larinin yaradılması, yüksək keyfiyyətli aşqarların sintez
edilməsi akademiyanın elmi-tədqiqat planlarında xüsusi yer
tuturdu15. Akademiyanın ictimai və humanitar istiqamətli
elmi-tədqiqat institutlarında da maraqlı və əhəmiyyətli
tədqiqatlar aparılır və bir sıra fundamental və ümumiləşdirici
əsərlər nəşr olunurdu.
1967-1989-cu illərdə Azərbaycan Elmlər Akademiya
sına 8 dəfə seçki keçirilmiş (1967, 1968, 1969, 1972, 1976,
1980, 1983, 1989), nəticədə Akademiyanın tərkibində 53
həqiqi üzv, 72 müxbir üzv təmsil olunmuşdur. Bu dövrdə
Akademiyanın tərkibində 6 bölmə, 31 elmi-tədqiqat institutu,
2 sektor və 2 muzey olmuşdur. Akademiyanın elmi-tədqiqat
stirukturlarmda 450-yə yaxın elmlər doktoru, 2 minə yaxın
elmlər namizədi çalışmışdır.
Azərbaycan elminin inkişafında Elmlər Akademiya
sının xüsusi mövqeyi və xidmətləri olmuşdur. 60 il ərzində
elmimizin bütün sahələrinin ağırlığı Akademiyanın üzərinə
düşmüşdür. Son 60 ildə neft kimyası, neftayırma sənayesi,
yarımkeçiricilər fizikası, energetikanın fiziki-texniki problem
ləri, fotoelektronika. neft-qaz problemləri, regional-geoloji
tədqiqatlar, seysmologiya və zəlzələlərin proqnozlaşdırılması,
palçıq vulkanizmi, yerli floranın və faunanın öyrənilməsi,
bitkilərin fiziologiyası, biofizika və biokimya problemləri,
patoloji anatomiya, eləcə də kimya və digər elm sahələri üzrə
onlarca digər mühüm problemlərə dair çox qiymətli
tədqiqatlar və kəşflər məhz Elmlər Akademiyasının alimlərinə
məxsusdur16. Bu elm sahələri üzrə Y.Məmmədəliyev, Ə.Quli
yev, V.Qutırya, H.Abdullayev, A.Mirzəcanzadə, Ə.Hüsey
nov, M.Qaşqay, Ş.Mehdiyev, Z.Xəlilov, M.Topçubaşov,
İ.Mustafayev, M.Nağıyev, H.Əliyev, V.Volobuyev, M.Dalin,
A.Qarayev, C.Əliyev, Ə.Sıımbatzadə, E.Salayev, F.Maq-
sudov, Z.Bünyadov, A.Əlizadə, T.İsmayılov, C.Kərimov,
M.Kərimov, M. Rüstəmov kimi alimlərin qazandıqları
uğurlar Azərbaycan elmini dünyaya tanıtdırmışdır.
Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəl
ləri Azərbaycan üçün ən çətin, ən ağır dövrə çevrildi. Həmin
illərdə Azərbaycan elminə, mədəniyyətinə, təhsil sisteminə də
ciddi zərbələr vııruldu. 90-cı illərin əvvəllərində Azərbaycan
Elmlər Akademiyası dağılmaq təhlükəsi qarşısında qaldı.
1993-cü ildən, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışın
dan sonra, Azərbaycan elminin və təhsilinin intibahına geniş
yol açıldı. Müstəqil dövlət quruculuğuna qayıdan Heydər Əli
yev ilk görüş yeri kimi Elmlər Akademiyasını seçdi. Bununla
höyiik öndər müstəqil dövlətin qurulmasında «...intellektual
potensiala arxalandığını ictimai fikrə çatdırdı»17.
Azərbaycan xalqının ümummilli lideri 1997-ci il
yanvarın 31-də Elmlər Akademiyasının rəhbərliyi; həqiq və
müxbir üzvləri ilə görüşündə Akademiya ilə bağlı olan söz-
söhbətlərə son qoydu: «...XX əsrdə Azərbaycan xalqının ən
böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə
inkişaf etməsidir. Biz bununla fəxr edirik.
Bir şeyi
bilməlisiniz, bu, mənim fikrindir - Azərbaycan Elmlər
Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir.
Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər
Akademiyasıdır. Bu Akademiyanın işi və orada işləyənlərin
səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də
olacaq. Biz Akademiyanın hörmətini həmişə qoruyub
saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, Akademiya
mız, yüksək səviyyəli elini-tədqiqat institutlarımız yaranan
cürbəcür elmi müəssisələr arasında ərisin, itsin. Buna yol
vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin
Akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır,
labcliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir
daha bunu deməyə məcburam ki, Azərbaycan Respublika
sının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək
elmi müəssisəsi, elmi təşkilatıdır...»18.
• #
Olkə prezidenti Heydər Əliyev 15 may 2001-ci il tarixli
fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına «Azərbaycan
Milli Elmlər Akademiyası» statusunu vermiş və bununla da
Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi
nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşək
külündə oynadığı rolu və akademik elmin ölkənin inkişafının
əsas təminatçısı olduğunu bir daha təsdiq etmişdir
1$
2001-
ci ilin iyun, noyabr və 2003-cü ilin aprel
aylarında Milli Elmlər Akademiyasının həqiqi və müxbir
üzvlərinin seçkiləri keçirilmişdir. Heydər Əliyev Akademiya
üzvlərinin ümumi sayının 200 nəfər müəyyən edilməsi haqda
xüsusi sərəncam imzalamışdır. Seçkilər nəticəsində 40 ixtisas
üzrə AMEA-nın üzvlüyünə 31 nəfər həqiqi üzv və 94 nəfər
müxbir üzv seçilmişdir. Beləliklə, keçirilmiş seçkilərdən sonra
həqiqi üzvlərin sayı 61, müxbir üzvlərin sayı 109-a çatmışdır.
2002-
ci il avqustun 7-də dövlət başçısı Naxçıvan Mux
tar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətini
gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə
etmək, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii
sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq
məqsədilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılması
haqqında tarixi sərəncam imzalamış, avqustun
12-do Naxçıvanda Bölmənin yaradılmasına həsr olunmuş
müşavirə keçirilmişdir.
Olkə prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü ildə
verdiyi fərmanla
AMEA-nın statusu və Nizamnaməsi təsdiq edilmişdir.
Verilən həmin fərmanda ölkəmizin müasir inkişaf səviyyəsinə
uyğun olaraq elm və texnikanın qarşısında duran vəzifələr
konkret və aydın göstərilmişdir. Fərmanda bu münasibətlə
deyilir: «Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlət
elmi vs elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan
Respublikasındakı
bütün
elmi
müəssisələrinin
və
ali
məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqa
mətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elm
və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi
təşkilatıdır»19.
Qəbul olunmuş Nizamnamədə AMEA-ııın fəaliyyə
tinin məqsəd və vəzifələri, funksiyaları, strukturu və fəaliy
yətinin təşkili və hüquqları göstərilmişdir. Nizamnamədə
deyilir: «Akademiyanın fəaliyyətinin əsas məqsədi təbiət,
cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə
16
Dostları ilə paylaş: |