Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

 

68 


“meymun”  adlandırılmaqla  Gülnaza  evlənmək  şansından 

məhrum edilir. Xorun, - şəhər əhlinin, -  “deyirlər 

ki,  toy  olacaq,  Məşdi  İbad  qız  alacaq”  xəbəriylə 

başlanan 

ziyafətdə 

“hə”, 


yəni 

informasiyanın 

təsdiqi, 

birdən-birə 

dönüb 

“yox”, 


yəni 

informasiyanın  inkarı  olur.  Bu  səhnədə  Məşədiyə 

sözoynatmalar  vasitəsilə  bildirilir  ki,  axmaq  bir 

iddiaya  düşüb.  Amma  çifayda  ki,  İbad  kişi  bu  fikri 

özünə  yaxın  buraxmır.  O  yalnız  finalda  ayılacaq. 

Odur  ki,  Həsən  bəy  Məşədinin  meymunabənzərliyini, 

köhnə  əyyamdan  bir  eksponat  kimi  qaldığını  bəyan 

edən  andaca  məclis  faktiki  surətdə  qurtarır. 

Bununla  da  elçilik-həngamə  səhnəsi  öz  vəzifəsini 

tam  yerinə  yetirir:  Qeysi  “məcnun”  adlandırıb 

yararsız  eləmişdilər,  Məşədiyə  isə  “meymun”  deyib 

damğa  vururlar.  İmtina  bəhanəsiylə  dilə  gətirilən 

sözlərin qafiyələnməsi də bir daha onu göstərir ki, 

Rüstəm  bəyin  evində  verilən  ziyafətdə  “Leyli  və 

Məcnun”  operasındakı  elçilik  səhnəsi  məsxərəyə 

qoyulur.  Təbii  ki,  bu,  ciddi  klassik  mövzulara 

xalqın  meydan  mədəniyyətinin,  gülüş  mədəniyyətinin 

kontekstində  formalaşmış  zarafatyana,  rişxəndcil, 

şəbədəçi    münasibətin  inikasından  başqa  bir  şey 

deyil. 


     İndisə  keçək  Məşədinin  Məcnuna  istehzasına, 

ona  lağ  etməsinə.  Aydın  məsələdir  ki,  İbad  kişi 

cavan Qeys kimi səhraya varıb sərgərdan ola bilməz, 

əgər  ona  “yox”  deyilibsə.  Çünki  Məşədi  öz  gücünə 

arxayındır;  istər  maddi  təminatına,  istərsə  də 

fiziki  vəziyyətinə  görə:  maşallah-namxuda,  quş  kimi 

yüngüldür,  dişləri  də  cabecadır,  yəni  yerindədir. 

Ol 


səbəbdən 

Məşədi 


fürsəti 

qaçırmayacaq 

və 

Gülnazdan 



ötrü 

kərgədan 

tərsliyilə 

mübarizə 

aparacaq,  ziyafətdəki  biabırçılığı  eyninə  almayıb 

çaparaq  adaxlıbazlığa  gələcək.  Əgər  situasiyanı 

məntiqlə  təftiş  eləsək,  məlum  olacaq  ki,  İbad 

kişinin  adaxlıbazlığına  heç  bir  ehtiyac  yoxdur. 




 

69 


Çünki Rüstəm bəydən Məşədinin icazəsi var: istədiyi 

zamanda təşrif buyurub Gülnazı görə bilər. Bəs onda 

İbad kişi, sinni bir adam, bu nə hoqqadır çıxardır, 

gündüzün  günorta  vaxtı  hasara  dırmaşır?  Məşədi 

tərəfindən  belə  urvatsız  davranış,  zənnimcə,  bu 

sayaq  izahat  bulur:  tacir  İbad,  daha  doğrusu, 

baqqal  İbad  hasara  ona  görə  dırmaşır,  ona  görə 

adaxlıbazlıq 

eləyir 

ki, 


ziyafətdən 

sonrakı 


pərtliyini aradan götürməyə, hələ də cavan, ərköyün 

bir  həyat  sürdüyünə,  evlənmək  hüququna  malik 

olduğuna  özünü  və  başqalarını  inandırsın.  Bununla 

da  Məşədi  “mömin  idbar  qoca”,  “köhnə  əyyamın 

eksponatı”  təssüratını  bilmərrə  dağıtmağa  can  atır. 

Nəticə  isə  əksinə  olur;  Məşədini  miskinləşdirir, 

amma  onu  “atdan  sala  bilmir”,  yolundan  döndərmir. 

Və 


sən 

bir 


təsadüfə 

bax, 


Gülnazın 

ikinci 


adaxlısının  mövcudluğu  Məşədi  İbada  həməncə  “Leyli 

və  Məcnun”  əhvalatını  xatırladır.  Deməli,  Məşədi 

özünü  eşq  dünyasının  əsl  Məcnunu,  Sərvərisə  İbn 

Səlamı  kimi  qavrayır.  Bu  analogiya  bir  daha 

təsdiqləyir  ki,  “O  olmasın,  bu  olsun”  pyesi  “Leyli 

və  Məcnun”a  ədəbi  parodiyadır,  məsxərə  qismində 

düşünülmüşdür.  

     Məhz  elə  bu  səhnədə  Məşədi  İbad  hikkə  ilə 

bəyanat  verəcək:  “Yox,  mən  o  məcnunlardan  deyiləm, 

bu  saat  gedib  qoçuları  bura  yığacağam”.  Onun 

replikasında  dolayısı  yolla  Məcnunun  zəifliyinə 

eyham  var  və  Məşədi  öz  romantik  prototipi  saydığı 

bədii  qəhrəmana  qarşı  aşkar  ironiya,  kinayə  ilə 

danışır,  Qeysə  yuxarıdan  aşağı  baxır.  Məsələ  onda 

ki,  bununla  da  tərs  perspektivdə  görükən  və 

məsxərənin  əsas  qayəsini  şərtləndirən  bənzəyişlər 

bitib  tükənmir.  Məgər  adaxlısını  və  haqqını  tələb 

etməkdən,  ləkələnmiş  adını  təmizə  çıxarmaqdan  ötrü 

Məşədini  Rüstəm  bəyin  qapısı  ağzına  “tökdürdüyü” 

qoçular 


Məcnunu 

murada 


çatdırmaq 

üçün 


Leyli 


 

70 


atasının üstünə hücum çəkmiş cəngavər NOFƏL və onun 

döyüşçülərilə assosasiya yaratmırmı? 

     Ədəbi məsxərənin çox mühüm nişanəsi məşhur  

orijinaldan  bəlli  olan  situasiyanın  qəlibini  necə 

varsa,  eləcə  də  saxlayıb  onun  məna  tutumunu, 

cərəyan ritmini, ən başlıcası isə, tanış vəziyyətin 

təhrikçilkəri  kimi  çıxış  edən  personajları  və 

hadisələri 



TƏRS 

PERSPEKTİVDƏN 

görükdürməkdir. 



MƏSXƏRƏ  ORİJİNALIN  NEQATİVDƏ  İŞLƏNMİŞ  VARİANTIDIR, 

gülməli yozumudur, ciddi klassik mövzunun və onunla 

əlaqədar  zühura  gələn  yaşantıların,  emosiyaların, 

psixoloji  ovqatların,  sonucda  isə  davranış  tərzinin 

şəbədəsidir.  “O  olmasın,  bu  olsun”  məsxərəsi  də, 

bir  tək  “Hamamda”  səhnəsini  çıxmaq  şərtilə,  bu 

prinsip üzrə qurulmuşdur: bir  neçə situasiya “Leyli 

və 


Məcnun” 

poemasının 

əfsanə-sərgüzəşt 

kontekstindən, 

hadisələrin 

faciəvi 


axarından 

götürülüb  XX  yüzilin  ön  sənələrində  azəri  türkünün 

mentalitetinə  uyğun  müasirləşdirilmiş,  xalqın  gülüş 

mədəniyyətinin,  meydan    dəyərlərinin  süzgəcindən 

keçirilərək 

yenidən 


mənalandırılmış, 

məsxərə 


məcrasına  yönəldilmişdir.  Bu  aspektdə  “Hamamda” 

səhnəsi məsxərəyə təzə heç nə gətirmir. Pyesin əsas 

hadisəsinə,  Sərvərin  kələyinin  baş  tutmasına  heç 

bir təsir göstərmir; yalnız bədiilik baxımından hər 

bir 

personajın 



portretini 

ötəri 


cizgilərlə 

tamamlayır, 

“ac 

həriflər” 



problemi 

üzərində 

yüngülcə  gəzişir  və  şəhər  danabaşlarına  maarifçi 

müəllifin  şəbədə  və  kinayə  dolu  münasibətinin  daha 

cingiltili  səslənməsinə  imkan  verir.  Lakin  bircə 

dəqiqə...  Əgər  Füzuli  Məcnunu  səhraya  yollayırsa, 

Üzeyir  bəy  öz  məsxərəsinin  qəhrəmanını  hamama 

göndərir.  Səhra  və  hamam...  Əla  allyuziyadır:  ora 

da  isti,  bura  da  isti;  hər  ikisi  meditasiya  üçün, 

düşüncələr  üçün,  qərarlar  üçün  yararlı.  Üzeyir  bəy 

“Leyli  və  Məcnun”  faciəsinin  şəbədəsini  bütün 

kanonlara uyğun “sərgiləyir”...  




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə