Gülsüm Hüseynova.
Tat dilinin leksikası
Tat məişətində toxuculuq xüsusi yer tutur. Tatlar
əkinçilik və heyvandarlıqla məşğul olurlar. Qoyunçuluğun
inkişafı yundan istifadəyə geniş imkanlar açmış, nəticədə
toxuculuq, eləcə də, xalçaçılıq tatların məişətində geniş yer
tutmuşdur. Tat dilində toxuculuq, xalçaçılıq sənəti ilə bağlı
terminlər müəyyən bir leksik lay təşkil edir.
Xinəçii
«xalça
dəzgahı», «hana»,
gilimi
«saçaq»,
vərd
«dəzgahda ağac
(çubuq) hissə»,
həvə
«xovlu və xovsuz xalçalarda arğacları və
çinləri bir-birinin üzərində oturtmaq üçün istifadə edilən alət»,
xilil
«mil»,
rıştarusmun
«əyirilmiş ip»,
çoşni
«naxış», «çeşni»,
loça
«naxış
növü»,
dəhi ştatı
«başlanğıc
qoymaq»,
rusmunriştan
«əyricilik»,
şiinə
«daraq»,
şalabandbof
«tumanbağı toxuyan dəzgah»,
qeytonbof
«qaytantoxuyan
dəzgah»,
taxtavəy
«yunu tel-tel edən alət»,
həllac
«yun,
pambıq darayan», «həllac»,
nimər çi
«keçəçi»,
duhungir
«xalçaçılıq aləti»,
arğac
«bir qayçı toxunuş»,
əriş
«xalça
sarınan ip»,
dnrozmım
«əriş»,
çarxala, kələf sə, fıtroım
«hananın detalları»,
gəndumi
hərfən: «buğdayı», «buğda
şəklində naxış»,
gilimi
«kilimi»,
hərəmi
«naxış növü»,
kilim bof
«kilim toxuyan, kilimçi»,
vər div or d
«xalçada olan
çubuğun hərəkətə gətirilməsi»,
isbigül
«ağgül (naxış adı)»,
«ispigül» və s. terminlər bu laya daxildir. Qeyd olunan
terminlərin əksəriyyəti xalçaçılığa aiddir.
Tat dilində toxumaq prosesinin müxtəlif cəhətlərini
bofte
sözü və onun derivatları ifadə edir. Toxuculuqda istifadə
olunan terminlərdən biri də
«bafta»
dır. Şübhə yoxdur ki,
termin
boftan
felindəndir.
Bafta
«güləbətin və ya ipək
saplardan toxunan qaytan» deməkdir.
Bafta
sözünün müxtəlif
derivatları vardır. Bu da paltara naxış salmaqla bağlı sənətin
yayılması ilə bağlıdır. Azərbaycan dilində
baftalamaq, baftalı,
baftaçı, baftaçılıq
kimi sözlərin əsasında bu söz durur.
177
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
Respublikamızın müxtəlif bölgələrində yayılmış «şərbaflıq»
sənəti də bilavasitə bafta ilə bağlıdır. Azərbaycan tatları
şərbaflıq sənəti ilə də məşğul olurlar. Bu sənət sahəsi ayrıca
monoqrafik tədqiqat obyekti olmuşdur (112, 192).
Palaz
- «Yundan ya pambıqdan toxunma enli, uzun,
qalın, xovsuz xalça növüdür» (ADİL 3, 476). Türk dilində
palas
fonetik variantında işlənib, «keçi qılından toxunmuş
qaba kilim» kimi izah olunur. Türk dilinin di al ektl ərində
palaz
«köhnəlmiş kilim, keçə, çul, çuval» mənalarında qeydə
alınmışdır (325, 322). Tat, fars və talış dillərində
pəlos
kimi
işlənir.
