Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə33/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

102  
 
 
 
lazımdır. Hücum zərbəsi zamanı çalışmaq lazımdır ki, topu çox güclü yox, daha 
çox dəqiq və ya «aldadıcı» hərəkətlə tullanmada ötürmək lazımdır. 
 
Hücumda qruppalı taktiki fəaliyyət. 
Voleybolda bu fəaliyyət fərdi hazırlığa  əsaslanır və komandalı taktiki 
fəaliyyətə daxildir. Burada əsas məsələ hücum üçün ötürmələri yerinə yetirən 
oyunçuların qarşılıqlı, birgə  fəaliyyəti durur. Eyni zamanda mühüm məsələlərdən 
biri də topu qəbul edən (oyuna daxil edilən top, servis və ya hücum zərbəsi) 
idmançı ilə birgə qruppalı fəaliyyətə diqqət yetirməsidir. 
 
Taktiki fəaliyyətin təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
4, 2, 6-cı zonaların hər birində 2-3 şagird yerləşir. 3-cü zonada oyun-
qurucu, əks tərəfdə isə blokqoyan oyunçu dayanır. Blokqoyan idmançı tor önündə 
yerini dəyişir və buna görə də oyunqurucu hücum zərbəsi üçün topötürməni blok-
qoyan idmançıdan uzaqda yerləşən sahəyə icra edir. Hərəkət 6-cı zonada yerləşən 
oyunçunun hündürdən 3-cü zonaya topötürməsi ilə başlayır. 

 
Eyni hərəkət oyun quran idmançının 2, 4, 3-cü zonalarda yerləşməsi ilə 
həyata keçirilir. 
 
Hücumda komandalı texniki fəaliyyət. 
Bu fəaliyyət müəyyən ardıcıllıqla: əvvəlcə ön xəttin oyunçularını, sonra isə 
arxa xətt oyunçularının fəaliyyətini təhlil etməklə öyrənilir. 
 
Komandalı texniki fəaliyyətin təkmilləşdirilməsi üçün hərəkətlər: 
 

 
Komanda (6 oyunçu) meydançada zonalar üzrə bölüşdürülür. Əks tərəf-
dəki meydançanın 1-ci zonasından yuxarı ötürmə 6-cı zonaya istiqamətləndirilir, 
oradan top 3-cü zonaya göndərilməlidir, 3-cü zonadan 4-cü (2) zonaya və sonra tor 
üzərindən 6-cı zonaya göndərilir. 

 
Eyni hərəkət yerinə yetirilir, ancaq hücum zərbəsi üçün ötürmə 4-cü (2-
ci) zonanın oyunçuları tərəfindən yerinə yetirilir. 

 
Eyni hərəkət, lakin əks tərəfdən bir idmançı blokqoyma yerinə yetirir. 
 
Müdafiədə fərdi taktiki fəaliyyət. 
Bu texniki fəaliyyət blokqoymada, hücum zərbələrini qəbul edərkən və ko-
manda yoldaşının mühafizəsi zamanı düzgün yer seçmə bacarığına aid edilir. Blok-
qoymada əsas amil zərbənin istiqamətini müəyyən etməkdə, topun qəbulu zamanı 
isə topun qəbulu üsulunun seçilməsidir. 
 
Müdafiədə qruppalı taktiki fəaliyyət. 
Oyunçularının qruppalı texniki fəaliyyətinin prinsipləri komandanın müdafiə 
sistemini müəyyənləşdirir. Müdafiədə komandanın fəaliyyətinin şərti olaraq blok-
Çap üçün deyil


 
103 
 
qoymaya, müdafiəyə  və komanda yoldaşının mühafizəsinə (sığortalamağa) bölü-
nür. Bu cür texniki fəaliyyətlər aşağıdakı ardıcıllıqla mənimsənilir: ön xətt oyun-
çularının qarşılıqlı fəaliyyəti; arxa xətt oyunçularının topun qəbulu və hücum zər-
bələri zamanı qarşılıqlı  fəaliyyəti; ön və arxa xətt oyunçularının qarşılıqlı  fəaliy-
yəti. 
 
İcranın təkmilləşdirilməsi üçün hərəkətlər: 

 
Hücumçular 4 və 2-ci zonalarda, blok qoyan oyunçular isə əks tərəfdə 4, 
3, 2-ci zonalarında yerləşirlər. Verilən siqnala müvafiq olaraq, bir hücumçu bu 
zonaların birindən özü topu yuxarıya ataraq, hücum zərbəsi yerinə yetirir. 4 və 3 və 
ya 3 və 2 zonalarda yerləşən oyunçular blokqoyma yerinə yetirməlidirlər. Blok-
qoymada iştirak etməyən oyunçu yoldaşını sığortalamağa çalışır və ya hücum zər-
bəsini qəbul etmək üçün sərbəst hücum zonasına çıxır. 

 
Eyni hərəkət yerinə yetirilir, lakin hücum zərbəsi 2-ci zonadan qarşıdan 
ötürülən topa icra edilir. 

 
Eyni hərəkət yerinə yetirilir, lakin hücum zərbəsi 3-cü zonadan qarşıdan 
ötürülən topa icra olunur. 
 
Müdafiədə komandalı taktiki fəaliyyət. 
Bu fəaliyyətin daha geniş yayılmış 2 oyun sistemini qeyd etmək olar: arxaya 
çəkilməklə (ön xətt oyunçularını istifadə etdiyi müdafiə sistemi) və irəli çəkilməklə 
(arxa xətt oyunçularının sığortalamağının yerinə yetirdiyi müdafiə sistemi). Qeyd 
olunan sistemlərin hər birinin adı blokqoymanı sığortalayan idmançı ilə müəyyən 
olunur. 
 
Voleybolçularda zəruri hərəki qabiliyyətlərin inkişaf etdirilməsi. 
 
Reaksiya tezliyinin yaxşılaşdırılması üçün hərəkətlər:
 

 
Müxtəlif çıxış  vəziyyətlərindən verilən komanda ilə 10-15 m sürətli 
qaçış. 

 
Məkik qaçışı (3x10 m). Bir tərəfə üzü qaçış istiqamətinə olmaqla, digər 
tərəfə kürəyi hərəkət istiqamətinə olmaqla qaçış. 

 
Müxtəlif start vəziyyətlərindən müxtəlif intervallı start siqnalı ilə qaçışlar. 
 
Sürət-güc qabiliyyəti üçün hərəkətlər: 

 
Müxtəlif hündürlüklü maneələr üzərindən iki ayağın təkanı ilə seriyalarla 
tullanmalar. 

 
Müxtəlif hündürlüklü maneələr üzərindən sağ (sol) ayağın təkanı ilə 
tullanmalar. 

 
Müəyyən məsafəni (20-25 m) tək (sağ-sol) ayağın təkanı ilə  qət etmək. 
Hər dəfə tullanmaların sayını azaltmağa cəhd göstərmək. 
Çap üçün deyil


104  
 
 
 

 
Müəyyən məsafəni (20-25 m) tək (sağ-sol) ayağın təkanı ilə qaçaraq 
(vaxta) qət etmək. 

 
Divara barmaqlarla maili dayaqdan barmaqların təkanı ilə divardan 
ayrılmaq. 

 
Doldurulmuş topun sinədən iki əllə uzağa çoxsaylı atılması. 

 
Doldurulmuş topun cütlükdə birləşdirici addımlarla yerdəyişmədə biri-
birinə atılıb-tutulması. 

 
Müxtəlif hündürlükdə asılmış toplara qaçaraq təkan verib əllə toxunmaq. 

 
Müəyyən hündürlükdə rezin amortizatorlardan asılmış topa qaçaraq, 
tullanaraq zərbə endirilməsi. 

 
Gimnastika kəndiri ilə sıçrayış hərəkətləri. 
 
 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə