63
III fəsil
“Arşın mal alan” operettası
Üzeyir Hacıbəyli 1913-cü ilin 30 iyulunda Peterburqdan Ba-
kıya məşhur aktyor Hüseynqulu Sarabskiyə göndərdiyi məktub-
da yazırdı: “Mən bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də
“Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta
olacaqdır. İnşallah sentyabrda göndərərəm... Mən Bakıda olar-
kən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada düşünü-
rəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir... mə-
nim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir
hala salaq ki, nəinki təkcə Bakı və ya Qafqaz, bəlkə hər bir yer-
də və hər bir şəhərdə teatr verməyə imkanımız olsun”.
1
Üzeyir bəyin Peterburq konservatoriyasında oxumağı daha
geniş, estetik səbəblərə görə də qiymətli sayıla bilər. Azərbaycan
musiqisini ümumxalq səhnəsinə cıxarmaq, onu ümumi qəbul
edilmiş janrlarla zənginləşdirib, hamı üçün anlaşıqlı etmək, Av-
ropa və rus musiqisini isə xalqımıza catdırmaq, onun Peterburq-
da təhsil aldığı vaxt qarşısına qoyduğu dəqiq, düşünülmüş məq-
sədəuyğun hərəkət proqramı idi. Peterburqdan Məcnunun ilk
ifaçısı müğənni Sarabskiyə yazdığı məktub Azərbaycan musiqi
sənətinin inkişafı naminə yaşamaq və yaratmaq ehtiraslarıyla
dolu idi. O, özünü bütünlüklə elə musiqi teatrı yaranmasına həsr
etmək istəyirdi ki, həmin teatr Azərbaycan xalqının sənətini la-
yiqincə təmsil edərək hər hansı ölkədə müvəffəqiyyətlə təqdim
edə bilsin.
Ü.Hacıbəylinin arzuları xəyal deyildi. Artıq o illərdə bəstə-
kar özünün “Arşın mal alan” əsərini yazmış və əsər baynəlxalq
miqyasda tezliklə müvəffəqiyyət qazanmışdır. “Arşın mal alan”ı
Azərbaycan musiqisinin bütün dünyanı dolanmış ilk qaranquşu
adlandırmaq olar. 1911-1913-cü illərdə yazılmış bu operettanın
1
Hacıbəyov Ü. Əsərləri, II c., B., 1965, s. 370.
64
ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev
teatrında olmuşdur. Premyerada müəllif özü iştirak etməmişdir.
Tezliklə operetta başqa dillərə tərcümə olunmuş, şöhrəti bütün
Şərqə yayılmış, Avropa və Amerikaya çatmışdı. İranda, Türkiyədə
milli musiqi teatrlarının yaranmasına əhəmiyyətli təsir etmişdir.
Əsərin təhlilinə keçməzdən əvvəl “Arşın mal alan”ın janrını
müəyyənləşdirib dəqiqləşdirmək istərdik. İndiyə qədər bir sıra
yazılarda bu əsər “musiqili komediya”, digərlərində isə “operet-
ta” adlandırılmışdı.
Doğrudur, bəzən bu terminləri eyniləşdirirlər. Lakin əgər biz
“Musiqi ensiklopediya”sına müraciət etsək, bu janrlar arasında
müəyyən fərqin olduğu barədə məlumat alarıq: “Operettadan
fərqli olaraq musiqili komediyada musiqi, hadisənin inkişafı ilə
elə sıx bağlı deyil, burada geniş musiqi səhnələri, ansambllar,
solo ariyaları, xorlar azdır. Musiqili komediya janrı üçün xüsusi-
lə müxtəlif mahnı janrlarının… və məişət rəqslərinin istifadəsi
xasdır”. Musiqili komediya janrından fərqli olaraq operetta janrı
isə ensiklopediyada “kiçik opera” kimi xarakterizə edilmişdir.
Bu xasiyyətnamələri nəzərə alaraq, belə nəticəyə gələ bilərik ki,
Ü.Hacıbəylinin “Ər və arvad”, “O olmasın, bu olsun” (“Məşədi
İbad”) əsərləri daha çox musiqili komediya janrına, “Arşın mal
alan” isə operetta janrına, daha dəqiq desək, “lirik operaya” aiddir.
Bu əsərdə musiqi səhnələri hadisənin inkişafı ilə bağlıdır, onu inki-
şaf etdirir, bütün iştrakçılara xüsusi, fərdi xasiyyətnamələr məxsus-
dur. Ariyalar, xor, ansambl və çox önəmli musiqi nömrələri arasın-
da intonasiya bağlılığı, leytmotiv sistemi mövcüddur.
Ü.Hacıbəylinin özü əvvəldən “Ər və arvad”, “O olmasın, bu
olsun” və “Arşın mal alan” əsərlərini operetta adlandırmışdır. Ya-
radıcılığının ilk tədqiqatçılarından olan Xurşudxanım Ağayeva ilə
söhbətində bəstəkar belə demişdir: “Musiqinin qüvvəsinə inam və
musiqi vasitələri ilə ictimai məişət eyiblərini qamçılamaq həvəsi,
müsiqidə Azərbaycan ziyalılarının mütərəqqi qüvvələrinin ətalət
və mədəniyyətsizliyə qarşı mübarizəsini əks etdirmək səyi, məni
komik musiqi janrı – operettanı yaratmağa sövq etdi”.
1
1
Ağayeva X. Üzeyir Hacıbəyov. B., 1955, s. 68.
65
Bu musiqi əsərlərinin ədəbi mətnləri, yəni librettoları bütün-
lüklə Ü.Hacıbəyliyə məxsusdur. Bəstəkar gənc sevgililərin ob-
razlarını məişət planında, parlaq nikbinlik rəngləri ilə vermişdir.
Ü.Hacıbəylinin operettalarını Qərbi Avropa müsiqi janrları –
İtaliyada “opera buff”, Fransada “opera komik”, Almaniyada
“zinqşpil”, Rusiyada “komik opera” janrları ilə müqayisə etmək
olar. Məşhur italyan bəstəkarı C.V.Perqolezinin “Qulluqçu xa-
nım” operasından başlayaraq ilk dəfə zadəganları, ruhaniləri və
s. tənqid edən komik operanın demokratik tipi təsdiq edilmişdir.
İtaliyadakı “opera buff”dan sonra yaranmış “rus komik opera”sı,
“zinqşpil alman opera”sı, “fransız komik opera”sı həmin xü-
susiyyətlərə malikdir.
Ü.Hacıbəylinin operettaları da elə bu xüsusiyyətlərlə – de-
mokratizmi, aydınlığı ilə, riyakarlığın, şöhrətpərəstliyin tənqidi
ilə seçilirdi.
Bəstəkar məqalələrinin birində bu janrı etinasız qiymətlərdən
qoruyaraq qeyd edirdi ki, həmin janrda dahi bəstəkarlar Haydn
və Motsart yazmışlar. Milli alman operettası “zinqşpil” isə vaxtı
ilə italyan opera və operettalarının möhkəm kök salmış təsirləri
ilə mübarizədə böyük rol oynamışdır.
Üzeyir Hacıbəylinin operettaları arasında ictimai əhəmiyyəti-
nə və yumor gücünə görə “O olmasın, bu olsun” xüsusi yer tu-
tur. Məhz bu operetta özünün ümumi istiqamətinə görə “Molla
Nəsrəddin” jurnalının platformasına, Ə.Əzimzadənin “Köhnə
Bakı tipləri” karikaturalarına yaxın idi.
Ü.Hacıbəyli operettada Məşədi İbad və onun adamlarını mü-
şayiət edən yüngül rəqs və mahnı melodiyalarının köməyi ilə
parlaq, komik effektlərə nail olur. O, lirik mahnılarla, ariozo ilə
cavan sevgililəri Gülnaz və Sərvəri xarakterizə edir.
Ü.Hacıbəylinin özü “Arşın mal alan” haqqında qeydlərim”
məqaləsində, operetta haqqında belə yazırdı: “Onun süjeti (yəni,
“Arşın mal alan”ın – Z.S.) Qarabağın Şuşa şəhərinin həyatından
alınmışdır. “Arşın mal alan” yazılıb qurtarandan sonra mən çar
senzurasından əsərin çap etdirilməsi və oynanılması üçün icazə
almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim”. Yenə həmin
məqalədə Ü.Hacıbəyli təəssüflə qeyd edir ki, ilk dəfə bu əsər
Dostları ilə paylaş: |