Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

118  
 
 
 
Bu hərəkətin təkmilləşməsinə öz sinif və ya komanda yoldaşınızla birlikdə 
nail ola bilərsiniz. Öz yoldaşınızdan 8-10m. aralıdan ona doğru topaparma yerinə 
yetirin, ona 1,5-2 addım qalmış  kəskin olaraq topu ayağınızla yuxarıdan yerə 
sıxaraq dayandırın və tez ayağınızı topdan götürərək onu irəliyə itələyin və sürətlə 
yoldaşınızın yanından keçməklə hərəkəti davam etdirin. Tərəf müqabiliniz əvvəlcə 
bu fintə reaksiya verməməlidir. Lakin bu fintin sürətli icrasına nail olduqdan sonra 
o sizin hərəkətinizə reaksiya verməli, müdafiəçi funksiyasını yerinə yetirməlidir. 
Sonra yerinizi dəyişirsiniz. 
«Topatma» 
– rəqibə yaxınlaşdıqda topu onun sağ (sol) tərəfindən zəif zərbə 
ilə yana istiqamətləndirir, özünüz isə onun sol (sağ) tərəfindən keçərək sürətlə irəli 
istiqamətlənmiş topa yaxınlaşılır və topaparma davam etdirirsiniz. Bu hərəkət 
əvvəlcə müxtəlif  əşyalardan və avadanlıqlardan istifadə etməklə avtomatlaşdırma 
səviyyəsinə çatdırılır, sonra isə aldatma hərəkəti tərəf müqabilinin fəal müqaviməti 
şəraitində təkmilləşdirilir. 
«Topla uzaqlaşma». 
Divardan bir neçə addım aralıda dayanın və  pəncənin 
daxili hissəsi ilə zərbə vuraraq topu divara göndərin. Top divardan qayıtdıqda topa 
tərəf guya zərbə vurmaq üçün yalançı holaylandırma hərəkəti icra edin. Bu zaman 
irəliyə hərəkət edən zərbə ayağı topun üstündən keçərək irəlidə və dayaq ayağının 
yanında yerə qoyulur. Sürətlə  ağırlıq həmin ayaq üzərinə keçirilir və  cəld arxaya 
dönmə (arxaya topun hərəkət istiqamətinə) icra olunur və topun divara dəyib 
qayıtdığı istiqamətdə topaparma yerinə yetirilir. Hərəkət avtomatlaşdıqdan sonra 
onu komanda yoldaşları ilə yerinə yetirmək mümkündür. 
«Topu komanda yoldaşına qoyub getmək».  Bu aldatma hərəkətinin 
öyrədilməsində bir neçə  şagird iştirak edir. Oyunçulardan biri sürətlə topaparma 
yerinə yetirir və  rəqibə 2-3 addım qalmış topu kəskin hərəkətlə arxadan gələn 
komanda yoldaşı üçün saxlayır. Özü isə topun üstündən keçib sürətlə irəliyə 
hərəkət edir və müdafiəçini arxasınca aparır. Topa yaxınlaşan komanda yoldaşı onu 
zərbə ilə qapıya yönəldir və ya daha əlverişli vəziyyətdə dayanmış komanda 
yoldaşına ötürür. 
 
Müdafiə texnikasının təkmilləşdirilməsi. 
 
Rəqibə çiyinlə təkan vurmaqla topun ələ keçirilməsi. 
Bu sadə lakin topu ələ keçirməyin çox effektli üsuludur. Bir qayda olaraq bu 
üsul topaparan rəqiblə yan-yana qaçdıqda tətbiq edilir. Çiyinlə  təkan rəqibin 
bədəninin ağırlığı müdafiəçidən uzaqdakı ayaq üzərinə keçirdikdə icra edilir. 
Təkan rəqibin çiyninə vurulmalıdır. Bu zaman qol gövdəyə sıxılır. Çiyinə düzgün 
yerinə yetirilmiş təkan hərəkətindən sonra bir qayda olaraq rəqib müvazinətini və 
topa nəzarətini itirir (Şəkil 80). Bu isə müdafiəçinin topu ələ keçirməsi üçün 
kifayətdir. Bir mühüm şərti yadda saxlamaq lazımdır ki, çiyinlə  təkan rəqibin 
ağırlığının yaxın ayaq üzərində olduğu halda yerinə yetirildikdə müdafiəçi özü 
müvazinətini itirə bilər. Çünki bədənin ağırlığının yaxın ayaq üzərində olduğu 
halda rəqibin dayanıqlılığı daha yüksəkdir. 
Çap üçün deyil


 
119 
 
 
    
Şəkil 80 
 
Çiyinlə təkanın icra texnikasının təkmilləşməsi üçün hərəkətlər
 
1.
 
Tərəf 
müqabil  
lə 
əvvəlcədən rolları müəyyənləşdirməklə   hərəkət 
cütlükdə biri şərti hücumcu, digəri müdafiəçi olmaqla yerinə yetirilir. Çiyin-çiyinə 
meydançada addımla irəliləyin. Rəqib uzaq ayaq üstə dayaqda olduqda müdafiəçi 
çiyni ilə onun çiyninə təkan edir. 
2.
 
Eyni hərəkət (1) yerinə yetirilir. Lakin oyunçular meydançada aşağı 
tempdə qaçışla hərəkət edirlər. 
 
 
Sürüşərək topu ələ keçirmək. 
 
Bu futbolda nisbətən çətin texniki üsul hesab olunur. Bu üsul rəqibdən topu 
digər başqa yollarla almağın mümkün olmadığı və topaparan rəqibin artıq yandan 
keçib getdiyi hallarda istifadə olunur. Sürüşərək topu ələ keçirmə topaparan 
idmançıya nəzərən qarşıdan, yandan və arxadan icra oluna bilər. Bu texniki üsulun 
icrası  aşağıdakı  tərzdə yerinə yetirilə bilər. Topu oyunçunun ayaqları altından 
vurub çıxartmağın mümkün olduğunu müəyyən etdikdən sonra rəqibdən aralıdakı 
ayaqla geniş addım icra olunur və sürüşmə  hərəkəti ilə ayaq rəqibin qarşısına 
çıxarılır. Top pəncənin daxili hissəsi və ya pəncənin altı ilə itələnərək rəqibdən 
uzaqlaşdırılır (Şəkil 81). 
Çap üçün deyil


120  
 
 
 
 
 
Şəkil 81 
 
 
İcra texnikasının təkmilləşməsi üçün hərəkətlər: 

 
Şagirdlər paralel sıralarda düzülürlər, müəllim sıraların qarşısında 10-
15m məsafədə durur və sıralara tərəf ötürmə edir. Sıranın önündə dayanan şagirdlər 
(1-ci cütlük) biri-biri ilə yarışaraq, digərini qabaqlamağa və topu müəllimə qay-
tarmağa çalışırlar. 

 
Şagirdlər biri-birinə paralel olan sıralarda yerləşirlər, top sərbəst zonaya 
atılır, hər iki sıranın istiqamətləndiriciləri ötürmə ilə eyni vaxtda top ardınca 
qaçırlar. Daha sürətli oyunçu start xəttindən 20-25 m məsafədə  çəkilmiş  xətti 
topaparma ilə keçir. Onunla yanaşı qaçan rəqib topu sürüşərək vurub çıxartmağa 
çalışır. Start müxtəlif vəziyyətlərdən yerinə yetirilə bilər. 
 
Oyun taktikasının təkmilləşdirilməsi 
 
Futbol oyununda ayrı-ayrı komanda üzvlərinin yaxşı fiziki, texniki hazırlığa 
malik olmaları heç də  həmin komandanın qalib gələcəyinə tam zəmanət vermir. 
Çünki kollektiv fəaliyyət növü olan futbolda hər bir oyunçunun malik olduğu 
hazırlıq potensialı komanda yoldaşlarının hazırlığı ilə uzlaşmalı  və  rəqib koman-
danın oyununun imkan verdiyi anlarda reallaşdırılmalıdır. Beləliklə,  taktika bir 
komanda üzvlərinin hazırlq potensialının oyun prosesində qalib gəlməklə 
reallaşmasına imkan verən birgə fəaliyyətin təşkili üsuludur. Taktika hücum və 
müdafiədə fərdi, qruppalı və komandalı fəaliyyətləri özündə birləşdirir. 
Müdafiədə taktiki fəaliyyət. 
Futbol oyununda zona, fərdi və qarışıq müdafiə 
sistemləri mövcuddur. Zona müdafiə sistemində  hər bir futbolçu meydançanın 
onun üçün müəyyən edilmiş zonasında müdafiə  fəaliyyətini yerinə yetirir. Fərdi 
müdafiə sistemində isə topun itirildiyi hallarda müdafiə olunan komandanın hər bir 
oyunçusu rəqib komandanın ayrı-ayrı oyunçularının fəaliyyətini məhdudlaşdırmaq 
üçün fərdi məsuliyyət daşıyırlar. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə