Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   38   39   40   41   42   43   44   45   ...   135

 

125 


intellektual oyuna bərabər sayılıb. Bu tövr  virtual 

cəhdlərdən  usanan  Nəbati  məyuslaşıb  da  demirdi  ki, 



“yetdi  ömrün  axirə,  sən  bir  Nəbati  bilmədin,  kimdi 

bu  gözdən  baxan,  ya  dildə  bu  güya  nədir?”  Virtual 

dünyanın 

plastik 

görkəmi 


insanın 

öz 


içinə 

səyahətinin,  gəzintisinin  inikasıdır.  Kamil  insanın 

özünü  bütöv,  harmonik  varlıq  kimi  dərk  etməsinin 

yolu  burdan  keçir.  Virtual  gerçəklik  insanın  iç 

dünyasının  gerçəkliyidir.  Təbii  ki,  bu  gerçəkliyi 

də  öz  içində  kəşf  etmiş  insan  üçün  artıq  sirri 

bəyanə gəlməyən heç bir nəsnə qalmır. 

     Mən  çox  fikirləşmişəm:  görəsən  necə  olub  ki, 

dərinin  soyulması  kimi  son  dərəcə  işgəncəli  bir 

cəza  tədbiri  məhz  Nəsimi  şəxsiyyəti  ilə  bağlı 

aktuallaşıb?  Nəsimini  edam  etməyə  ayrı  bir  üsul 

tapılmırdı  bəyəm?  Niyə  Misir  sultanı  əl-Müəyyəd 

hərlənib,  fırlanıb  elə  bu  sadist  cəza  formasının 

üstündə  dayanıb?  Əgər  Nəsiminin  dilini  kəssəydilər, 

qurğuşunu  əridib  boğazına  töksəydilər,  deyərdim  ki, 

yeri  var.  Çünki  o,  məhz  “ənəlhəq”  söyləyən  dilinin 

ucbatından  kafir,  mülhüd  adlandırılıb.  Bəs  onda 

“dərisi  soyulsun”  hökmünü  nə  ayağa  yazmaq  mümkün? 

Belə  bir  edam  üsulu  haradan  gəlib  düşüb  fitva 

verənin beyninə? Bəlkə dövr, zəmanə mifləşmək, mifə 



çevrilmək  astanasında  bulunanda  əfsanəvi  ölümə 

ürcah 

edilmiş 

sakral 

qurban 

ideyasını 

gerçəkləşdirməyə  tələsir?  Olsun  ki,  mən  yanılmıram. 

Lakin  bu,  “dərisi  soyulmaq”  həqiqətinin  yalnız 

kulturoloji  və  nəzəri  tərifidir,  onun  mifopoetik 

kontekstə  gömdürülməsidir.  Amma  mənim  belə  bir 

gümanım  da  var  ki,  Nəsiminin  özü  bu  müdhiş  edam 

hökmünün  təhrikçisi  olub.  Gümanım  öz  yerində...  və 

təbii ki, mübahisə obyekti ola bilər. Ancaq bununla 

yanaşı  mən  haradasa  tam  əminəm  ki,  Nəsimi  öz 

karmasından  xəbərdar  idi  və  şüurlu  surətdə  ömrünün 

fəci  sonluğuna  doğru  gedirdi.  O,  bundan  nə 




 

126 


inciyirdi,  nə  də  peşmançılıq  çəkirdi.  Əks  təqdirdə 

yazmazdı ki: 



                              

        «Yığıldı şeyxü şabilər ki, yəni soyalar məni 

         muradım bu idi həqdən, irişdim mən bu gün kamə». 

      


     Dərisinin  soyulması  Nəsimi  üçün  sakral  arzunu 

gerçəkləşdirib  ali  mətləbə  varmaq,  kama  çatmaq 

deməkdir,  dünya  sirrinə  güzgü  tutub  onu  aşkarlamaq 

deməkdir,  özünü  bəşəri  bir  qurban  kimi  anlamaq, 

dərk etmək deməkdir, faş olub bəyana gəlmək, bəyanı 

özündə 


görükdürmək 

deməkdir, 

qələbə 

simvoluna 



çevrilmək  deməkdir.  Gör  nəmənədir  ki,  bu  cür 

əcayib-qərayib  bir  nişanə  Nəsimiyə  hətta  xoşdur, 

hərçənd bu nişanənin özündə bir nişansızlıq  əlaməti 

mövcud. Bu xüsusda bir neçə Nəsimi beyti: 



                                                        

      «Soydular, çıxardılar başdan ayağa pustumu

1

,    

       Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır. 

       Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil

       Cümlədə ayinəyəm PÜNHANƏ, xoşdur yaxşıdır. 

    MƏNSUR

2

 oldum, çün bu gün aləmdə faş oldum sizə 

       Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır». 

 

     Soyulmaq 

Nəsimidən 

ötrü 


libasların 

dəyişdirilməsindən başqa bir şey deyil, bir surətin 

digəri  ilə  əvəzlənməsidir.  Çünki  mahiyyətdə  bütün 

mənaların surəti eynidir, məğzi, cövhəri birdir: 

 

       «Çü birdir sürətü məni sənin zatində ey arif, 

       Çıxardım surəti-kisvət

3

, yenidən geydim uş camə

4

» 

 

     Yəni  hansı  paltarda,  geyimdə,  surətdə  olursan 

ol,  fərq  eləməz,  həyat  özünün  saysız-hesabsız, 

rəngli  və  rəngsiz  təzahür  formalarında  əbədidir, 

məkanca  hüdudsuz,  zamanca  sonsuzdur.  Aləmdə  nə 

varsa,  növbələşib  yaşayır.  Növbələşmək  daimilik 

əlamətidir,  varlığın  əbədi  qalmasının  şərtidir.  Bu 



 

127 


daimilik  içrə  dəyişən  bir  tək  GEYİMDİR,  libasdır, 

növbəsini 

gözləyən 

tükənməz 

təzahürlərin 

formasıdır. 

Söylədiyim 

fikirlərin 

kontekstində 

mümkündür  ki,  insanın  dərisinə  də  ötərgi  bir  libas 

qismində  yanaşılsın.  Bu  əsnada  digər  bir  məsələni 

də  inmformativ  bilib  qeyd  etmək    məqbul:  arxaik 

mədəniyyətlərdə  “dərisi  soyulmaq”,  “qabıq  qoymaq” 

uzunömürlülük  və  müdriklik,  çox  zaman  isə  əbədi 

olumun  nişanəsi  sayılırdı.  O  canlı  ki,  qabığını 

dəyişdirdi,  yaşamaq  üçün  yeni  bioenerji  qazanmış 

hesab  olunurdu.  Məqamın  ayrı  bir  aspektini  də 

vurğulamaq,  məncə,  vacib  və  gərəkli:  məgər  barama 

soyulub da  KƏPƏNƏK şəklində zühur eləmir? İmaməddin 

Nəsimi  də  öz  ömrünü  elə  yaşamışdı  ki,  axır 

sərəncamda 

o, 

barama 

kimi 

cildini, 

libasını 

dəyişib,  qabığından  çıxıb  kəpənəyə  çevrilməliydi. 

Hələ  “yer  ilə  göy  bina  olmazdan  əqdəm”  bu, 

Nəsiminin  tale  cədvəlinin,  alın  yazısının  mərkəzi 

hadisəsi  kimi  götürülmüşdü.  Göylərdə  cızılmış  bu 

proqramı, əlbəttə, yaxşı, ya pis icra etmək olardı, 

amma  pozmaq  yox.  Nəsimi  də  bu  sakral  sifarişi  əla 

bir  üslubda  yerinə  yetirdi,  soyulub  “kəpənəkləşdi”, 

cismindən 

və 


canından 

qurtulub 

sirri 

bəyana 


gətirdi,  özündən  qopdu,  ilahi  dünyaya  vardı. 

Görünür,  Nəsimidən  ötrü  dərisinin  soyulması  heç  də 

hüzn  və  kədərlə  ilişikli  bir  olay  deyildi,  sadəcə 

tale  dönəmi,  mütləq  bir  olacaq,  formanı,  libası 

dəyişib  özündən  çıxmaq,  başqalaşmaq  mərasimi  idi, 

“bəndi  həsar  içindən”  sıçrayıb  dünyanın  digər 

ölçülərində var olamaq, yaşamaq cəhdi idi: 

 

         «Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən, 



          Olma məlul, ayıtma kim, bəndü-həsar içindəyəm». 

 

     Bu  sayaq  faktların  qarşısında,  qənşərində 

özünü  “tilsimi-pünhan”,  “əzəli  sirr”  adlandıran  bir 

adamın  dərisinin  soyulması  ilə  bağlı  bütün  fəci 

motivlər  artıq  arxa  plana  keçir.  İş  bu  ki,  baxım 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə