132
Ü.Hacıbəyli Azərbaycan melodiyasının bu xüsusiyyətini yalnız
nəzəri cəhətdən müəyyən etməmiş, həm də onu yaradıcı surətdə in-
kişaf etdirmişdi. Xalq mahnılarının bu xüsusiyyəti bir bəstəkar kimi
Ü.Hacıbəylinin melosunun əsasını təşkil etmişdir. Xalq mahnılarının
prinsipinə əsaslanaraq Ü.Hacıbəyli melodiyası da böyük olmayan in-
tonasiyalardan, tersiya intervalını aşmayan intonasion hissəciklərdən
yaranır. Məsələn, Gülçöhrənin II pərdədəki ariyasını gətirək:
Bir çox xalq mahnılarının quruluşunun harmonik əsasını ter-
siyalılıq təşkil edir. Harmonik əsasın daha çox sabit səsləri üç-
səsliklərdir: birinci, üçüncü və beşinci səslərdir. Misal üçün,
“Ağacda leylək” xalq mahnısını götürək (“Azərbaycan xalq
mahnıları”, II c., 1958):
Mayə üçsəsliliyi Ü.Hacıbəylinin komediyalarının bir sıra
nömrələrinin əsasını təşkil edir (məsələn, “Ər və arvad”dan Kər-
bəla Qubadla Mərcan bəyin dueti, Minnətin mahnıları; “O olma-
133
sın, bu olsun”dan Rüstəm bəy və Gülnazın dueti, Rüstəm bəylə
Məşədi İbadın dueti, qonaqların xoru və i.; “Arşın mal alan”dan
Asyanın mahnıları, Asiya, Telli və Gülçöhrənin triosu və i. a.)
1
.
Qeyd edək ki, Azərbaycan məqam sisteminin Avropanın ma-
jor-minor sistemi ilə kəsişdiyi nöqtələrdən biri də elə budur.
Tersiyalılıq çoxsəslilik üçün də əsaslar yaradır. İkisəsliliyin
ilk nümunələrini yaradarkən Ü.Hacıbəyli melodiyanı tersiya
şəklində artırır. Artıq “Leyli və Məcnun” operasında bəstəkar
qızların xorunda (“Bu gələn yara bənzər” xalq mahnısında) ikin-
ci səsi belə yaradır:
“Əsli və Kərəm” operasında “Axşam oldu” xorunda Ü.Hacı-
bəyli xalq mövzusundan istifadə etməyərək, xalq melodiyasına
həm xasiyyətinə, həm də üslub xüsusiyyətlərinə bənzər melodi-
ya yaradır. Burada da ikisəslilik tersiya paralel hərəkətin vasitə-
silə əmələ gəlir:
Melodik xüsusiliyin digər inkişaf növü muğamatın melodik
prinsipidir. Ü.Hacıbəyli bu janrı belə xarakterizə edir:
1
Bu xüsusiyyəti X.Məlikov özünün “Особенности стиля и драматур-
гия музыкальных комедий Узеира Гаджибекова” kitabında da göstərir.
(B., 1963, s. 99-100).
134
“Deməli, dəstgah musiqisi vəzncə şeirə tabe, bəhrsiz, havası qey-
ri-müəyyən, cümlələri qeyri-mütənasib bir növ musiqidir ki, hüsn ic-
rası xanəndə və ya sazəndənin qabiliyyət və məharətinə bağlıdır”.
1
Melodik hərəkətin sərbəstliyini qeyd edərək, Ü.Hacıbəyli gös-
tərir ki, muğamatın bu xüsusiyyəti xanəndələrin melodik impro-
vizasiyaları üçün böyük genişlik yaradır. “Xanəndə üçün dəstgah
oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi
altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini
“bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larda işlədir”.
2
Muğamatın melodiyası xalq mahnılarının melodiyasından daha
böyük imkanlara malik olması ilə fərqlənir. Bu imkanlara da
Ü.Hacıbəyli geniş estetik mövqedən yanaşır. Muğamatda melodiya
tez-tez dəyişən metrik xanələrə, bölgülərə ayrılmır, xalq mahnıları-
na xas olan qısamotivli ayrılma, variantlıq ona xas deyil. Geniş me-
lodik nəfəs tələb edən və böyük emosiyalar tərənnüm etməyə im-
kan verən muğamatın melodiyası özünün yuxarı qalxan hərəkətin-
də elə bil ən yüksək səsi fəth edir, sonra bu səsin işlənilməsi ilə ma-
yəyə yönəldilmiş melodik xəttin enməsi baş verir.
