Gülsüm Hüseynova.
Tat dilinin leksikası
məmulatın dar hissəsində iş görmək üçün alət»,
coz
«qayçı
növü»,
daranoy
«ling
növü»,
noyliilə
«ling
növü»,
damdamundan
«körük basmaq»,
mola dor an
«lehimləmək»,
abiyə
«lehimləmə növü»,
nö
«isti metalı soyutmaq üçün su
doldurulmuş hovuz və ya qab»,
niigoni
«təmirolunma»,
tö
«misgərlikdə metalın qızdırılıb soyudulması prosesi»,
tənəkə
«misin lay forması»,
xəzinəliyə qeyçi
«xəzinəli qayçı»,
bəsti
«güyüm»,
vəri
«güyümün boğaza qədərki hissəsi»,
bin, kəəb
«güyümün alt hissəsi»,
danduna
«metalı cilalamaq məqsədilə
tutmaq üçün dişli alət»,
«maşa», diiş doran
«qaynaq etmək»,
gom
«qaynaq növü»,
pəstöyi
«yarımfabrikat» və s. belə
terminlərdir.
Ayrı-ayrı xalqlar arasında iqtisadi, ictimai-siyasi və digər
əlaqələrdə dil əhəmiyyətli rol oynamışdır. İqtisadi əlaqələr bir
xalqa məxsus əşya və məmulatların başqa xalqın məişətində
yer almasına şərait yaratmışdırsa, dil əlaqələri prosesində
sənətlə bağlı terminlərin bir dildən digərinə keçməsi hadisəsi
baş vermişdir. Ona görə də tat dilində işlənən misgərlik
terminlərinin bir qismi alınma terminlərdir. Bu terminlər
Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsi ilə
alınmışdır. Ümumiyyətlə, tat dilinin terminoloji leksikasını üç
qrupa ayırmaq olar: 1) mənşəcə tat dilinə məxsus terminlər; 2)
ümumiran mənşəli terminlər; 3) alınma terminlər. Belə bölgü
bütün sənət növlərinə aid termionologiya üçün eyni
olduğundan başqa sahələrə aid terminlərdən bahs edərkən
terminlərin mənşəcə növlərə bölgüsünü təkrar aparmağa
ehtiyac qalmır və terminlərin mənşəcə növləri haqqında sonda
qısa məlumat verməklə kifayətlənirik.
Misgərlik terminləri tat dilində işlənən terminlərin bir
hissəsidir. Məlumdur ki, terminlərlə ümumişlək sözlər arasında
əsas fərqlərdən biri leksik vahidin dildə işləkliyidir.
Terminlərin bəziləri dildə, daha doğrusu, ünsiyyət prosesində
171
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
az işlənirsə, digərlərinə nitqdə tez-tez rast gəlmək olur. Bu da
daha çox bu və ya digər əşyanı bildirən adla bağlı olur.
Məsələn, misgərlərin hazırladıqları əşyaların müəyyən hissəsi
əhalinin məişətində istifadə olunduğundan, onların adları
danışıqda çox işləkdir. Lakin misgərlik alətləri haqqında
məlumat daha çox bu sahə ilə məşğul olanlara aid olduğundan
bu sözlər onların dilində və ya nitqində üzə çıxır. «Linqvistik
təhlil və araşdırma prosesində mühüm funksionallıq kəsb edən
terminoloji leksikanın işlənmə və mənimsənilmə texnikasının
öyrənilməsi gündəlik tələbat və zəruri ehtiyacdan doğur. Özü
də bu, terminlərin hamısına aid məsələ deyildir. Məlumdur ki,
terminlərin, o cümlədən dilçilik terminlərinin əhəmiyyətli bir
hissəsi ümumişlək xarakterə malik olduğundan,
onlar
sintaqmatik mövqe etibarı ilə sərbəst funksiya daşıyırlar» (30,
233). Ə.Cavadovun bu fikri müxtəlif sənət sahələrinə aid
leksikanın işlədilməsində də özünü doğruldur. Bu cəhət
misgərlik terminlərinin işlənməsində də müşahidə olunur.
Azərbaycan tatlarının dilində işlənən misgərlik terminlərinin
başqa bir qisminə aid nümunələri nəzərdən keçirək. Onu da
qeyd edək ki, misgərliklə bağlı söz və terminlər, əsasən, Lahıc
ləhcəsinə aiddir. Bu da yuxarıda qeyd etdiyimiz kimi,
misgərliyin Lahıcda daha çox inkişaf etməsi və yayılması ilə
bağlıdır.
Misgərlikdə istifadə olunan terminləri üç əsas qrupda
birləşdirmək olar: 1) misgərlikdə istifadə olunan alət və
vasitələrin adları; 2) misgərlikdə istifadə olunan texnoloji
proseslərin və üsulların adları; 3) misgərlik məmulatlarının
adları; 4) misgərliklə bağlı digər söz və terminlər.
M isgərlikdə istifadə olunan alət və vasitələrin adları.
Bu sənət sahəsində bir sıra alət və avadanlıqlardan istifadə
olunur. Qeyd olunduğu kimi, onlardan bəzilərinin müxtəlif
növləri var. Aşağıda misgərlikdə istifadə olunan alətlərin
172
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
adları, onların istifadə məqsədləri və bu terminlərin cümlədə
işlənməsinə aid misallar verilmişdir:
Lahıc
misgərləri
iri çəkiclərə «tapun» deyirlər. İri
çəkiclərdən metalı döymək üçün istifadə olunur, onlarla
misgərlikdə ən ağır işləri görürlər. Müq. et: Azərb. dial,
tapan
keçmişdə üstü torpaqla örtülmüş damların yağışdan qabaq
döyülüb bərkidilməsi üçün ağac alət.
Korsii
«ağzı dördbucaqlı şəklində çəkic». Nəzər
kor sür ə
nayoft. «Nəzər çəkici tapmadı» və s.
Xoraduhun -
«çəkic növü». İn
xoradnknn
an Haci
Nağiyı. «Bu çəkic Hacı Nağınındır» və s.
Nəri -
«qalın metalı dartıb uzatmaq üçün alət». Ve
nəri
materiala bəkəşirəni duroz bısoxtəni. «Nəri ilə materialı çəkib
uzadırsan» və s.
Lözani - (lö
«dodaq»,
zər ən
«vurmaq» felindən). «Metal
məmulatın ensiz hissəsində iş görmək üçün alət». Bəstirə
gərdənirə ve
lözani
rost bısoxtənund. «Güyümün boğaz
hissəsini bu alətlə düzəldirlər».
Daranoy -
«ling növü». Bə misgəri ən qe kor fıdoşta bira
oləthon yeki iş
daranoyi.
«Misgərlikdə ən çox işlədilən
alətlərdən biri də
daranoydnr»«
və s.
Oolannx -
«mıx düzəltmək üçün alət». Be
mi sm or
rost
soxtan
qolam lx
istifodə bısoxtənim. «Mismar düzəltməkdən
ötrü qolamıxdan istifadə edirik» və s.
Mıxkəş -
«kəlbətin». Fəzail
nnxkəşə
vəyift ki, kihnə
mixhona
vakanı ə divor. «Fəzail kəlbətini götürdü ki, köhnə
mıxları divardan çıxarsın».
Mıxkəş
sözü iki tərkib hissəsindən
ibarətdir:
mıx+kəş
«çəkmək». Bu sözdüzələtmə modeli İran
dillərində geniş yayılmışdır.
Zmqavod -
«mıxın başını girdələmək üçün alət». Bərə
zmqavod
lozim na san boşı. «Burada zınqavod lazım
olmayacaq».
173
Dostları ilə paylaş: |