Xalça və kilimlərə salınan naxışlar təbiət və məişətdən
götürülmüşdür. Onların adlarının əsas hissəsi ümumişlək
leksik qata məxsusdur. Bu cəhət həm tat, həm də Azərbaycan
dilində özünü göstərir. «Xalça toxuyanlar əhatə olunduqları
təbiəti, əşyaları xalça üzərinə köçürdükləri üçün toxuduqları
çeşni adlarını adi ümumişlək sözlərdən yaratmışlar:
aşıq,
qayıq, pişikqıynağı, dəvəgöziı, qoç, tiilkii, göl, gül, qıış, tovuş
qıışıı, şirpəncəsi, ay, ulduz
, çeşni adları bədən üzvləri, heyvan,
quş, gül, bitki, səma cisimləri və başqa predmetlərin adları
əsasında əmələ gəlmişdir» (2, 79). Bu cəhət tat dilində də
özünü göstərir.
Tuğ
,
tuğbaşı, həmənkömənci
naxış adları tat
dilinin toxuculuq terminologiyasında işlənir.
Bununla yanaşı, bir sıra naxış adları tat dilindən
Azərbaycan dilinə keçmişdir. Məsələn, Azərbaycan dilində
«qəcələ» adlı naxış növü var (2, 122). Tat şivələrində bu söz
qəcələ qəcələ
şəklində
«sağsağan»
mənasında
işlənir.
Azərbaycan dilində xalçaçılıq termini kimi işlənən
miicələr
sözü tat dilindən alınmadır.
Micə//mücə//micə
fonetik
tərkiblərində tat şivələrində işlənən bu söz bir çox İran
dillərində «kirpik» mənasında işlənir,
-lər
isə Azərbaycan
dilinə məxsus cəmlik bildirən şəkilçidir. Azərbaycan dilində
178
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
«taxtamücə» naxış adı işlənir ki, bu sözün 2-ci komponenti
ümumiran mənşəlidir (2, 124).
Qeyd: Bu söz mənşəcə fars,
miijgan, miije
sözləri ilə
bağlıdır.
Miijə
sözü
qeyri-terminoloji
məqamda
hələ
M.Füzulinin dilində işlənmişdir:
Miijəm
sərçeşmələr mənzil
qılan aşuftə məcnundur».
Manca «ip». Kilvar yaşayış məntəqəsində qeydə alınmış
bu sözə İran dillərində, eləcə də, tat dilinin digər ləhcələrində
təsadüf edilməmişdir. Misal:
Mancara
bastand ə qeişi, güllü
saxtənd vərva. «İpi kəmərindən bağlayıb, aşağı buraxdılar» və
s.
DağaıV/dəğər - Azərbaycan dilinin izahlı lüğətində bu
söz aşağıdakı mənada işlənir: 1) qaramal dərisindən hazırlanan
torba; 2) keçmişdə üzərində qaytan toxumaq üçün içi əski-üskü
və ya yunlə bərk doldurulub bağlanmış meşin yastıq. İkinci
məna toxuculuq leksikası ilə bağlıdır (13, 237).
Şalabandbof - «Tumanbağı toxuyan dəzgah». Lahıc
ləhcəsində qeydə alınmışdır. Misal: Zeynalabdin be man bə
muzey
şalabandbofa
ruşun do. «Zeynalabdin mənə muzeydə
tumanbağı toxuyan dəzgahı göstərdi» və s.
Göründüyü kimi, bu mürəkkəb söz iki tərkib hissəsindən
ibarətdir. Birinci tərəf
şalaband
«ip» mənasında olub, başqa
İran dillərində cüzi səs fərqi ilə həmin mənada işlənir.
Məsələn, talış dilində
şəlbend
«bağlamaq üçün alt paltarın bel
hissəsinə keçirilən ip» mənasında qeydə alınmışdır (225, 431).
Sözün ikinci tərəfi
bof
«toxumaq», əksər İran dillərində
müxtəlif fonetik variantlarda işlənir.
Çıqrığ. «çarx» (cəhrədə). Tat ləhcələrində eyni mənada
cığrığ/cığreığ
fonetik variantlarında qeydə alınmışdır.
Vara «bir tikişlik sap»; tat dilindəki
var dərən
«əyirmək»
sözündən olması ehtimal olunur.
Şubənd «eni bir santimetrə qədər olan, yundan toxunmuş
179
Dostları ilə paylaş: |