Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə78/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   74   75   76   77   78   79   80   81   ...   168

 

257 


zərə çarpdırır. Bəzi səhnələrdə Kəblə Hacı ən adi sözləri təhrif 

etməsinə baxmayaraq, rus dilini bilməsi ilə öyünür. 

Bu  əsərdə musiqi danışıq səhnələrini müşayiət edir, onları ta-

mamlayır.  Əvvəlki komediyada olduğu kimi, buradakı musiqi 

nömrələri də xalq mahnılarından iqtibas edilmişdir.  Əsas qəhrə-

manların kiçik kupletləri var. Komediyada xor və ansambl nömrə-

ləri daha çoxdur. Arvadların qardaşları, mərcan alverçisi kimi bəzi 

personajlar fərdi musiqi təcəssümlərini tapmamışlar. Onlar xor və 

ansambl nömrələrində  çıxış edirlər. Bu nömrələrin bəziləri mü-

əyyən səhnələrdəki hadisələri işıqlandırır. Məsələn, birinci pərdədə 

Kəblə Hacının evindəki dava-dalaş səhnəsi (iştirakçılar-tacir Kəblə 

Hacı, onun arvadları və onların qardaşlarıdır). O biri xor nömrələri 

isə səhnədə baş verən hadisələrin özünəməxsus şərhidir. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bəstəkar komediyanın 

musiqi parçalarının dramatik əhəmiyyətini genişləndirməyə ça-

lışmışdır. Musiqi materialı Azərbaycan xalq musiqisinin tanış 

intonasiyalarını, xüsusilə muğamat janrının çox inkişaf etmiş in-

tonasiya kökünü ifadə edir. Çox sadə musiqi üslubu bəstəkarın o 

biri iki musiqili komediyasına uyğun gəlir. 

“Evliykən subay”ın musiqi materialı  “Əlli yaşında cavan”a 

nisbətən bir qədər böyükdür. Hər iki komediyanın tematikası de-

mək olar ki, eynidir. 

 İyirminci illər Azərbaycan musiqisi tarixində yeni dövr idi. 

Respublikada müxtəlif maarifçi təşəbbüslər irəli sürülürdü. Fəh-

lələr üçün xüsusi bədii kollektivlər yaradılır və burada dövrün 

tələblərinə uyğun olan təşviqat məzmunlu pyeslər tamaşaya qo-

yulurdu. Kütləvi musiqi maarifinin ən mühüm forması 1920-ci 

ildə Bakıda təşkil olunmuş Xalq Konservatoriyası idi. Sovet ha-

kimiyyətinin qurulması musiqi sənətinin bütün sahələrində geniş 

fəaliyyətə böyük imkanlar yaratdı. Geniş xalq kütlələrinin musi-

qi mədəniyyətinə  cəlb edilməsində “Fəhlə klubu”, “Ordu klu-

bu”, “Azərbaycan qadını klubu” və s. saysız-hesabsız klublar 

böyük rol oynayırdılar. 

Fəhlə klubları  nəzdində musiqi studiyaları  təşkil olunurdu. 

Musiqi özfəaliyyətinin inkişafına,  əsasən klublar təkan verirdi. 

Sonralar müəssisələrdə də bədii özfəaliyyət dərnəkləri yaranırdı. 




 

258


Yeni əsərini yazarkən Z.Hacıbəyov onun məhz fəhlə klubla-

rında nümayiş etdiriləcəyini nəzərdə tutmuşdu. Onun “fəhlələrə 

məxsus klublarda fəhlələr üçün oynamaqdan ötrü yazılmış” söz-

ləri bunu bir daha təsdiq edir. 

Titul vərəqində pyesin istiqaməti də aydın göstərilmişdir: 

“Üç şəkildən ibarət təbliğat və təşviqat məzmunlu həyati bir səh-

nədir”. 

Z.Hacıbəyov dövrün bəlasını savadsızlıqda, avamlıqda, mə-

dəniyyətsizlikdə görürdü. Buna görə də bəstəkar-dramaturq bü-

tün bacarığını bu nöqsanların ifşasına sərf edir və onları aradan 

qaldırmaq üçün yollar göstərirdi. Fəhlələrə anlaşıqlı olmaq üçün 

müəllif səhnədəki hadisələri mürəkkəbləşdirmir, onları çox sadə 

dildə savadsızlığı ləğv etməyə, elmə, mədəniyyətə yiyələnməyə 

çağırır. Bu çağırışı və eləcə də əsərin ideyasını müəllif üç obra-

zın üzərində cəmləşdirmişdir. Onların adları da qəsdən elə seçil-

mişdir ki, tamaşaçı pyesin məqsədini tez başa düşsün. Bunlar 

kimdir? Klub (dayı), Maarif (xala) və Nəfisə (bacı). Pyesdəki 24 

ən geniş yayılmış azərbaycanlı adı fəhlə obrazlarını təmsil edir. 

Birinci  şəkil fəhlə kazarmasını  təsvir edir. Klub, Maarif və 

Nafisə buraya gəlirlər. Onlar “ruhani həkimlər” kimi fəhlələr 

qarşısında çıxış edir və onları kütləvi savadsızlığı  ləğv etməyə 

çağırırlar. Fəhlələrin bir qismi onlarla razılaşır, digərləri isə bu 

öyüd-nəsihətlərə qulaq asmaq belə istəmirlər. 

İkinci  şəkildəki hadisələr klubda baş verir. Fəhlələr, burada 

savadsızlıqlarını ləğv edir. Kitab, qəzet oxuyur, musiqi alətlərin-

də çalmaq öyrənirlər. 

Üçüncü şəkildə fəhlələrlə dolu bir mədəni meydanı görürük. 

Burada maarif və  mədəniyyət haqqında qızğın söhbət gedir. 

Klubda təhsil almış fəhlələr Sovet hökumətinin qayğısından ra-

zıdırlar, o biri fəhlələr isə təəssüflənirlər ki, təhsildən faydalan-

mamışlar və səhvlərini etiraf edirlər. 

Əsərdə musiqi mühüm yer tutur. Bunlar instrumental və xor 

parçaları, rəqs və improvizasiya-muğam xarakterli nömrələrdir. 

Pyesin musiqi nömrələrində ansambl və solo hissələri yoxdur. De-

məli, müəllif həvəs göstərən aktyorların imkanlarını nəzərə almış-

dır. Bəstəkar xor parçaları ilə əsərin personajlarını xarakterizə edir. 




 

259 


Z.Hacıbəyov hər bir personajı ayrıca səciyyələndirməyə çalışma-

mışdır. Onun məqsədi, bir tərəfdən canlı janr fonu yaratmaq, digər 

tərəfdən, pyesin satirik istiqamətini nəzərə carpdırmaqdır. 

Pyesin musiqisi Azərbaycan musiqi folkloruna əsaslanır və 

onunla sıx surətdə bağlı, sadə və anlaşıqlıdır: xalq mahnısı tər-

zində yazılmış melodiyalar sadə akkordlarla müşayiət olunur. 

Musiqi parçalarının  əksəriyyəti folklorda geniş yayılmış kuplet 

formasında yazılmışdır. Mətndən göründüyü kimi, pyesdə bəstə-

karın özünə məxsus olan yeddi artıq musiqi parçası var. Pyesin 

proloqunu “Təntənəli Şərq kantatası” təşkil edir. Üçtaktlı akkord 

 giriş, sonra isə tədricən enən sekvensiyadan dəqiq ritmik möv-



zu, “re” mayəsindən “Çahargah” məqamı başlanır. Bütün bunlar 

birlikdə melodiyaya özünəməxsus milli ahəng verir. Mövzunu 

yuxarı, sonra isə  aşağı registrdə  təkrar olunan kiçik diapazon 

fərqləndirir. Melodiya tədricən yavaşıyır, “Şüştər” məqamına 

keçir. Bu hissə kantatanın orkestr girişinin başa çatmasıdır. 

 “Kantata”  adı ilə  bəstəkar, ehtimal ki, səhnə situasiyasının 

apofeozluğunu nəzərə çarpdırmaq istəmişdir. Bütövlükdə forma-

sına görə kantata vokal-insltrumental süitaya yaxındır. 

Hər bir kantatada sırf rəqs epizodunun olması Azərbaycan 

musiqi folklorunun xüsusiliyi ilə izah olunur. Rəqs Azərbaycan 

xalq sənətində geniş yayılmışdır. Kantatalar kütləvi musiqi jan-

rına aiddir. Mahnılar kimi, onlar da aktual mövzularda yazılır. 

Uvertürada bu parça pyesin fabulasını 

 gerilik və savadsızlıqla 



mübarizəni 

  tərənnüm edir. Uvertüra xorla kantatadan və  rəqs 



epizodundan ibarətdir. Fəhlələrin xoru dördsəslidir. 

Xorun melodiyası  “Şüştər” məqamı üçün səciyyəvi olan 

kvarta sıçrayışlı lirik tərzdədir. Bu xor onunla diqqəti cəlb edir 

ki, Azərbaycan xalq mahnılarının quruluşundan fərqli olaraq bu-

rada növbəti kuplet yüksək reqistrdən, nəqərat isə bir reqist aşa-

ğıdan başlayır. Bu səhnədə fəhlə sinfinin mədəniyyətə, tərəqqiyə 

və  təhsilə can atan nümayəndələrinin ümumiləşdirilmiş surəti 

açılır. Burada musiqi şən və emosionaldır. Marşsayağılıq, ritm 

dəqiqliyi onun səciyyəvi cəhətləridir. Kantata vals ritmində ya-

zılmış kütləvi rəqslə başa çatır. Rəqsin ritmi kantatanın xorunun 

nəqəratından alınmışdır. Rəqsin məqam əsası “Bayatı-Şiraz”dır. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə