62
təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədə-
biyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir.
Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə
oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu
məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliə-
dən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yaz-
dığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab
olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şa-
maxıdan çıxıb gedəcəyini qeyd edir.
Sabir 1885-ci idə ziyarətə çıxıb, Orta Asiyaya, oradan da İrana
gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa
Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və ya-
zıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından
olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu
dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıdı. Bədii yaradıcılıqla
da məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmiş-
di. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş,
əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman
Sabirin evi də dağılmışdı.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniya-
sınınMüsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş
İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə dostluq münasi-
bətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu
münasibətdən irəli gəlirdi.
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə baş-
çısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahat-
lıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını
savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə
sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə
baxmayaraq,
atam xoş üzlü, zarafatçıl, səmimi idi.
63
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən
Sabir
şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə
Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən
böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı
ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi
məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini
oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifə-
lərində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur.
Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla
Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olmuşdur.
Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq
münasibətləri yaranmışdır.
1907-ci ilin əvvəllərində Sabir sabun
bişirib satmaqdan əl çəkib,
mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha mün-
təzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət
"İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik im-
tiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori
Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə
məktub alır. Həmin
məktublarda deyirdi ki, yaxın
zamanlarda semina-
riyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə
həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona
kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan
verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana
dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan
sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı
məktəblərindən birində köməkçi müəllim işləyir.
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" mək-
təbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxu-
yurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər
skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya
çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair
məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.