Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə80/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   76   77   78   79   80   81   82   83   ...   168

 

263 


də  Həzrət peyğəmbərin atı da librettodan atılmışdır. Fantastik 

epizodların ixtisara salınması xalq süjetini gerçəkliyə yaxınlaşdırır. 

Librettoda hadisələrin baş verdiyi ərazi də məhdudlaşdırılmışdır. 

Hadisələr Təbriz, Tiflis və  Ərzurum  şəhərlərində baş verir. 

Dastana görə, sevgilisi ilə ayrılıq zamanı 7 il müddətində Qəribin 

yaşadığı Xalanın adı çəkilmir. Librettoda onu Ərzurum əvəz edir. 

Libretto xalq dastanı formasında yazılmışdır 

  nəsr poetik 



mətnlə birləşir. Xalq dastanından fərqli olaraq librettoda nəsrin 

rolu əhəmiyyətli dərəcədə azaldılmışdır. Nəsr parçalarından mü-

əllif dastanda olduğu kimi, şeir bəndləri arasında əlaqə yaratmaq 

məqsədilə istifadə edir. Şeirlərin bir qismi dastandan götürül-

müş, qalanlarını isə müəllif özü yazmışdır. 

“Aşıq Qərib” operası ilk dəfə 1916-cı il mayın 13-də milyon-

çu Tağıyevə  məxsus olan Bakı Dram Teatrının səhnəsində ta-

maşaya qoyulmuşdur. Digər Azərbaycan opera və musiqili ko-

mediyaları kimi, “Aşıq Qərib” də  çətinliklə  səhnəyə  vəsiqə ala 

bilmişdir. Bu, operanın səhnələşdirilməsi tarixi haqqında arxiv 

sənədlərindən biri çox maraqlıdır. 

Z.Hacıbəyovun Tiflis mətbuat işləri komitəsinə yazdığı 10 

fevral 1916-cı il tarixli ərizəsində qeyd olunur ki, “Aşıq Qərib” 

musiqili pyesi dörd pərdə  və  səkkiz  şəkildən ibarətdir.

1

 Ancaq 


aprel ayına qədər senzura bu operaya hələ də baxış keçirməmiş-

di. Müəllifin 14 mart 1916-cı il tarixli teleqraf sorğusundan son-

ra “Aşıq Qərib”i tamaşaya qoymağa hələ icazə verilməmişdir. 

Yalnız 1916-cı il aprelin 19-da Tiflis mətbuat işləri komitəsi 

pyesi gözdən keçirib, canişin dəftərxanasına göndərmişdir.

2

 Nə-



hayət, 1916-cı il aprelin 21-də pyesin Qafqaz səhnələrində oyna-

nılmasına icazə verilmişdir.

3

 İlk tamaşanın proqramından rolla-



rın ifaçıları və tamaşa haqqında bəzi təfsilatlar məlum olur.

4

 



                                                 

1

 Gürcüstan SSR MDTA, f. 480, siyahı 2, iş 1203, s. 71. 



2

 Yenə orada, f. 13, siyahı 3, iş 1731, s. 82; f. 480, siyahı 2, iş 1203, s. 72. 

3

 Yenə orada, f. 480, siyahı 2, iş 1203, s. 73. 



4

 P r o q r a m: 

Cümə günü 1916-cı il mayın 13-də müsəlman opera artistləri  “Aşıq 

Qərib operasını tamaşaya qoyacaqlar. Opera 4 pərdə və 8 şəkildən ibarətdir: 




 

264


Z.Hacıbəyov özü operanı tamaşaya qoymaqda fəal iştirak et-

miş, onun dirijoru, yəni əsas musiqi rəhbəri olmuşdur. Operanın 

ilk tamaşası geniş Azəbaycan ictimaiyyətinin diqqətini cəlb etdi. 

Yerli mətbuat səhifələrində qeyd olunurdu: Mayın 13-də cümə 

günü H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan Z. b. Hacıbəyo-

vun yeni “Aşıq Qərib” operasında zal adamla dolu idi. Opera 

həm musiqisinə, həm də məzmununa görə çox maraqlı idi. Mu-

siqisi melodik xalq və orijinal motivlərdən (xor) və Şərqdə möv-

cud olan Klassik ariya və melodiyalardan tərtib olunmuşdur. 

Orkestr yalnız Şərq musiqi alətlərindən ibarət idi.

