136
təhrif olmasına gətirib çıxarır, çünki xanənin zəif hissələri xanə-
nin güclü vaxtına düşür və yaxud əksinə, güclü hissələr zəif vax-
ta təsadüf edir. Məsələn, bu misallardakı kimi:
doğrudur
yanlışdır
Hacıbəyli tərəfindən muğamların metroritmik xüsusiyyətləri-
nin müəyyənləşdirilməsinin bu nümunələrin nota yazılışında
şübhəsiz böyük əhəmiyyəti olmuşdur.
“Bəhrli” və “bəhrsiz” qrupundan başqa, Ü.Hacıbəyli xalq
musiqisinin bir metroritmik xüsusiyyətini də qeyd edir.
“Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində o, yazır
ki, “...bir para dəstgah və ya şöbələri bəhrsiz olaraq təğənni edi-
lirkən musiqisi biləks bəhrli olub zərb aləti dəxi işlənir; məsələn,
Heyratı, Kabili, Mənsuriyyə, Simayi-şəms; Ovşarı (Əfşarı) kimi;
dəstgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümlə-
sindən biri də “Şikəstə” və digəri “Boyatı” (bayatı)dır”.
1
Ü.Hacıbəyli göstərir ki, Azərbaycan xalq musiqisinin “Hey-
ratı” formasında nümunələri yazılarkən, dördhissəli ölçü əvəzinə
ikihissəli ölçüdə verilir. Ə.Bakıxanovun dördhissəli ölçüdə yaz-
dığı “Heyratı” ritmik muğamının düzgün yazılışını misal gətiririk:
1
Musiqişünas M.İsmayılov bu xüsusiyyətlərilə olan xalq musiqisini sər-
bəst üçüncü qrupa bölərək onu qarışıq qrup adlandırmışdır. Bax: M.İsmayı-
lov. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1960.
137
Azərbaycan xalq musiqisinin metroritmik xüsusiyyətlərinin
Hacıbəyli tərəfindən verilmiş əvvəlki tərifi onun son tədqiqatı
olan “Əsas”larda da təsdiq olunur. Yalnız o burada “bəhrli” və
“bəhrsiz” terminlərindən imtina edir.
“Azərbayçan xalq musiqisinin əsasları”nda Ü.Hacıbəyli xalq
musiqisinin bu cür xarakter ölçülərini göstərir: 6/4, 4/4, 3/4, 2/4,
4/8, 6/8, 3/8. Başqa Şərq xalqlarının musiqisində təsadüf edilən
7/8, 5/4 kimi ölçülərin olmamasını qeyd edir.
Hacıbəyli deyir ki, bir çox xalq mahnısı 6/8 ölçüsündə yazıl-
mışdır. Təsniflər isə 3/4 ölçüdə və ya 3/8 və çox vaxt 6/8-də yazılır.
Adətən 6/8 ölçüdə xanənin iki hissəsi qruplaşır (hər hissədə 3/8 ilə
ölçü olmaq şərti ilə), amma Azərbaycan rəqs musiqisinin metrorit-
mik quruluşunun xüsusiliyi, həm də rəqs xasiyyətində olan bəzi
mahnıların quruluşu digər qruplaşma tələb edir. Bu qruplaşma
ikihissəli xanənin üçhissəli ilə növbələşməsindən ibarətdir:
Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”nda ya-
zır ki, 4/4 ölçüsü Azərbaycan xalq musiqisi üçün 2/4 ölçüdən
daha xarakterdir (2/4 ölçüsü aşıq musiqisi üçün xasdır). Sonralar
2/4 ölçüsü Hacıbəylinin özünün yardıcılığında çox geniş inkişaf
tapır. Hacıbəyli bu ölçüdən aşıq musiqisinin rəngarəngliyini, xü-
susiliyini açmaq üçün istifadə etmişdir. Çox vaxt, xüsusilə ko-
mediyalarda Hacıbəyli bu ölçünü marş janrı ilə bağlayır. Məsə-
lən, “O olmasın, bu olsun” komediyasında marş nömrələri xüsu-
silə çoxdur (dostların xoru, son xor və s.). “Koroğlu” operasında
isə marş tempində 2/4 ölçüdə məşhur “Çənlibel” xoru yazılmış-
dır. Bəstəkar digər cüt ölçülərdən də geniş istifadə edir.
Ü.Hacıbəyli yaradıcılığında Azərbaycan musiqisinin metro-
ritmik xüsusiyyətlərinin hüdudlarını genişləndirərək, xalq musi-
qisinin əsasında metroritmin müxtəlif variantlarını yaradır.
138
Məsələn, musiqili komediyalarda o, 6/8 ölçu ilə iki xanənin bir-
ləşməsinin əsasında yeni 12/8 ölçüsünü yaradır: “Ər və ar-
vad”dan Kərbəla Qubad ilə Mərcan bəyin duetini, onun ikinci və
üçüncü pərdələrinə girişi, “O olmasın bu olsun”un IV pərdəsinə
girişi və s. göstərmək olar.
“Koroğlu” operasında isə bəstəkar 12/16, 6/16, 4/16 kimi na-
dir ölçüləri işlətmişdir.
Azərbaycan xalq musiqisi üçün xarakter ölçü 6/8 və 3/4 və
onların bir növü 3/8 Hacıbəylinin operalarının musiqi nömrələri-
nin metroritmik əsasını təşkil edir. İkihissəli metrin üçhissəliyə
dəyişməsi ümumiyyətlə onun musiqisi üçün xasdır. Bəstəkar bu
ölçünün müxtəlif ritmik variantlarını yaradır:
Qeyd etmək lazımdır ki, xalq musiqisinə xas olan ölçünü
(6/8 və 3/4-ü) Hacıbəyli vals janrına tabe edir. Bir çox musiqi
nömrələri “Tempo di Valse” remarkası ilə qeyd olunur: “Ər və
139
arvad”dan Mərcan bəyin mahnısını, “Arşın mal alan”dan Telli-
nin mahnısını, “Arşın mal alan”nın uvertürası”nı göstərmək olar.
Əsgər, Telli və Gülçöhrənin triosu, “O olmasın, bu olsun”dan və
“Ər və arvad”dan bir sıra nömrələr isə vals ritmi və hərəkəti ilə
aşılanmışdır.
Hacıbəyli həmişə Azərbaycan xalq musiqisinin metroritmik
xüsusiyyətlərinə və əlamətlərinə xüsusi diqqət yetirirdi.
K.Səfərəliyeva tərəfindən Azərbaycan məqamları əsasında
yazılmış fortepiano üçün pyeslər məcmuəsində Hacıbəyli (o, bu
məcmuənin redaktoru idi) qeyd edirdi ki, məcmuədə diqqəti cəlb
edən: 1) pyeslərin yazıldığı məqamların müxtəlifliyidir; 2) musi-
qinin metroritmik xüsusiyyətləridir, belə ki, 6/8 ölçüsündə iki-
hissəli və üçhissəli xanələr horizontal halda növbələşirlər, şaqu-
lidə isə bir-birilə görüşürlər, bu da xüsusi ritmik effekt yaradır.
1
Xor, çoxsəslilik və harmonik üslub
Azərbaycan musiqisində çoxsəslilik mürəkkəb və vacib
problem idi. Qədim dövrlərdən bizim vokal sənətimiz üçün in-
strumental müşayiət ilə muğamların solo oxunması xarakter idi.
Ü.Hacıbəyli qeyd edir ki, nadir hallarda toylarda, əsasən kənd-
lərdə (məsələn, Şuşa qəzasında) gəlin və bəyi tərifləyən mahnı-
ların kollektiv oxunmasına icazə verilirdi. Lakin bu hallarda da
xorun iştirakçıları bir səslə, yəni unison oxuyurdular.
2
Elə bu məqalədə Ü.Hacıbəyli qeyd edirdi ki, xorla oxumaq
prinsipinə müəyyən müxtəlifliyi talışlar daxil etmişlər. Onlar
xorları iki dəstəyə bölürdülər. Birinci dəstə melodiyanı uzadıb
1
Səfərəliyeva K. Fortepiano üçün Azərbaycan ladlarının əsasında yazıl-
mış pyeslər, redaktoru Ü.Hacıbəyli. – B., 1945, s. 5.
2
Hacıbəyli Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, B., 1965, s. 268.
Dostları ilə paylaş: |