Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə30/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

 
91 
 
Əllə topu örtmə.
 Atmaya qarşı istifadə olunan üsuldur. Topu atacaq idman-
çıya mümkün qədər yaxınlaşmaq və  cəld hərəkətlə  əli topun üzərinə qoymaq və 
beləliklə, top atmanın icrasını dayandırmaq. 
 
Topaparmanın və yerdəyişmə texnikasının təkmilləşdirilməsi. 
 
Şagirdlər üçlüklərə bölünürlər. Hər bir üçlükdə müdafiəçi, hücumçu və oyun 
quruyucu müəyyənləşdirilir. Hücumçu orta məsafədə  və ya lövhənin altına 
keçdikdən sonra topu səbətə atmalıdır. Oyun qurucu hücumçuya kömək edir, ancaq 
topu səbətə atmaq hüququna malik deyildir. Müdafiəçi hücumçunun sərbəst yerə 
çıxmasına, topu qəbul etməsinə, topaparmasına və  səbətə atmağa mane olmağa 
çalışır. Müdafiəçi topu ələ keçirdikdə hücumçuya çevrilir. 
Şagirdlər beşliklərə bölünürlər. Hər bir beşlikdə bir oyun qurucu, iki mü-
dafiəçi və iki hücumçu müəyyənləşdirir. Hücumçular sərbəst sahəyə  çıxmağa və 
topu səbətə atmağa çalışırlar. Topu ələ keçirən müdafiəçi hücumçuya çevrilir. 
Bir atma səbəti qarşısında 3x3 oyunu. Hücumçular meydançada üçbucaq 
şəklində yerləşirlər. topla olan oyunçu üçbucağın zirvəsində yerləşir və özünün iki 
tərəf müqabilinə nisbətən  şitdən xeyli aralıdadır. Oyunçular üçbucaqda topu bir-
birinə ötürürlər, sərbəst sahəyə çıxmağa, topu qəbul etməyə və onu səbətə atmağa 
çalışırlar. Uğursuz atışdan sonra top digər komandaya verilir. 
 
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi. 
 
Sürət-gücün inkişafı üçün hərəkətlər: 

 
Dayaqlı oturuşdan yuxarıya tullanmaq, qıçlar irəliyə-yanlara. 

 
Hündürdən asılmış əşyalara başla, əllə toxunmaq. 

 
2-3 kq-lıq doldurulmuş toplarla hərəkətlər: zonaya və hədəfə atmalar. 

 
Doldurulmuş topların baş üzərindən arxaya uzağa atılması. 

 
Müxtəlif çıxış vəziyyətlərindən 10-15 m məsafəyə kəskin qaçışlar. 

 
Gimnastika ipi ilə tək, iki ayaqla, ikili fırlanma ilə, maksimal tezliklərlə 
tullanma hərəkətləri. 
 
Koordinasiyanın inkişafı üçün hərəkətlər
 (Şəkil 52): 

 
Topun gövdə ətrafında sağa-sola fırladılması. Topun yerində və hərəkətdə 
ayaqlar arasında səkkizvari fırladılması. 

 
Iki topun eyni vaxtda atıb-tutulması. 

 
Yerində və hərəkətdə iki topun çilənməsi. 

 
Topu baş üzərindən yuxarı atmaq, uzanaraq dayaq vəziyyəti almaq, 
qalxaraq topu tutmaq. 

 
Iki topun ardıcıl divara ötürülməsi, divardan qayıdan topun tutulması, 
döşəməyə dəyib qalxan topun tutulması. 
 
Çap üçün deyil


92  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 52 
 
Çap üçün deyil


 
93 
 
 
V O L E Y B O L  
 
Təhlükəsizlik texnikası qaydaları 
 

 
Məşğələlər quru, təmiz, gigiyeniki tələblərinə cavab verən meydançada 
aparılmalıdır. 

 
Müdafiə  fəaliyyətinin öyrənilməsindən  əvvəl yıxılma və yerəenmənin 
bütün mümkün üsullarına yiyələnmək zəruridir. 

 
Hücum fəaliyyətinin mənimsənilməsi zamanı xüsusi qızışdırıcı  hərəkət-
ləri yerinə yetirmək və hücum elementlərinin işlənilməsi zamanı meydançada kə-
nar topun və ya texniki fəaliyyətə mane olacaq digər əşyaların olmamasına çalış-
maq lazımdır. 

 
Texniki üsulların öyrənilməsi zamanı onların çətinlik dərəcəsində asılı 
olmayaraq bütün əzələ qruplarının və oynaqların yaxşı qızışdırılması üçün xüsusi 
fiziki hərəkətlər yerinə yetirmək lazımdır. 

 
Oyun və texniki üsulların işlənilməsi zamanı müdafiə təyinatlı əşyalardan 
istifadə etmək zəruridir. 

 
Bütün hallarda qeyri-standart ölçülü və kütləyə malik toplardan istifadə 
olunması yolverilməzdir. 
 
Topun qəbulu və ötürülməsi texnikasının təkmilləşdirilməsi. 
 
Topun iki əllə yuxarıdan kürək üzərinə aşaraq-yuvarlanaraq qəbulu.
 
Orta və  aşağı duruş  vəziyyətində dayanaraq, topu qəbul etməyə hazırlaşan 
idmançı  (şagird) topun enəcəyi təxmin olunan yerə bitişik və ya adi addımla ya-
xınlaşıb, topun uçuş istiqamətinə aşır və eyni zamanda gövdəni dayaq ayaq üzərinə 
endirir. Daha sonra bədənin ağırlığını dayaq sahəsinin arxasına keçirir, topu 
qaytarır, arxa ayağın təkanı ilə bud və çanaq üzərinə enir, kürək üstə yuvarlanır. 
 
 
 
Şəkil 53 
Çap üçün deyil


94  
 
 
 
Topu bir əllə  qəbul edərək yana aşmaq, bud və kürək üzərində yuvar-
lanma. 
 
 
Şəkil 54 
 
 
Bu üsuldan daha çox qızlar istifadə edirlər. İdmançı (şagird) yerdəyişmədən 
sonra top gələn istiqamətə hücum addımı ilə, dayaq qıçını açaraq, əlini topun enən 
nöqtəsinə tərəf uzadır, topa zərbə endirir, kürək üzərində yuvarlanır (Şəkil 54). 
 
Irəliyə  yıxılaraq qarın-sinə üzərində sürüşməklə topun bir əllə  qəbul 
edilməsi. 
 
Şəkil 55 
 
Topun qəbulunu  bu üsulundan daha çox oğlanlar istifadə edirlər. Oyunçu 
(şagird) sanki suya baş vurduğu tərzdə topun enmə sahəsinə, topun altına baş vurur, 
topu qaytardıqdan sonra qolları dayaqda bükməklə sinə ilə döşəməyə toxunmanı 
amortizasiya edir, qıçları dizdən azacıq bükür, gövdə arxaya qatlanır, qarın-sinə 
n
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə