Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

 

116 


zaman  Günəş  güzgülənir.  Dünyanın  ən  böyük  kuklası 

Günəşdir.  Bununla  belə    kukla  həmişə  meyit 

bərabəridir.  Günəş  tanrıdır  və  kukladır:  natarazdır 

və plastik deyil. O, daim marginal sərhəd zolağında 

yaşayır.  Günəş  12  saat  diri  bədəndir,  12  saat 

ölüdür, qaranlığa gömülmüş meyitdir, cansızdır.  

     Və bundan əlavə...  

     Düşmən  ordusu  qənşərində  kəl  kimi  tərpənməz 

əyləşmiş,  emosiyaları  “0”  nöqtəsini  göstərən  yapon 

imperatoru  kukladır,  yoxsa  meyit?  Hərəkətlərini 

katalar içrə ideal mexanizm kimi sahmanlamış karate 

ustası  kuklanı  xatırlatmırmı?  Və  yaxud...  mediativ 

pozada  özünü  unutmuş,  sanki  meyitləşmiş  hindistanlı 

yogin  (yoqa  müdriki)  məgər  ruhsuz  kukla  ilə 

assosasiya yaratmır? 

     Qısası,  bu  fəlsəfi  eskizlərdə  mən  hansı 

mədəniyyətə 

sarı 


getdimsə, 

orada 


gördüm 

ki, 


mədəniyyət  ölümdən  qaçmaq,  ölümü  aldatmaq,  ölüm 

qorxusundan 

azad 

olub 


əbədiyyət 

qazanmaq 

vasitəsinin,  imkanının  gerçəkləşdirilməsi  cəhdidir. 

Ölümü  o  zaman  aldatmaq  olur  ki,  ölüm  səni  diri 

bilməsin,  elə  başa  düşsün  ki,  sən  meyitsən.  Ona 

görə  də  mədəniyyət  özünün  hər  bir  təzahüründə 



həyatın  maskasıdır  və  ya  həyatın  mumiyalanmış 

invariantıdır.  Mumiya  isə  insana  yox,  meyitə 

yaraşır.  MƏDƏNİYYƏT  HƏYATIN  VƏ  TƏBİƏTİN  MEYİDİDİR. 

Çünki bildiricilərlə doludur. Hər bir bildirici isə 

onu  bildirir  ki,  cansızdır,  ölüdür,  oyuncaqdır, 

meyitlə  bir  sırada  cərgələnir.  Bu  bir.  İkincisi: 

mədəniyyət 

ölüm 

qorxularına 



refleksiyadır, 

bu 


refleksiyaların  obrazlar  şəbəkısidir.  Üçüncüsü: 

mədəniyyət 

ağrısızlıq 

vakuumudur, 

ağrıların 

virtuallaşması  və  neytral  işarələrə  “hopdurulması” 

imkanıdır,  Z.Froydun  sözü  ilə  desək,  sublimativ 

ikiölçülü  ekrandır.  Məhz  burada  demək  olar  ki, 

mədəniyyət “mən” üçün komfortdur. Bədəndən ötrü isə 

mədəniyyət  darıxdırıcı  asılqandır.  Bədən  ən  çox 




 

117 


geyimlərdən  darıxır  və  bu  darıxqanlıq  zaman-zaman 

müəyyən  dozalarla  “mən”in  xarakterinə,  yaşamının 

ayrılmaz  bir  hissəsinə  çevrilir.  Yalnız  insan 

darıxa  bilir.  Belə  ki,  onun  bədəni  mədəniyyətə 

əbədi 

əsirdir. 



Dördüncüsü: 

mədəniyyət 

əbədi 

rekviyemdir, 



itirilmiş 

təbiət 


barəsində 

rekviyemdir, 

bədən 

üstündə 


universal 

ağıdır, 


bədənin  yuğlanmasıdır.  Beşincisi:  mədəniyyət  meyit 

üzlərindən 

çıxarılmış 

maskaların 

muzey-

sərdabəsidir.  Burada  adət-ənənə,  dəb,  etiket  də 



maska  kimi  götürülür.  Adət-ənənə  nə  vaxtsa  canlı 

bir  əməlin  ayinə,  rituala  keçmiş  maskasından  başqa 

bir  şey  deyil.  Qəribə  də  səslənsə,  amma  fakt  budur 

ki,  mədəniyyət  canlı  nə  varsa,  hamısına  qənimdir. 

Mədəniyyət  canlıların  fotoalbomudur,  ensiklopedik 

bir  xatirə  albomudur  ki,  orada  şəkillər  (və  ya 

kölgələr,  xəyallar,  “mumiyalar”)  saxlanılır.  Nədən 

ki, uzaq-uzaq əsrlərdən bəri mədəniyyət (bunu yaza-

yaza  içimdə  sarsılıram)      zəif,  xacə,  axta 

kişilərin, 

“bədənsiz” 

kişilərin, 

“problemli” 

kişilərin  mədəniyyəti  kimi  formalaşıb,  onların 

qorxusuna və iddiasına bəraət kimi formalaşıb... və 

bu  faktdan  biz  heç  yana  qaça  bilməyəcəyik.  Çünki 

mədəniyyət  həmin  kişilərə  qadınları  “ovlamaq”  şansı 

verirdi.  

     Bu  əsnada  mən  sonuncu  etirazı  qabaqlamaq 

istəyirəm:  bəs  XX  yüzildə  bədənin  yenidən  çılpaq 

görünməsi  nə  ilə  izah  ediləcək?  Bunun  cavabı 

üzdədir  və  aşkardır.  XX  əsr  bədəni  çılpaq  yox,  lüt 

göstərdi,  onu  həyasızcasına  “zorlayıb”  təhqir  etdi. 

XX  YÜZİL  MƏDƏNİYYƏTİ  MƏDƏNİYYƏTƏ  QARŞI  ÜSYAN 

MƏDƏNİYYƏTİDİR.  Bu  mədəniyyət  öz  qiyamında  o  yerə 

çatdı ki, əbədyyətə də arxa çevirdi və özünü rüsvay 

etdi,  ələ  saldı.  Əski  yunan  uyqarlığı  kontekstində 

zühur  edən  tanrının  ideal  bədəni  XX  əsrdə  maneken 

və  xonsa  bədəni  kimi  göründü.  Podiumlarda  skelet 

qadınlar  gözəllik  idealı  kimi  təbliğ  olunmağa 




 

118 


başladı.  Onlara  dəb  paltarlarını  geyindirmirdilər, 

onlardan  dəb  paltarlarını  asırdılar.  XX  yüzilin 

sonunda  Amerika  Birləşmiş  Ştatlarının  dünyalarca 

məşhur 

qara 


dərili 

müğənnisi 

Maykl 

Cəksın 


tineycerlərin idealına çevrildi və onun “Ay yerişi” 

adlanan  səhnə  mizanı  az  qala  hər  küçədə    imitasiya 

obyekti  oldu.  Plastik  əməliyyat  nəticəsində  irqini 

dəyişmiş,  yəni  ağ  insana  dönmüş  estrada  ulduzu, 

əslində,  skelet  qadın  manekenlərdən  heç  nə  ilə 

fərqlənmirdi.  Məsələ  bu  ki,  doğrudan  da  Maykl 

Cəksının  üzü  ölümün  üzü  idi,  onun  “Ay  yerişi” 

mizanı  da  ölümün  yerişini  təsəvvürə  gətirirdi. 

Məlum  olduğu  kimi  Ay  planetinin  (peyki)  özünün  də 

ölüm  səltənətilə  birbaşa  ilişkisi  var.  Müasir 

tineycer rəqsləri XX yüzilin sonundan XXI əsrin ilk 

onilliyinə 

kimi 

kütləvi 


şəkildə 

kuklalaşmaq 

iddiasını  ortaya  qoymurmu?  Azərbaycan  rejissoru 

V.İbrahimoğlu  “ölüm  teatrı”  konseptinin  müəllifi 

polyak 

rejissoru 



Tadeuş 

Kantorun 

ardınca 

öz 


teatrını  “Yuğ”  (qəbir,  ölüm,  yas)  adlandırmadımı? 

Əsr,  uyqarlıq,  bəşər,  yoxsa  mədəniyyətmi  yuğlanır, 

yahu?  Mədəniyyət  üçün  qəbirmi,  yasmı,  əcəba?  Əla! 

Beləliklə, 

dairə 

qapanır. 



Mədəniyyətləri 

ölüm 


kabusu,  Apokalipsis  kabusu  dolaşır.  Çünki  insan 

artıq  başa  düşüb  ki,  mədəniyyət  təkcə  onun  xilası 

olmayıb,  həm  də  onun  məhvinə,  Axirətə  imza  atıb. 

İnsan artıq başa düşüb ki, praktiki surətdə hər bir 

inkişaf  antiinkişafdır.  İnsan  artıq  başa  düşüb  ki, 

inkişaf 


ideyasının 

özü 


absurddur. 

“İnkişaf” 

mədəniyyətdən  impuls  alır.  Bunu  ayrı  cür  də  demək 

mümkün: 


mədəniyyət 

inkişafdır, 

inkişaf 

mədəniyyət.  Hər  inkişafın  içində  isə  mütləq  bir 



ölüm 

“gəzir”. 

Təsadüfi 

deyil 


ki, 

mədəniyyət 

antibədən  mədəniyyətidir,  bədənə  (təbiətə)  qarşı 

təcavüz  mədəniyyətidir.  Mədəniyyət  yaranışından 

təbiəti  korreksiya  və  ya  redaktə  etməyə  çalışır. 

Amma  heç  nə  alınmır.  İnsanın  hər  yeni  kəşf  etdiyi 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə