24
Tanınmış dağ-mədən mühəndisi Q.D.Romanovski yazırdı: "İndi — Amerika petrol sahələri, xüsusilə də
Pensilvaniya mədənləri öz sənaye əhəmiyyətini itirdiyi bir vaxtda bizim Bakı, heç şübhəsiz, dünyanın ən zəngin
neft ölkəsi kimi ön plana çıxacaq".
"Neft sənayesi və fotogen istehsalından aksizlər haqqında qaydalar" layihəsi 1872-ci ilin fevralın 1-də
Sankt-Peterburqda imperatorun təsdiqinə verildi və II Aleksandr bunun üzərində belə bir dərkənar qoydu: "Ol-
sun".
Beləliklə, rus, xarici və yerli kapital maqnatları üçün Azərbaycan neftinə doğru geniş yol açıldı. 1872-ci il
fevralın 17-də Sankt-Peterburq, Moskva, Tiflis və Bakı qəzetlərində Azərbaycan neft mədənlərinin dekabrın 7-
si, 14-ü, 21-i və 28-nə nəzərdə tutulmuş qarşıdakı hərracları haqqında Qafqaz canişinliyi baş idarəsinin elanı
dərc edildi. Bakı quberniyası, Quba, Şamaxı və Lənkəran qəzalarındakı bütün neft mədənləri 48 qrupa
bölünmüşdü. Onların hər birində 10 desyatindən artıq sahə yox idi, burada bütün neft quyularının vəziyyəti və
hər bir sahənin təxmini dəyəri göstərilirdi. Hərraclarda bir sıra rus və əcnəbi kapitalistlər iştirak edirdi. Bakı
qəzetləri Almaniya, İngiltərə və İsveçdən iri kapitalistlərin ölkəmizə gəlməsi barədə xəbərlər verirdilər. V və
XVI qruplara daxil olan mədənlər istisna edilməklə, bütün neft mədənləri satıldı. Yaranmış mübahisələr
nəticəsində yerdə qalan sahə qrupları isə bir qədər gec alındı. Təkcə Bakı qəzasında olan neft quyularını
komissiya rubl məbləğində dəyərləndirmişdi. Hərraclar zamanı Balaxanıdakı güclü "Vermişevski" fontanı ilə
bağlı ayrı-ayrı sahələrin qiymətləri həddən artıq şişirdilmişdi. Hərraclar nəticəsində nəzərdə tutulduğundan 51/3
dəfə artıq məbləğ, yəni 2939137 rubl əldə edildi.
Abşeron neft mədənlərini hərraclarda əsasən iri kapitalistlər aldılar.
Deyilənə görə, xan öz xanlığında demək olar ki, bütün torpaqların sahibi idi. Bakı xanlığının Rusiya tərki-
binə daxil olmasından sonra (1806) əvvəlcə şəxsən Hüseynqulu xana məxsus olan torpaqlar (xassə) və keçmiş
dövlət torpaqları fondu (divani) Rusiya dövlət xəzinəsinin mülkiyyəti elan edildi. Qeyd etmək lazımdır ki,
əkinçi kəndlinin öz pay torpağı üzərində qeyd-şərtsiz hüquqa malik olması prinsipi dünyanın bir çox ölkələ-
rinin qanunvericiliyində təsbit edildiyi halda, çar üsul-idarəsi dövründə, eləcə də Azərbaycanın Rusiya tərkibi-
nə daxil olmasından sonra Azərbaycana şamil edilmirdi. Eynilə, ən mühüm faydalı qazıntı yataqları da torpaq
sahibinin deyil (Rusiyada feodal mülkədarlar, Azərbaycanda bəy-mülkədarlar istisna olmaqla), dövlət
hakimiyyətinin tabeliyində idi. Bu torpaqları, torpaq sahibinin iradəsindən asılı olmayaraq arzu edənlərə belə
verə bilərdilər. Yerli sakinlər belə özbaşınalıqlara qarşı qəti narazılıqlarını bildirdilər. Ona görə də Nazirlər
Şurasının xüsusi jurnalının 1907-ci il 17 mart sayında da göstərilirdi: "Qafqazın kənd əhalisi kəndlilərə məxsus
neftli torpaqların 1891-ci il 20 fevral qaydalarına uyğun olaraq xəzinə üçün müsadirəsinə son dərəcə mənfi
yanaşır".
Ticarət və sənaye naziri neft sənayeçilərindən çoxsaylı şikayətlər aldıqdan sonra canişinə məktub yazaraq
"neft kəşfiyyatı işində kəndlərin sakinlərinin yaratdığı maneələrə qarşı özündən asılı olan tədbirləri görməyi"
xahiş etdi. Qafqaz canişininin sərəncamına əsasən, Şuranın üzvü N.F.Cunkovski Bakı şəhər qubernatoru
Martınova təklif etdi ki, Bakı şəhəri kəndləri əhalisinin bu cür çıxışlarına qarşı ən ciddi tədbirlər görsün.
Abşeronun neftlə zəngin torpaqlarını çar öz yaxın adamlarına, xüsusilə də əyyanlarına səxavətlə paylayır-
dı. 1879-cu ildə çar fərmanına əsasən general-leytenant İ.D.Lazarev, knyaz F.Z.Vitrqenşteyn, general-leytenant
D.M.Staroselski, general D.Çavçavadze, Kutaisinin sabiq general-qubernatoru A.Qaqarinin arvadı və bir çox
başqalarına da hərraclarsız torpaq bağışlanmışdı. General-mayor A.P.Şuvalovun Suraxanıdakı sahəsi 37,5
desyatin olan neftli sahələri icarəyə verilməsi barədə ərizəsinin üzərində çarın dərkənarı var: "Göstərilən sa-
hələri dərhal qraf Şuvalovun mülkiyyətinə verməli".
Azərbaycan tarixi arxivində saxlanılan sənədlər Abşeronun və Azərbaycanın digər bölkələrinin
(Yelizavetpol, Xıdırzindan və s.) kəndli torpaqları fondunun talan edilməsini təsdiqləyir. 1872-73-cü illərdə
çarın 1872-ci il 1 fevral tarixli fərmanına əsasən 5325 desyatin kəndli və icma torpağı satılmışdı.
"Kaspi" qəzeti 1908-ci il 28 oktyabr tarixli sayındakı "Rasxişenie boqatstva" ("Sərvətin talan edilməsi")
məqaləsində ölənin təbii sərvətlərinin işlədilməsi və Abşeronun neftli torpaqlarının hərraca çıxarılmadan
paylanılması zamanı yol verilən fırıldaqları təsvir edərək istefaya çıxmış Ticarət və sənaye nazirinin, həmçinin
gizli müşavir Timiryazevin məsuliyyətə cəlb olunmasını tələb edirdi.
"Baku" qəzetinin 1909-cu il 14 oktyabr tarixli sayındakı "Maxinaçiya s neftlnımi uçastkami" məqaləsində
oxuyuruq: "Senyavindən və kameryünker Mamontovdan başqa üstəlik pristav köməkçisi Asribekov da hərracsız
və qanunu pozmaqla neftli sahələr ələ keçirməyə müvəffəq olmuşdur. Sonuncu şəxs 3 nəfərin adından vəsadət
verir, özü də onlardan biri 3 il öncə vəfat etmişdir".
Xüsusilə 1907—1908-ci illərdə, Abşeronun neftlə zəngin torpaqlarının sürətlə talan edilməsi və kəndli-
lərin narazılığı barədə belə məqalələrlə Peterburq, Moskva, Bakı və Tiflisdə çıxan "Reç", "Qolos Moskvı",
"Nova Rus", "Zakavkazska reç" və s. qəzetləri də çıxış edirdilər.
Neft sənayeçiləri qurultayı Şurasının bir sənədindən görünür ki, Abşeronun əsas neft rayonlarında (Ba-
laxanı, Sabunçu, Ramana, Zabrat) XIX yüzilliyin sonlarında neftlə və Azərbaycanın sənayesinin digər sahələri
ilə əlaqəsi olan 67467 adam yaşayırdı. Bu əhalinin 83%-ə yaxını Bakıya pul qazanmaq üçün köçmüş və mədən