64
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə
"Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat"
məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı
neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq,
onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından
Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında
işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə
gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz"
imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda
"Molla Nəsrəddin"ə də yazmaqda davam edir.
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayı-
dır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu
C.Məmmədquluzadənin evində qalır. "Molla Nəsrəddin"in əməkdaş-
ları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şid-
dətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-
yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının
redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif
edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.
"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə
maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Ru-
siyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şai-
rinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına
ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayaca-
ğını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya
gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini
söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist
H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır:
"...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi
xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım".
1911-ci il iyulun 12-də Sabir vəfat etmişdir. Şairin cənazəsi Şa-
maxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunmuşdur.
65
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra,
1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və
M.Mahmudbəyovun səyi ilə onun şerləri "Hophopnamə" adı ilə çap
olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi
ilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxılmışdır.
Yaradıcılığı
Lirik şeirləri. Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim
Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeirlərini Şərqin
Firdövsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu
əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan
sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət
duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşiqdir.
O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiqlərin dili
ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan,
sevgilinin rəqibə uymasından şikayətlənir.
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də
orta əsr şeirində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifa-
dələrdən ibarət idi. Aşiqçox vaxt özünü Məcnunla, sevgilisini isə Leyli
ilə müqasiyə edirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zöhhak,
Əhrimən, Kəbə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez
istifadə olunurdu.
Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı
lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik
dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mü-
barizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Onun arzu-
su “dilbəri-hürriyyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini
dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
66
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı,
şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə apar-
malı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və
əziyyətə düşsə də, şüurlu, düşüncəli bir həyat, işgüzar, mübariz bir
həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində
həyat, zadalıq, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir.
Sabir “Ruhum” şeirində özünün azadlıq idealını, ictimai amalını
müstəqim tərənnüm yolu ilə verir. O, özünün gələcək xoşbəxtliyini
azadlıqda görərək yazır:
Mən gedərəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
Yaşasın şəhriyari-hüriyyət!
Mən gedərəm, var olsun amalım!
Bu azadlıq idealı Sabir dünyagörüşündəki qüvvətli humanizmlə,
insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında
arzularla əlaqədar olmuşdur. Şairin bəzən, hətta azadlıq və insanlıq
məfhumlarını açıqcasına eyniləşdirməsi buradan irəli gəlir:
Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər,
ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat
qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu,
Sabirin böyük ictimai idealı idi.
Humanizm, azadlıq, xoşbəxtlik haqqında belə ümumiləşdirici
lirika ilə bərabər, Sabirdə zəmanəsinin azadlıqsevən, xoşbəxtlik uğrun-
da əldə silahvuruşan konkret qəhrəmanlarının təsviri də var.Bu cür
əsərlərdən biri Sabir lirikasının gözəl nümunələrindən olub, 1908-ci
ildə “Molla Nəsrəddin” jurnalında çap olunan “Səttarxana” şeiridir.
Səttarxan kimdir?
Dostları ilə paylaş: |