfəri isə elmlər
namizədidir22. Ümumiyyətlə, respublikada
11599 nəfər
pedaqoji fəaliyyətlə yanaşı elmi-texniki işləri də yerinə yetirir.
Bunlardan 9913 nəfərin elmi dərəcəsi vardır. Elmlər doktoru
1530, elmlər namizədi 8383 nəfərdir23.
Hazırda Azərbaycan MEA sistemində 5 elmi bölmə,
36 elmi-tədqiqat institutu, 1 Bölmə, 3 mərkəz, 2 muzey
fəaliyyət göstərir. MEA-nın bütün əməkdaşlarının Akade
miyanın işini müstəqil dövlətimizin tələbatlarına uyğun
olaraq daha intensiv qurması, dövlət əhəmiyyətli prioritet
istiqamətlər üzrə elmi-tədqiqat işlərinin aparılması, Azərbay
can elminin dünya elminə daha sıx inteqrasiya olunması,
struktur islahatların həyata keçirilməsi istiqamətində səmərəli
iş aparırlar. «Milli Elmlər Akademiyası bizim milli sərvə
timizdir. Onu qoruyub saxlamalıyıq», - Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dediyi bu sözlər bütöv
lükdə Azərbaycan elminə, Akademiya əməkdaşlarına verilən
ən yüksək qiymət olmaqla qalmır, həm də Akademiyanın
yaranmasının 60 illiyini qarşılayan elm adamlarının məsu
liyyətini bir daha artırır.
Ə d ə b i y y a t
1. «Azərbaycan» q., 2005, 15 fevral (№ 35).
2. Müqəddəs elm məbədi (AEA-nııı 50 illiyinə həsr olunur.
Tərtibçi T.Əhmədov). Bakı, «Azərbaycan», 1996, s.7.
3. Xəlilov H. Mənəvi borc və şərəfli iş. «Azərbaycan» q., 2003, 2
dekabr.
4. ASE, c.l, Bakı, 1976, s. 171.
5. Azərbaycan SSR EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq
seriyası. 1975, №l,s.5.
6. Bəzi mənbələrdə bu tarix 23 yanvar göstərilir (Bax: ASE. c.l.
Bakı, 1976, s. 171).
7. Müqəddəs elm məbədi... s.7.
8. Академия наук Азербайджанской ССР (Под редакцией президента
АН Азерб. ССР Г.Б.Абдуллаева). Баку, «Элм», 1976, s.7.
9. ASE. c.l, s. 171.
10. Yenə orada, s. 171-172.
11. Dağ əzəmətli insan, «iqtisadiyyat» q., 2004, 23-29 aprel.
12. Müqəddəs elm məbədi... s.l 1.
13. Kərimov M. Heydər Əliyev fenomeni. «Elm». Xüsusi buraxılış.
Bakı, «Nurlan», 2003, s.l2.
14. Mücəddəs elm məbədi... s. 11.
15. ASE. c.l, s. 172.
16. Mücəddəs elm məbədi... s.l2.
i*
17. Kərimov M. Göstərilən əsəri, s.32.
18. «Azərbaycan» q., 1997, 4 fevral (№22).
19. Yenə orada, 2003, 5 yanvar (№03).
20. Yenə orada.
21. AMEA-nın 2003-cü ildəki fəaliyyəti haqqında hesabat. Bakı,
«Elm», 2004, s. 182.
22. Yenə orada.
23. «Elm» q., 2004, 28 dekabr (№37-40).
18
İSA HƏBİB B Ə Y L İ
Naxçıvan Dövlət Universiteti
AZƏRBAYCAN ELMİNİN BAŞ QƏRARGAHI
Azərbaycanda elm bir çox istiqamətlər üzrə yaranıb
inkişaf edir. Milli Elmlər Akademiyasında, ali məktəblərdə,
müxtəlif nazirliklərə aid olan sahə elmi-tədqiqat intitullarında
yaranan və inkişaf etdirilən elm Azərbaycan xalqının milli
sərvətidir. Azərbaycan alimlərinin üçdə ikisinin təmsil olun
duğu ali məktəb elmi fundamental tədqiqatlarla yanaşı, peda-
qoji-metodiki xarakteri ilə də səciyyələnir. Sahə
institut
larında formalaşan elmi fəaliyyət konkret bir istiqamət çərçi
vəsində aparılmaqla bərabər, daha
çox tətbiqi-təcrübi
xarakter daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasında
yaranan elm isə fundamental xarakterinə, dərin nəzəri səviy
yəsinə, ümumiləşdirici əhəmiyyətinə və tətbiq imkanlarının
universallığına görə seçilir. Milli Elmlər Akademiyası həm
çinin respublikamızın aparıcı elmi istiqamətlərini müəyyən
edən, elmin özünün inişafına dair proqramlar, layihələr hazır
layan əsas elmi mərkəzdir. Azərbaycan Respublikası miq
yasında bütün sahələr və istiqamətlər üzrə çoxcəhətli elmi
fəaliyyəti əlaqələndirmək, koordinasiya etmək, ümumiləşdirib
yekunlaşdırmaq vəzifələrini də Milli Elmlər Akademiyası
yerinə yetirir. Bütün bunlara görə Milli Elmlər Akademiyası
Azərbaycan elminin baş qərargahıdır.
Respublikamızda
Milli
Elmlər
Akademiyasının
yaradılması və inkişaf etdirilməsi XX əsrin mühüm tarixi
nailiyyətidir. Azərbaycan elminin bu günkiı yüksək elmi
səviyyəsi
üçün daha çox Akademiyamıza
boıclu və
minnətdarıq. Milli Elmlər Akademiyasının keçdiyi çətin,
keşməkeşli və şərəfli inkişaf yolu Azərbaycan elminin son
altmış ildəki qabarmalarının və çəkilmələrinin, kəsirlərinin və
uğur larin ı n gt'ızg üs üdü r .
19