Muğamatın, eləcə də xalq mahnılarının melodikasının xüsu-
siyyətlərini dərindən bilən Ü.Hacıbəyli öz yaradıçılığında hər iki
prinsipdən geniş istifadə etmişdir. Məsələn, romans-qəzəl “Sən-
siz” “Segah” məqamının “Şikəstəyi-fars” şöbəsində başlanır.
Sonra mayə bir oktava yuxarı “Əraq” şöbəsinə keçir, orta hissə-
nin musiqisi daha çox dolğunlaşır, yüksək səs olan sol diyezə
çatdırılır. “Bayatı-Şiraz” məqamına modulyasiya edir, daha son-
ra melodik xəttin enməsi baş verir.
Ü.Hacıbəylinin Azərbaycan melosunun spesifikliyinin təyini
musiqimizin gələcək inkişafı üçün vacib amil olmuşdur. Bu növ
melodik inkişaf yeni harmonik, polifonik üsulların yaranmasına
səbəb olmuş, yeni musiqi formalarının yaranmasında müəyyən
rol oynamışdır.
Bütün bu xüsusiyyətlər ilk növbədə Üzeyir Hacıbəylinin ya-
radıcılığında öz ifadəsini və inkişafını tapmışdır.
1
Hacıbəyli Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri, II c., B.,
1965, s. 218.
2
Yenə orada.
135
Metroritm
Azərbaycan xalq musiqisinin metroritmik bənzərsizliyi onun
vacib spesifik xüsusiyyətidir. Metroritmin sərbəstliyi xalq musi-
qisinin incisi – muğamata təkrarsız gözəllik verir. Hacıbəylinin
məqalələrində və əsas tədqiqatında Azərbaycan xalq musiqisinin
metroritmik xüsusiliyinə böyük diqqət verilmişdir.
Ü.Hacıbəylinin mülahizələrində Azərbaycan xalq musiqisinin
janrları aşağıdakı təsnifatını almışdır: dəqiq göstərilmiş metrik ölçü
ilə qeydə alınmış musiqi və heç bir ölçüsü olmayan musiqi. “Bəhrli”
adını almış birinci qrupa xalq mahnıları, təsnifləri, rəqslərin bütün
növləri, rənglər daxildir. “Bəhrsiz” adını almış ikinci qrupa muğamat
aiddir (muğamlarda olan vokal-instrumental improvizasiya).
Ü.Hacıbəyli yazır ki, “bu gəzişmə zamanı musiqi ifadələrini
xanələrə tətbiq etmək olmur. Burada qruplaşma hər hansı bir to-
nun yardımçı səslərlə bəzədilməsindən ibarətdir”.
1
O, məqalələrinin birində qeyd edir ki, “Oxunan və çalınan
musiqi “şəkil” cəhətindən ümumiyyətlə iki növdür: bəhrli ha-
valar və bəhrsizlər; bunlardan bəhrlilərin həm havası və həm də
şəkli müəyyən olub oxunan və çalınan zamanda zərb vurmağa
ehtiyacı vardır; yəni onların çalğısında zərb alətləri dəxi iştirak
edir. Bəhrsizlər çalğısında isə zərb aləti vurula bilməz. Belələ-
rinə, yəni bəhrsizlərə Azərbaycanda (İranda dəxi) dəstgah deyir-
lər (osmanlılarda boylə şəkildə musiqiyə “təqsim” deyirlər)”.
2
“Bəhrsiz” musiqini müəyyən xanələrə güclə yerləşdirmə ifa
olunan əsərin yazılışının dəqiq olmamasına gətirib çıxarır və
musiqinin improvizasiya üslubunun pozulmasına səbəb olur.
Məsələn, 6/8 ölçüdə musiqini yazarkən ikihissəli və üçhissəli
xanələrin ardıcıllığının xüsusiliyi gözlənilmir. Bu da musiqinin
1
Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 108.
2
Hacıbəyli Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri, II c., B.,
1956, s. 217.
Dostları ilə paylaş: |