1

 

1916-cı ildə “Aşıq Qərib” operası Azərbaycan səhnəsində 



beş dəfə tamaşaya qoyulmuş, hər dəfə dinləyiçilərin böyük rəğ-

bətini qazanmışdır. İkinci dəfə tamaşa mayın 20-də göstərilmiş-

dir. Bu barədə “Kaspi” qəzetində  çıxış edən rəyçi yazırdı ki, 

                                                                                                         

İştirak edənlər: 

Rəsul (Aşıq Qərib) 

Onun anası 

Qəni xanım, onun bacısı 

Hacı  

Şahsənəm, onun qızı 



Ağca qız 

Vasiq, onların nökəri 

Şahvələd 

Güloğlan   

Mahmud  

Aşıq Vəli      

Qara qız 

Türk paşası  

Aşıq Səlim  

Dərviş   

 

c. Sarabski 



c. Hacıbababəyov 

x. Olenskaya 

c. Mirzə Muxtar 

c. Ağdamski 

x. Olenskaya 

c. Məmmədov 

c.  Terequlov 

c. Hacınski 

c. Sidqi 

c. M. Əliyev 

c. Nərimanov 

c. Hüseynov 

c. Bağdadbəyov 

c. Bağdadbəyov 

 

Kişi və qadın xoru, camaat və b. 



Altıncı  pərdədə  ərəb rəqslərini Anadlinski və Darablinski cənabları ifa 

edirlər. 

Tamaşanın quruluşu X.Hüseynovundur. 

Dirijor – Z. b. Hacıbəyovdur. 

Xormeyster - M.H.Terequlovdur. 

Məsul sərəncamı – Ü. b. Hacıbəylidir. 

1

 “Kaspi” qəzeti, 15 may 1916-cı il, № 108. 




 

265 


əsərdən alınan ümumi təəssürat çox xoşdur və Z.Hacıbəyovun 

yeni operası, şübhəsiz ki, mövsümün repertuarına daxil olacaqdır. 

Qəzet rəyləri sonrakı illərdə bu operanın dəfələrlə səhnələş-

dirildiyini göstərir. 

“Aşıq Qərib” 1929-cu ildə Bakı rayonlarının birində 

 Sa-



bunçuda, “Proletar inqilabı” adına klubda tamaşaya qoyuldu. 

Tamaşanın dirijoru M.Maqomayev idi. Rolları  Həqiqət xanım 

Rzayeva, H.Sarabski, Əhməd Anatollu və b. ifa edirdilər.

1

 Baş 



rolların ifaçıları haqqında qəzetlərdə müsbət rəylər verilmişdi. 

Məlumdur ki, “Aşıq Qərib” yeni quruluşda M.F.Axundov 

adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya 

qoyulmuşdur (ilk tamaşa 1930-cu ilin noyabrında olmuşdur).

2

 

Qərib rolunda yenə  də H.Sarabski, Şahsənəm rolunda Həqiqət 



Rzayeva,  Şahvələd rolunda Əli Zülalov, Güloğlan rolunda 

Ə.Anatollu çıxış etmişlər. “Aşıq Qərib” opera teatrının səhnəsin-

də 1939-cu ildə də yeni quruluşda getmişdir. 

Opera çox müfəssəl, eyni zamanda yığcam ekspozisiyaya 

malikdir. Birinci pərdənin birinci şəkli Qəribin və  Şahsənəmin 

səciyyəvi xüsusiyyətlərini və onların mühitinin təsvirini verir. 

Birinci pərdənin ikinci şəklində (Tiflisdə çayxana) Qərib surəti 

geniş  təqdim olunur. Burada onun Şahsənəmə  məhəbbəti aşıq 

mənşəyi nəzərə çarpdırılır. 

İkinci pərdənin birinci şəkli – Şahvələdin  Şahsənəmə elçi 

göndərməsidir. 

Əsərdə əsas hadisələr Qəribin elçi göndərdiyi sahnədən baş-

lanır (ikinci pərdənin ikinci şəkli). Ancaq gərgin vəziyyət (əslin-

də  Qəribə  rədd cavabı verilməsi – Şahsənəmin atasının aşığın 

qarşısına qoyduğu ağır şərtlər) əvvəlki səhnədə elçi göndərilmiş 

Şahvələdin qızın atasından razılıq alması nəticəsində yaranmış-

dır. Sonrakı hadisələr iki istiqamatdə inkişaf edir. Birincisi 

– 

Qə-



ribin Şahsənəmlə vidalaşması (ikinci pərdənin sonu), onun “uy-

durma qətli, anasının, bacısının və Şahsənəmin sonsuz kədəri”.  

                                                 

1

 “Yeni yol” qəzeti, 30 dekabr 1929-cu il. 



2

 “Kommunist” qəzeti, 19 noyabr 1930-cu il. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə