Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə72/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   68   69   70   71   72   73   74   75   ...   168

 

238


 

 

V HİSSƏ  

 

ZÜLFÜQAR  HACIBƏYOV 

 

(1884-1950) 

 

 

 

I fəsil  

 

Həyat və yaradıcılığı 

 

Milli musiqi teatrımızın görkəmli nümayəndələrindən biri 



Zülfüqar Hacıbəyovdur.  

Azərbaycanda musiqili teatrın yaranmasında Zülfüqar Hacıbə-

yovun mühüm rolu olmuşdur. Opera sənətimizin banisi Üzeyir Ha-

cıbəyli, onun bəstəkar silahdaşı, teatrımızın ilk dirijoru Müslüm 

Maqomayev və eləcə də musiqili səhnəmizin təşəbbüsçüləri H.Sa-

rabski, M.X.Terequlov, M.M.Məmmədov, M.A.Əliyev, Ə.Ağdam-




 

239 


ski və b. ilə yanaşı, Z.Hacıbəyov da Azərbaycan musiqi mədəniy-

yətinin inkişafı, onun xalq yaradıcılığı ilə sıx əlaqəsi uğrunda mü-

barizə aparan teatr xadimlərinin mübariz dəstəsinə daxil idi. 

Hələ Oktyabr inqilabından əvvəl Z.Hacıbəyov Azərbaycanın 

digər tərəqqipərvər demokratik ziyalıları ilə birgə musiqi sahə-

sində bir çox maarifpərvər təşəbbüslərin təşkilatçısı və iştirakçısı 

olmuşdur. 

Bəstəkar inqilabdan sonra da bir ictimai xadim kimi fəaliyyət 

göstərmiş, Üzeyir Hacıbəylinin bütün cəsarətli və yenilikçi tə-

şəbbüslərində ona qoşulmuş, musiqimizin bu və ya digər sahələ-

rinə başçılıq etmişdir. 

Z.Hacıbəyov milli folklor zəminində ilk professional musiqi 

formalarının yaranmasında mühüm rol oynamışdır. “Aşıq Qə-

rib” operası, “Evliykən subay” və “Əlli yaşında cavan” musiqili 

komediyaları Z.Hacıbəyovun qələminin məhsuludur 

Z.Hacıbəyovun və M.Maqomayevin musiqili səhnə  əsərləri 

kimi, həmin əsərlər də Azərbaycanda müasir professional bəstə-

kar yaradıcılığının ilk nümunələri idi. Bu əsərlərdə folklor for-

maları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq 

təşəbbüsü edilmişdir. Z.Hacıbəyovun ilk dövr yaradıcılığının 

musiqili-səhnə forması milli professional musiqinin ən böyük 

janrı olan muğamdır. Onun səyi sayəsində ənənəvi vokal-instru-

mental improvzasiyalı poemalarını olduğu kimi saxlayan mu-

ğam operası meydana gəlmişdir. 

Z.Hacıbəyovun həyat və yaradıcılığı iki dövrə   inqilabdan 

qabaqkı  və sonrakı dövrlərə ayrılır. Bu, dövrlər bir-birinə zidd 

deyil, əksinə, bir-birini tamamlayır və sənətkarın böyük, maraqlı 

həyatını təşkil edir. 

Qeyd olunduğu kimi, Z.Hacıbəyov inqilabdan sonra da öz 

yaradıcılığını davam etdirmişdir; o, klub və mədəniyyət sarayla-

rı üçün səhnə əsərləri, kantata, marşlar, nəğmələr və s. janrlarda 

əsərlər yazmışdır. Lakin yuxarıda adları çəkilən opera və musi-

qili komediyalar onun əsas bəstəkarlıq nailiyyətləridir. Bu əsər-

lərin  əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi 

sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prose-

sini sürətləndirmişdir.  




 

240


Zülfüqar  Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin 

17-də Şuşa şəhərində anadan olmuşdur.               

Şuşa inqilaba qədərki Azərbaycanın iri mədəni mərkəzlərin-

dən biri idi. Şəffaf bulaqlar, pıçıltılı kiçik çaylar, sıx meşələrlə 

əhatə olunmuş Şuşa gözəl Qarabağ dağlarının ətəklərində yerlə-

şir. Şuşa haqqında deyirlər ki, burada “hava şüşə kimi şəffafdır”. 

Şəhərin adının mənası da elə buradandır. Şuşanın sehrkar təbiəti, 

onun sərin bulaqları buranı istedadlar diyarı kimi tanıtmışdır. 

Onun isti, əlvan qoynunda neçə-neçə düha yetişmişdir.  Şuşa 

görkəmli Azərbaycan  şair və yazıçıları Vaqifin, Xurşud banu 

Natəvanın, N.Vəzirovun,  Ə.Haqverdiyevin, S.S.Axundovun, 

rəssam və alim-musiqişünas Nəvvabın və bir çox başqalarının 

vətənidir. 

İstedadlı xalq musiqiçilərinin bütöv bir ifaçılıq məktəbini ya-

ratmış Sadıqcan təxəllüslü tarzən Sadıq Əsədoğlu, Qurban Piri-

mov, Məşədi Cəmil  Əmirov, Məşədi  İsi, Hacı Hüsü, Cabbar 

Qaryağdıoğlu,  İslam Abdullayev, M.P.Zülalov, Keçəçi Məm-

məd, Məcid Behbudov və başqaları da şuşalıdırlar. 

Z.Hacıbəyov uşaqlıqdan xalq musiqisinin zənginliyini duy-

muş, ona istedadlı  sənətkarların ifasında qulaq asmışdır. Atası 

Əbdülhüseynin tanınmış Azərbaycan şairəsi Xurşud banu Natə-

vanın yanında mirzə işləməsi buna bir daha imkan yaradırdı. Na-

təvanın yaxın adamlarından biri olan anası Şirin xanım Əliverdi-

bəyovanın da uşaqlara faydalı təsiri olmuşdur. Təbiətən çox ça-

lışqan, poeziyaya, musiqiyə meyilli olan bu qadın öz uşaqlarında 

incəsənətə böyük məhəbbət oyatmışdı. 

Şirin xanımın kiçik qardaşı Peterburqda, Varşavada təhsil al-

mış Ağalar Əliverdibəyov (1872-1953) gözəl musiqi bilicisi idi. 

Ağalar Əliverdibəyov ömrünü musiqiyə həsr etmiş, xalq mahnı 

yaradıcılığının incilərini toplamışdır. O, çoxlu xalq mahnıları bi-

lir, muğamları gözəl ifa edir, daim məşhur Şuşa musiqiçiləri ilə 

ünsiyyətdə olurdu. Təbiətən fəal, təşəbbüskar olan bu insan şə-

hərin musiqi həyatının mərkəzində olub, Şuşa musiqiçilərinin çı-

xışlarına hər cür yardım göstərir, öz evində musiqi axşamları 

təşkil edirdi. 



 

241 


Əbdülhüseyn Hacıbəyov maddi vəziyyətinin çətinliyinə bax-

mayaraq, uşaqlarına təhsil verməyə çalışırdı. Onun beş uşağı: üç 

oğlu (Zülfüqar, Üzeyir, Ceyhun) və iki qızı (Sayad və Abhəyat) 

var idi. Böyük oğlanları Zülfüqar və Üzeyir Şuşanın rus-tatar 

məktəbində oxuyurdular. Bu illərdə gənc Zülfüqar Ə.Haqverdi-

yevin “Dağılan tifaq” pyesində (Sona xanım), “Pəri cadu” pye-

sində (Qurbanın arvadı) və M.F.Axundovun “Lənkəran xanının 

vəziri” komediyasında (Şölə xanım) qadın rollarını ifa etmişdir.

1

 

1899-1904-cü illərdə Ü.Hacıbəyli öz təhsilini Qori müəllim-



lər seminariyasında davam etdirmiş, Zülfüqar isə  Şuşa ikillik 

rus-tatar məktəbini qurtarıb atasına işində kömək edirdi, amma 

o, daima oxumaq haqqında düşünürdü. 

Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə  qəfil ölümü ailənin 

planlarını tamam dəyişdi. Ailənin maddi cəhətdən bütün qayğı-

ları böyük oğlu  Zülfüqarın üzərinə düşdü. 1900-1902-ci illərdə 

o, şəhər duması və qəza idarəsində kargüzar, 1902-1906-cı illər-

də isə Şuşa şəhəri əkinçilik və töycü işləri idarəsinin müvəkkili 

yanında tərcüməçi işləyir.

2

 Uşaqlıqdan Zülfüqara aşılanmış mu-



siqiyə məhəbbət onun özünü musiqi sənətinə həsr etmək istəyini 

daha da qüvvətləndirir. Təəccüblü deyil ki, Z.Hacıbəyovun ilk 

təəssüratı  təkcə milli məişət və  vətənin gözəl təbiəti ilə deyil, 

həm də öz xalqının incəsənəti ilə sıx bağlı idi. Burada o, ilk dəfə 

xalq mahnılarını eşitmiş və onlara ürəkdən bağlanmışdır. Musiqi 

sahəsində müəyyən biliklər qazanmaq üçün həqiqətən böyük 

səy, yorulmaq bilmədən zəhmət tələb olunurdu. Tar çalmaq 

onun sevimli məşğuliyyəti idi. Gələcək bəstəkar musiqi bi-

liklərini Azərbaycan xalq musiqisindən öyrənirdi. Məhz xalq 

musiqisi onun yaradıcılığının formalaşmasında əsas amil idi. 

1910-cu ildə o, özünün ilk əsəri olan “Əlli yaşında cavan” 

operettası üzərində işini başa çatdırır. Bundan iki il sonra – Nax-

çıvanda yaşayarkən bəstəkar “Evliykən subay” musiqili komedi-

yasını bitirir. 

                                                 

1

 Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun tərcümeyi-halı. Azərbaycan 



SSR EA Əlyazmalar fondu, inv. 50, Q-3 (25). 

2

 Kadrların şəxsi ucot vərəqəsi. Azərb.SSR EA-nın Respublika Əlyazma-



ları Fondunun arxivi, inv. 50, Q-10 (82). 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə