129
Nədənsə
şübhələnən qoca ehtiyatlanaraq*, gözucu qaçaqları*
süzdü
.
– Onda yaxşı tanı, bil ki, onun ilxısına toxunan hələ anasından* olmayıb!
– Əmi, biz müftə* istəmirik… Haqqı nədi, verərik.
– Bura “Mal meydanı” deyil. Qurban ağa dərimə saman təpər!..
– Təpməz, ağana deyərsən ki, atı Kərəm apardı…
– Ayə, yoxsa sən qaçaq* Kərəmsən?! – deyə ilxıçı sevincək
və
heyrətlə
soruşdu.
İsmayıl, kişinin sualını təsdiqlədi. İlxıçı yaman həyəcanlanmışdı*. “Necə
də cavan, yaraşıqlı* imiş bu Kərəm”, – deyə düşündü.
– Mənim özümün bir atım var, sənə qurbandı!
Kərəm müştəri* gözü ilə ilxını nəzərdən keçirdi, üzünü yoldaşlarına* tu-
tub əli ilə bir at göstərdi:
– Bax o ürkəni tutun!
Kərəmin nişan verdiyi ürkə çox yaraşıqlı idi. Qoca ilxıçı yanındakı cavan
oğlanla baxışıb:
– Görürəm, at tanıyansan,
amma
o ürkə xamdır, – dedi. Atının cilovunu
açan İsmayıl dilləndi:
– Mən öyrədərəm! Onu elə yumşaldaram ki, muma dönər.
Qaçaqlar* ilxını dövrəyə aldılar. İlxıçı da onlara* qoşuldu.
Birdən hürkmüş ürkə cavan oğlanın yanından* qanadlandı*. Oğlan cəld
tərpəndi, həmin anda atın yalmanından* yapışıb belinə sıçradı. Ürkə fınxırdı,
şahə qalxdı, kişnədi, atılıb-düşdü. Yerində dövrə vurdu
və
ox kimi
süzüb
irəli sıçradı. Qoca kişi
də
, qaçaqlar*
da
narahat oldular. İlxıçı pıçıltı ilə dedi:
– Allah özün saxla, oğlanı indicə yerə çırpacaq*!
Ürkə təkə kimi dağa
, özünü dağa-daşa çaldı.
Lakin nə
oğlan
inadından* dönür,
nə də
at ipə-sapa yatırdı. Bir azdan ürkə qaçışını dəyişdi,
get-gedə yavaşıdı. Oğlan atın boynunu şapalaqlayıb* başını geri döndərdi
və
dağdan aşağı endirdi. Bir qədər də düzənlikdə* səyirtdi. Ürkənin uzun yalı
havada yellənir, qartal kimi qanad açıb uçurdu. Oğlan onu haldan saldı, qan-
tərə batırınca beləcə sürdü.
Qaçaqlar* maraqla*, fəxrlə cavan oğlana tamaşa edirdilər. Yavaş-yavaş
onun iradəsinə təslim olan at indi buğlana-buğlana yorğalayır və rəvan yerişlə
geri, ilxının yanına qayıdırdı…
Kərəm dedi:
– Allah saxlasın, igid baladır!
İlxıçı dilləndi:
– Mən bunu birinci dəfədir ki, belə at minən görürəm…
Oğlan köpüklənə-köpüklənə yortan ürkəni sürüb düz Kərəmin qarşısında
əylədi
.
– A bala, kimin oğlusan? – Kərəm xəbər aldı.
– Qurban ağanın, – dedi oğlan.
Çap üçün deyil
130
Kərəm
nəsə
bir an fikrə getdi və cibindən* pul çıxarıb atın haqqını ona
uzatdı:
– Bunu dədənə ver. Özünə də deynən ki, bu kişiyə toxunmasın.
Bəyzadə pulu almadı:
– Kərəm dayı, ilxıda ən cins at bu ürkədir… Adı Turacdır*. Daylaq vax tın-
dan* özüm bəsləyirəm. Sənə peşkəşdi.
Kərəm oğlanı bağrına basdı:
– Qoçaqlar* həmişə ürəkli olur!.. – dedi və cibindən* bir gümüş saat
çıxarıb ona bağışladı.
Fərman Eyvazlının “Qaçaq Kərəm” romanından
SÞZLÖK
xam – непрерученный
səyirtmək – гнать лошадь
növcavan – юный, молодой
yorğalamaq – идти иноходью
yortmaq – бежать неровной рысью
finxırmaq – фыркнуть
SЮZ EHTИYATI
ürkə – двухгодовалый жеребёнок
şahə qalxmaq – встать на дыбы
şümşadboylu – стройный
ipə-sapa yatmamaq – не поддаться
dərisinə saman təpmək – снять
шкуру с кого
❶
Səs tonu, temp və fasiləni gözləməklə mətni rollar üzrə oxuyun, sonra
səhnələşdirin. Ən yaxşı “aktyoru” qiymətləndirin və fikrinizi əsaslandırın.
|
Necə bilirsiniz, mətndəki ağ boşluqda hansı söz yazılmalıdır?
A) qaçdı B) çıxdı C) dırmaşdı D) sıçradı E) yollandı
❷
Mətndəki fakt və hadisələrə əsaslanmaqla suallara cavab verin. Hansı
sualın cavabı mətndə öz əksini tapmayıb?
1) Kərəm oğlana nə üçün gümüş saat bağışladı?
2) Qoca kişi və qaçaqlar nə üçün narahat oldular?
3) Kərəmin bəyəndiyi at necə idi?
4) Cavan oğlan nə üçün əsəbiləşmişdi?
5) Kərəmin dəstəsi nə üçün səmtini dəyişib ilxıya yaxınlaşdı?
6) İlxıçı niyə həyəcanlanmışdı?
7) Qaçaqlar nə üçün maraqla, fəxrlə cavan oğlana tamaşa edirdilər?
|
Necə bilirsiniz, sualların sırası mətndəki ardıcıllığa uyğundurmu?
Fikrinizi əsaslandırın və ardıcıllığı bərpa edin.
❸
Kərəm nə üçün oğlanı bağrına basaraq: “Qoçaqlar həmişə ürəkli olur!..”
– dedi? Mətndən çıxardığınız nəticə əsasında düzgün hesab etmədiyiniz
variantı səsləndirin.
Çap üçün deyil
131
A) Oğlan özünün bəslədiyi atı mərdanəliklə Kərəmə bağışladı.
B) Bu gənc oğlan atı təslim edənədək inadından dönmədi.
C) Bu gənc Qurban ağanın oğlu idi.
D) Oğlan həm qoçaq, həm də ürəyiaçıq idi.
E) Oğlan Kərəmin ona uzatdığı pulu götürmədi.
|
Qruplarla işləyin. Hərəniz yuxarıdakı variantlardan biri ətrafında mətn-
dəki məzmunu genişləndirərək öz sözlərinizlə danışın. Cümlələrin əlaqə lən-
məsinə diqqət yetirin.
❹
Mətn üzrə plan tərtib edin və həmin plan əsasında məzmunu danışın.
❺
Mətndə narıncı rəngdə verilmiş sözü aşağıdakı variantlardan hansı ilə
əvəz etmək olmaz?
A) dayandı B) saxladı C) durdu D) səyirtdi E) cilovu çəkdi
|
Bu sözün kontekstə uyğun mənasını yuxarıdakı variantlardan hansı
daha dəqiq ifadə edir? Cümləni bir də oxuyun və fikrinizi əsaslandırın.
❻
Ahəng qanununa uyğun şəkilçi variantları seçməklə Qaçaq Kərəm
haqqında müəllimin təqdim etdiyi mətni Azərbaycan dilinə tərcümə edin və
məlumatınızı artırmağa çalışın.
|
Necə bilirsiniz, tərcümə etdiyiniz mətndə yerinə düşməyən, artıq cümlə
işlənmişdirmi? Həmin cümləni tapıb səsləndirin, mətnin məzmunu ilə əlaqəsi
olmadığını əsaslandırın.
❼
Mətnin birinci iki abzasında işlənmiş sifətləri seçib aid olduğu sözlərlə
birlikdə dəftərinizə yazın. Quruluşca növlərini müəyyənləşdirib, qrammatik
mənasını izah edin.
❽
Mətndə qara şriftlə verilmiş sözləri dəftərinizə köçürün. Hər birinin
kontekstə uyğun qarşılığını tapıb qarşısında yazın. Sonra həmin sözləri nitq
hissələri üzrə qruplaşdırıb qrammatik mənalarını izah edin.
❾
Mətndə qırmızı rəngdə verilmiş nitq hissəsini məna növləri üzrə qrup-
laşdırıb qrammatik mənasını izah edin. Hər qrupa aid əlavə misallar söyləyin.
|
Necə bilirsiniz, mətndə qoşma işlənmişdirmi? Fikrinizi konkret misal-
larla izah edin.
❿
Mətndə göy rəngdə verilmiş sözlər əvəzliyin hansı məna növünə aid-
dir? Fikrinizi əlavə misallar söyləməklə əsaslandırın.
A) sual B) işarə C) qeyri-müəyyən D) şəxs E) təyini
|
Mətndə əvəzliyin başqa hansı məna növləri işlənmişdir? Fikrinizi fakt-
larla əsaslandırın.
Çap üçün deyil
Dostları ilə paylaş: |