Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

 

92 


adlandırırıq.  Tarix  insanın,  yəni  sosial  bədənin 

tarixidir.  Zamanla  məkan  elə  buradaca  bir-birinə 

qovuşur,  işarələnir.  İnsan  naqil  kimi  zamanı 

məkanla  birləşdirir.  ZAMAN  SOSİAL  BƏDƏNLƏRİN  ÖMRÜ 



İLƏ  “QİDALANIB”  BÖYÜYÜR  VƏ  MƏKANI  ÖZÜNÜN  SƏRHƏDSİZ 

QƏBİRİSTANLIĞI  BİLİR.  BÜTÜN  MƏKANLARIN  POTENSİAL 

MƏZARLIQ  OLMAQ  ŞANSI  HƏMİŞƏ    REALDIR.  Bədən  dünya 

sirlərinin  düyünləndiyi  nöqtədir.  Dünyanı  tanımaq 

üçün bədəni tanımaq gərək. Elə isə: 

 

BƏDƏN ONTOLOJİ MÖCÜZƏDİR, 

 

sosio-kulturoloji  fenomendir  ki,  hələ  bir  çox 



mənaları  özündə  qapsayır.  Bədən  ona  görə  ontoloji, 

yəni  zamansız-filansız,  möcüzədir  ki,  kainatın 

güzgüsüdür;  damla  kimi  kosmosu  güzgüləyir.  Orijinal 

deyiləm,  Nəsimidən  gələn  fikri  təkrarlayıram.  Lakin 

Ortaçağ 

müsəlman 

mədəniyyətinin 

 

“Mirat 



əl-

muhaqqiqin”  (“Tədqiqatçıların  aynası”)  risaləsində 

də  oxşar  mənanın  fərqli  ifadəsi  mənim  söylədiyimin 

urvatlı 


təsdiqidir: 

“İnsanın 

bədəni 

elə 


bir 

xəritədir  ki,  orada  kainatın,  yerin  və  göyün, 

illərin (zamanın) və şəhərlərin xəritəsi görünür”.

  



BƏDƏN MİKROKOSMDUR, 

 

Ortaçağ  müsəlman  filosoflarının  diliylə  desək, 

aləmi  səğirdir,

4

  yəni  kiçik  aləmdir,  bap-balaca  bir 



dünyadır,  miniatür  bir  dünyadır  və  öz-özlüyündə 

tamamlanmış  “oxunulası”  bir  əsərdir.  Orta  əsrlərin 

“Afaqnamə”  risaləsində  Quranın  “Fussilət”  surəsinin 

53-cü  ayəsinə

5

  istinadən  bəyan  edilir  ki,  bədənlə 



kainatın quruluşu  güzgüvari inikasdan başqa bir şey 

deyil:  12  bürc  insan  bədənini  12  nahiyəsinə,  7 

planet  isə  bədənin  7  daxili  üzvünə  uyğun  gəlir. 

Belə  ki,  bürclərdən  Qoç  insanın  başını,  Buğa 

boynunu,  Əkizlər  qollarını,  Xərçəng  döşünü,  Şir 

qarnını,  Qız  kürəyini,  Tərəzi  göbəyini,  Əqrəb 




 

93 


rüculətini, 

Oxatan 


ombalarını, 

Dağ 


keçisi 

dizlərini,  Dolça  baldırlarını,  Balıqlar  ayağın 

pəncələrini,  planetlərdən  isə  Ay  ağ  ciyəri,  Günəş 

ürəyi,  Ütarid  (Merkuri)  beyni,  Zöhrə  (Venera) 

böyrəkləri,  Mərrix  (Mars)  öd  kisəsini,  Müştəri 

(Yupiter)  qara  ciyəri,  Zühəl  (Saturn)  dalağı

6

 

eyhamlaşdırır.  Müsəlman  dünyadərkinə  görə  insan 



bədəni  həm  aləmdir,  həm  də  əlamətdir.

7

  Yəni  ki, 



dünya 

insana 


sığışa 

bilir, 


insan 

bədənində 

modelləşir,  obrazlaşır,  aləm  olur  və  aləm  olub  da 

əlamətə çevrilir: nədən ki, Allahı bildirir,  Allahı 

işarələyir.  Bununla  yanaşı  bütün  kainat  da,  sən 

demə,  insan  üzlüdür,  insan  bədəninin  formaları  ilə 

baxışır.  İnsan  bədənilə  kainat  arasındakı  vizual 

oxşarlıq  hələ  qədim  risalələrdə  vurğulanmışdı: 

deyilmişdi  ki,  insan  başı  göylərə,  sinə  havaya, 

qarın  dənizə,  ayaqlar  yerə,  sümüklər  daşlara, 

damarlar  budaqlara,  tüklər  otlara,  duyğular  isə 

heyvanlara  bənzəyir.  Bir  çox  xalqların  mifik 

təfəkkürünə  görə  bədən  yaranış  üçün,  kosmoqonik 

təşəkkül 

aktı 

üçün 


ilkin 

materialdır. 

Akkad 

panteonunun  qadın  ilahəsi  Tiamatı  öldürən  Marduk 



onun  bədənini  iki  hissəyə  bölüb  Yeri  və  Göyü 

yaradır,  İsida  qardaşı  (başqa  bir  invariantda  isə 

əri)  ölüb-dirilən  məhsuldarlıq  tanrısı  Osirisin 

(Dionislə, 

Xızr 

peyğəmbərlə 



müqayisələndir) 

meyidini  tanrı  Totdan  gizlətmək  naminə  parça-tikə 

eləyib kainata səpələyir ki, Osiris xaosdan dünyanı 

bir daha vücuda gətirə bilsin.

8

 Hinduizmdə isə bədən 



həmişə  törədici  enerji  sayılıb.

9

  Bütün  bunlar  bir 



tərəfdən  göstərir  ki,  bədən,  həqiqətən,  ontoloji 

xəritədir, 

mikroksmdur; 

digər 


tərəfdən 

isə 


makrokosm insanın ikonik əksidir. Ayrı cür də demək 

mümkündür: 

insan 

dünyanın 



balaca 

ölçülü 


avtoportretidir. 

Hürufilər 

“Allahın 

əlamətini 

insanın  qiyafəsində,  insanda  isə  Allahın  üzünü 

görürük” deyəndə heç də küfr danışmırdılar, sadəcə, 




 

94 


dünyaları  bir-birinin  içinə  geydirirdilər:  vahid 

bölünüb 


çoxalırdısa, 

çoxluq 


da 

yığılıb 


vahidləşirdi.  Kainat  harmonik  bütövdür:  bu  bütövlük 

invariant 

birin 

bütövlüyüdür, 



içi 

çoxluqlarla 

(variantlartla) 

dolu 


vahidin 

(təkcənin) 

bütövlüyüdür. 

Bədən 


kosmosla 

intensiv 

enerji 

mübadiləsindədir:  heç  nə  itmir,  heç  nə  qeyb  olmur; 



hər şeyin ali planı var. Ona görə də 

 

BƏDƏN PROQRAMDIR



 

ontoloji 

proqramdır, 

kainatdakı 

proseslərlə 

ilişikli 

kosmik 

proqramdır, 



ilahi 

proqramdır, 

sakral  və  məxfi  proqramdır.  Bu  aspektdə  bədən 

“mən”in  taleyidir:  bədən  tale  (bəxt,  yazı,  qismət) 

invariantıdır, 

“mən” 


isə 

gerçəkləşmiş 

tale 

variantıdır. Maraqlı bir deyim var: söyləyirlər ki, 



“tale  özxoşuna  gedənləri  aparır,  tərslik  eləyənləri 

sürükləyir”.  Əslində,  mən  bədənimin  ardıyca  yola 

çıxmışam.  Mənim  taleyimin  “marşrutu”nu  bədən  məndən 

öncə 


bilir. 

“Alın 


yazısı” 

elə 


bədən 

koordinatlarında  “mən”  üçün    proqramlaşdırılmış 

tale deməkdir. 

   Və  hətta  əl  də  insan  bədəninə  tale  cədvəli  kimi 

qoşulmuş 

özünəməxsus 

bir 

mikkroçipdir, 



mikrokosmdur.  Hiromantlar  insan  əlinin  içindəki 

cızıqları, 

nöqtələri, 

ulduzcuqları, 

qövsləri, 

əyriləri 

və 

onların 


əmələ 

gətirdiyi 

konfiqurasiyaları  Adəm  oğlunun  taleyinin  cədvəl-

proqramı  sayırlar.  Qəribədir,  biz  azərbaycanlılar 

da,  təbii  ki,  ruslarla  bərabər,  deyirik  ki,  “hər 

kəsin 


taleyi 

öz 


əlindədir”. 

Başqa 


xalqların 

folklorunda  da  belə  söyləmlər  qədərincə.  Bu  fikrin 

ictimai-sosial  məna  çənbərində  belə  bir  ideya 

fokuslaşır  ki,  insan  öz  gücü,  iradəsi,  təpəri, 

zəhməti  hesabına  özünə  tale  düzəldir.  Əslində  isə 

bu  fikir  bizi  birbaşa  hiromantiya  müstəvisinə 

aparıb  çıxarır  və  çox  aydın,  səlis  və  sadə  bir 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə