52
Kitab dadünyada, o cümlədən Azərbaycanda ekologiya elminin inkişaf
tarixi, müxtəlif səviyyələrdə (populyasiya, biosenoz, ekosistem, biosfer) təbii
sistemlərin funksiyalarının əsas qanunauyğunluqları, insan ekologiyası; insan
tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması və onun
ekoloji nəticələri; ətraf mühitin (atmosfer, hidrosfer, litosfer, o cümlədən
torpaq) əsas çirkləndiricilərinin ətraflı xarakteristikası və onların insanın sağ-
lamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun
təbii-sosial-iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan
səbəblər, turş yağışlar, litosferə, o cümlədən torpağa antropogen təsir, nitrat və
nitrit-lərin insan sağlamlığına təsiri, səhralaşma, bitki örtüyünə antropogen
təsirin nəticələri, təbii otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun
deqradasiyasının səbəbləri, dərman bitkilərindən istifadə, təbiətin müxtəlif
istiqamətli dəyişdirilməsi; səs və elektromaqnit çirklənməsinin insan sağlam-
lığına təsiri; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen eko-
loji qəzaların ətraf mühitdə nəticələri, təbii fəlakətlərin nəticələri, ətraf mühitin
zərərli sosial faktorların ıninsanın sağlamlığına təsiri.
«Ekologiya, ətrafmühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğ-
rafiyaşünaslar, torpaqşünaslar, meşəçilər, kənd təsərrüfatı, həmçinin təbii
ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul
olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Məmmədova, Afət Oqtayqızı. Bitki bioindikatorları və ətraf mühitin
qiymətləndirilməsi: monoqrafiya / A. O. Məmmədova; elmi red. U. K.
Ələkbərov; Bakı Dövlət Universiteti. - Bakı: BDU nəşriy - yatı, 2008. - 175 s.
Monoqrafiya ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi və idarə
edilməsində bitkilərin istifadəsinə əsaslanan biomonitorinqə, bu sahədə yeni
üsullarının işlənməsinə və istifadəsinə həsr edilmişdir.
Abdullayev, Əli İzzətoğlu. Dəniz-neft-qaz istehsalında ətraf mühitin
mühafizəsi: monoqrafiya / Ə. İ. Abdullayev. - Bakı: Elm, 2007. - 472 s.
Abdullayev, Kamal Mehmanoğlu. Enerji ehtiyatları, elektrik enerjisi
istehsalı və ətraf mühit: dərslik / K. M. Abdullayev, Y. İ. Lətifov, G. K.
Abdullayeva; red. K. M. Abdullayev. I cild: Enerji ehtiyatları və elektrik
enerjisi istehsalı. - Bakı: Zaman-3, 2005. - 448 s.
53
Ətraf mühitin iqtisadiyyatı : dərs vəsaiti / Bakı Biznes Universiteti;
tərt. müəl. İ. H. İbrahimov, elm ired. İ. M. Abbasov. - Bakı: Bakı Universiteti
Nəşriyyatı, 2015. - 357 s.
Dərs vəsaiti ətraf mühitin iqtisadiyyatı elminin mahiyyəti, metodları,
vəzifələri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, ekologiya və
iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifadə və onun
səmərəliliyi,
təbii
ehtiyatların
qiymətləndirilməsi,
ətraf mühitin
çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi məsələləri müasir tələblər
baxımından şərh edilir.
Sosial ekologiya (sosioekologiya): dərslik / Q. Ş. Məmmədov [etal.];
elmi red.: Ə. B. Məmmədov, F. Ə. Mustafayev. - Bakı: Radius, 2015. –
670 s.
Dərslikdə Azərbaycanda ətraf mühit üzrə qanunvericilik, qəbul
olunmuş milli və dövlət proqramları, Azərbaycan Respublikasının ekoloji
siyasəti, onun prioritet istiqamətləri və prinsipləri haqqında söhbət açılır.
Göyçaylı, Şövqi Yusifziya oğlu. Ətraf mühiti mühafizə: dərs vəsaiti
/ Ş. Y. Göyçaylı, B. M. Əzizov. - Bakı: MBM, 2008. - 278 s.
Dərs vəsaitində ətraf mühiti mühafizə fənninin metodoloji əsasları,
elmlərarası əlaqələri, mühitin keyfiyyətinə, atmosferin, su hövzələrinin
çirklənməsinə, səs-küy və vibrasiyadan, ionlaşdırıcı şüalanmaya nəzarət,
profilaktika və mühafizə tədbirlərinin aparılması məsələləri təhlil edilmişdir.
Məmmədova, Leyla Nəbi qızı."Azərbaycan təbiəti" elmi-metodik
jurnalında ətraf mühitin qorunması problemləri (jurnalın materialları
əsasında): monoqrafiya / L. N. Məmmədova; elmi
red. B. Ə. Budaqov; AMEA akad. H. Ə. Əliyev adına Coğrafiya İnsti-tutu. -
Bakı: Elm və Təhsil, 2012. - 192 s. Monoqrafiyada hər zaman üçün həlli vacib
olan aktual mövzu: təbiətin və ətraf mühitin insanlar tərəfindən düçar edildiyi
problemlər işıqlandırılmışdır.
Ətraf mühit kimyası : dərslik / R.Ə.Əliyeva [et al.]; elmi red. T. M.
İlyaslı. - Bakı: UniPrint, 2013. - 280 s.
Kitabda dərs proqramına uyğun olaraq biosferdə baş verən müxtəlif
fiziki-kimyəvi proseslərin mahiyyətini aydınlaşdırmağa imkan verə bilən
ətraflı materiallar verilmişdir.
54
Hanter, David. Ətraf mühit haqqında beynəlxalq hüquq və siyasət
/ D. Hanter, C. Saizman, D. Zealke ; red. heyəti R. K. Klark [et al.]. - II nəşri.
- Bakı: Adiloğlu, 2008. - 1720 s.
Bu nəşr Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin
dəstəyi vasitəsilə dərc olunub. Burada ifadə edilmiş fikirlər, faktlar və
nəticələr və ya məsləhətlər Müəlliflərə aiddir. Bu fikirlər Amerika
Hüquqşünaslar Assosiasiyasinin nə nümayəndələr palatası, nə də İdarə
Heyəti tərəfindən təsdiq edilib. Kitabda qeyd edilən fikirlər Amerika
Birləşmiş Ştatları Dövlət Departamentinin və ya ABA/CEELİ-nin mövqeyini
əks etdirmir.
Qurbanzadə, Ağazeynal Alı oğlu. Ekologiya: sosial-iqtisadi əsasları:
monoqrafiya / A. A. Qurbanzadə ; elmi red. Z. S. Məmmədov. - Bakı: Elm,
2010. - 159 s.
Monoqrafiyada ekologiya elminin konseptual sosial-iqtisadi əsasları,
dayanıqlı inkişaf istiqamətləri, ekoloji-təhlükəsizlik sisteminin müasir
tələblər baxımından təhlilləri aparılmışdır.
İbrahimov, Tahir Oruc oğlu Azərbaycan qoruqlarının ekolo-
jiproblemləri: 2 hissədə / T. O. İbrahimov; elmi red. B. Ə. Budaqov; Bakı
Dövlət Universiteti. I hissə. - Bakı : Mars-Print, 2011. - 256 s.
Kitab müəllifin müxtəlif illərdə (Beynəlxalq, Ümumittifaq və res-
publika elmi konfranslarının materiallarında) çap etdirdiyi elmi məqalə və
tezislərin toplusudur. Əsasən Azərbaycan qoruqlarının ekoloji problemlərinə
həsr olunmuş həmin məqalələr ayrı-ayrı qoruq və yasaqlıqların özünəməxsus
və zəruri olan tədbirlərdən bəhs etdiyi və onların bəzilərinin kiril əlifbası ilə
yazıldığı nəzərə alınaraq yenidən tərtib olunmuşdur. Bu kitab coğrafiyaçılar,
ekoloqlar, ali məktəb tələbələri və magistrantlar üçün nəzərdə tutulmuşdur.
Müəllif yazır Azərbaycan təbiətinin vurğunu olan, sanki meşələrdəki
ağacların sayını əzbər bilən,mərhum akademik Həsən Əliyev sağ olsaydı
«Həyəcan təbili»ni bir də çalardı və hər bir Azərbaycanlıya kəsilən bir ağacın
sızıltısını özünün sındırılan qolu timsalında görməyi, duymağı tövsiyə edərdi.
Və yəqin ki, son hökmünü xalq şairimiz Hüseyn Arifin poeziya dili ilə
belə verərdi:
Dağ üstündən dağ çəkilir təbiətə
Bu haqsızlıq, bu acgözlük
Dostları ilə paylaş: |