Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə79/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   75   76   77   78   79   80   81   82   ...   168

 

260


Birinci pərdə instrumental musiqi ilə qurtarır. Bu pərdənin 

finalının məzmununu nəzərə alaraq bəstəkar “Segah” muğamına 

müraciət edir. “Segah” təbii formasında, xanəndənin sol mayə-

sindən “Bərdaşt” oxumasına instrumental giriş kimi verilir. Bu 

nömrədə “Şikəsteyi-fars” bölməsinə modulyasiya baş verir. 

İkinci pərdə qızların rəqsindən və xorundan ibarətdir. 

İnstrumental giriş “Rast” məqamının marş ritmli “do” mayə-

sinin fanfarlığını xarakterizə edir. Sonra qızların xoru başlanır. 

İkinci pərdənin finalını qadın və kişi xoru, qızların rəqsi təş-

kil edir. 

Xor lirik xarakterdədir. Onun ikinci bölməsi qızların rəqsi ilə 

uyğunlaşır. Burada musiqinin ritmi (6/8), sürəti və xarakteri də-

yişir. Kişi xoru elə bil ki, qadın xorunun akkompanimentini təş-

kil edir. Kişi xoru “Segah” məqamının üçsəsi üzərində qurul-

muşdur. 

Üçüncü pərdə “Şahnaz” muğamı ilə başlanır. 

Komediya bütün əsərin ideyasını ifadə edən fəhlələrin təntə-

nəli himni ilə başa çatır. Burada klubun bütün üzvləri iştirak 

edirlər. Onlar təhsil aldıqları klubu tərifləyirlər. 

Bütün instrumental epizod pərdənin məzmunu ilə sıx əlaqə-

dar olan təntənəli rəqs xarakteri daşıyır. Epizod 8 taktlı girişlə 

başlayır, sonra bəmdə əsas mövzu, daha sonra isə “Rast” məqa-

mında  əsas mövzu gəlir. Kadensiya onu yenidən  əsas tonallığa 

qaytarır. 

Orkestr epizodu vals ritmində yazılmışdır. Orkestr epizodu-

nun orta hissəsində “Rast” məqamının səciyyəvi kadensiya gedi-

şi tədricən sekvent inkişafı alır, sonra isə yavaş-yavaş kulmina-

siyaya çatır. Kulminasiya və sonrakı melodiya “Rast” muğamı-

nın “Əraq” bölməsini təşkil edir. Kulminasiya mövzu inkişafının 

enən sekvensiyasından ibarətdir. Bu epizod “Rast” məqamının 

səciyyəvi gedişi ilə başa çatır. 

Əsərin məqsədi maarifin cəhalət, zülmət və gerilik üzərində 

qələbə çaldığını nümayiş etdirməkdir. 

 

 

 



 

261 


 

 

III fəsil 

 

“Aşıq Qərib”

1

 operası 

 

“Aşıq Qərib” operasının librettosunu Zülfüqar Hacıbəyov 



özü yazmışdır. Libretto təkcə Azərbaycanda deyil, bütün Zaqaf-

qaziyada geniş yayılmış eyniadlı aşıq dastanının süjeti üzərində 

qurulmuşdur. Dastanın xəlqiliyi, zəngin ideyası  məzmunun sa-

dəliyi, incə lirizmi və forma ifadəliliyi həm keçən əsrin, həm də 

müasir  ədəbiyyat və incəsənət nümayəndələrinin diqqətini cəlb 

etmişdir. 

Poetik xalq rəvayətinin obrazlarına musiqi təcəssümünü isə 

ilk dəfə Z.Hacıbəyov vermişdir. Bəstəkar operada xalq dastanı-

nın ideya əsasını  və ümumi süjet ardıcıllığını saxlayaraq, onu 

musiqili səhnənin tələblərinə uyğunlaşdırmışdır. Hər şeydən əv-

vəl, o, dastanı 4 böyük hissəyə bölmüşdür. Bu hissələrdən hərəsi 

bir pərdənin məzmununu təşkil edir. Hər bir hissə də öz növbə-

                                                 

1

 Operanın qısa məzmunu: Qərib və Şahsənəm yuxuda bir-birinə vurulur-



lar. Qərib yuxusunu anasına va bacısına danışıb, sevgilisini axtarmaq üçün 

Təbrizdən yola düşür. Tiflisdə o, təsadüfən  Şahsənəmə rast gəlir. Bu görüş 

onu o qədər sarsıdır ki, o, sevgilisini görən kimi huşunu itirir. Qəribin anası 

Şahsənəmə elçi gəlir. Bəhram bəy (Şahsənəmin atası) Qəribdən başlıq kimi 

40 kisə qızıl istəyir. Tələb olunan məbləği əldə etmək məqsədi ilə Qərib uzaq 

ellərə yola düşür. Qəriblə vidalaşarkən Şahsənəm onu yeddi il gözləyəcəyinə 

and içir. Şahvələd paltarını geyib Qəribin ardınca gedir. 

Qərib köynəyini soyunub çayı üzüb keçəndə Şahvələd onun qana bulaşmış 

köynəyi ilə geri qayıdır və onun ölüm xəbərini yayır. Qəribin öldüyünü eşidən 

ananın gözləri tutulur. Yeddi il keçdikdən sonra Şahsənəmin xahişi ilə bir tacir 

Xalana gəlir və Qəribə Şahsənəmlə Şahvələdin toyu olacağını xəbər verir. 

Tacir Şahsənəmin söylədiyi əlamətlərə görə Qəribi tanıyır. Xalan şahın-

dan icazə alan Qərib öz sevgilisinin yanına qayıdır. Yolda ona xeyirxah qarı-

lar və  Həzrət peyğəmbərin  əfsanəvi atı kömək edir. Oğlunun səsini eşidən 

ananın gözləri açılır. 

Şahsənəmlə Şahvələdin toy günü gəlib çatır. Toy məclisində Qəribin səsi 

eşidilir. Şahsənəm öz sevgilisinə tərəf atılır, Şahvələd onların səadətinə mane 

olmur və Qəribin bacısı ilə evlənir. 




 

262


sində iki müstəqil bölməyə ayrılmışdır. Operada dörd pərdə  və 

səkkiz şəkil belə yaranmışdır. 

Səhnənin tələblərinə uyğun olaraq xalq dastanının  əsasını 

təşkil edən epik material librettoda bir qədər ixtisar edilmişdir. 

İştirak edən bir sıra personajları: zalım və xeyirxah qarıları, Şah-

sənəmin anasını, Qəribin atasını və onların Qərib və Şahsənəmlə 

əlaqədar bəzi hərəkətlərini Z.Hacıbəyov librettoya salmamışdır. 

Şahsənəmin anası obrazının operadan çıxarılması  Qəribi sevdi-

yinə görə qız ilə anası arasında baş verən toqquşmanı təsvir edən 

səhnənin librettoda ixtisar edilməsinə gətirib çıxarmışdır. 

Qəribin bacısı obrazının inkişafı ilə əlaqədar epizodları da lib-

rettoda görmürük. Burada onun Şahvələdə ərə getdiyi göstərilir. Bu 

süjet motivi isə xalq dastanının, demək olar ki, bütün variantlarında 

vardır. Qeyd etmək lazımdır ki, göstərilən motivin librettoda olma-

ması təkcə dastanın qısadılmasına deyil, həm də süjetin gerçəkliyə 

daha uyğun gəlməsinə imkan yaratmışdır, çünki tamam xoşbəxt 

sonluq, bütün baş qəhrəmanların səadətə çatması rəvayətin ictimai-

tarixi zəminində bir qədər sentimental səslənir. 

Xalq dastanından fərqli olaraq, librettoda Qərib yad ellərə sə-

yahətə  çıxmış tacir deyil, Şahsənəmi aşığı axtarmaq üçün gön-

dərdiyi qəhvəxana sahibi Mahmud tapır. Bu kiçik dəyişiklik Qə-

ribin sevgilisinin iradəliliyini, taleyə kor-koranə tabe olmayıb öz 

səadəti uğrunda mübarizə apardığını nəzərə çarpdırır. Yeri gəl-

mişkən qeyd edək ki, bizə  məlum olan lirik dastanların qadın 

qəhrəmanları arasında Şahsənəm öz fəallığı, iradəli təbiəti ilə se-

çilir. Z.Hacıbəyov bunu duymuş və Şahsənəmin bu keyfiyyətlə-

rini daha aydın göstərməyə çalışmışdır. 

Xalq dastanında tacir Qəribi Şahsənəmin söylədiyi əlamətlə-

rə görə tanıyır. Librettoda isə Qəribi tapmaq üçün Mahmud Ər-

zurum paşasının sarayına gəlib, sevgililərin əhvalatını danışır və 

Qəribi tapmaqda ondan kömək istəyir. Bu, epizodun dəbdəbəli 

olmasına imkan yaratmışdır. Paşa obrazı isə daha böyük drama-

turji əhəmiyyət kəsb etmişdir. 

Dastandan fərqli olaraq librettoda fantastika ünsürü yoxdur. 

Qəribin vətənə qayıtmasında heç bir möcüzədən istifadə olunma-

mışdır. Qəhrəmanın möcüzəli surətdə Ərzurumdan Tiflisə düşməsi 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə