Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə76/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   72   73   74   75   76   77   78   79   ...   168

 

251 


Yuxarıda qeyd edildiyi kimi, 1910-cu ildə bəstəkar ilk əsəri 

olan “Əlli yaşında cavan” operettası üzərində işini başa çatdırır. 

1911-ci il fevralın 8-də  bəstəkar operettanın ana dilində  əlyaz-

masını iki nüsxədə Tiflis mətbuat komitəsinə təqdim edərək, te-

atr səhnələrində pyesin tamaşaya qoyulmasına icazə istəyir. Bu 

sənəd belə imzalanmışdır: “Tiflisdə yaşayan  Şuşa  şəhəri sakini 

Zülfüqar bəy Hacıbəyovdan”.

1

 



1911-ci il fevralın 21-də Qafqaz canişini dəftərxanası xəbər 

verir: “10 fevral tarixli 345 №-li təqdimata görə dəftərxana bil-

dirir ki, əlahəzrət imperatorun Qafqaz canişini komitənin təqdi-

matda adı çəkilən Zülfüqar bəy Hacıbəyovun tatar dilində yazıl-

mış “Əlli yaşında cavan” pyesində senzura qaydalarına əks heç 

bir  şey olmadığı üçün senzura haqqında Nizamnamənin 84-cü 

bəndinə müvafiq olaraq verdiyi şəhadətnaməyə əsaslanaraq Qaf-

qaz səhnələrində onun tamaşaya qoyulmasuna icazə verir. Pye-

sin əsli sahibinə qaytarılır”.

2

 Azərbaycan aktyorları Tiflisdə olar-



kən Z.Hacıbəyov operettanı tamaşaya qoyur. 

“Zaqafqaziya”, “Qafqaz”, “Kaspi” qəzetləri məlumat verdi 

ki, “aprelin 29-da, cümə künü gürcü zadəkanları teatrında Tiflis 

dram dərnəyi Zülfüqar bəy Hacıbəyovun üç pərdəli, dörd şəkilli 

“Əlli yaşında cavan” adlı ilk tatar operettasını tamaşaya hazırla-

yır. Musiqisi müəllifindir. Süjet müasir həyatdan alınmışdır, ko-

mik məzmundadır. Tamaşaya müəllif özü dirijorluq edəcək, ta-

tar dilini bilməyənlər üçün libretto rus dilində çap olunmuşdur.

3

 

Yerli mətbuatın məlumatlarından göründüyü kimi tamaşa 



böyük maraq doğurmuşdur. Pyes və artistlərin oyunu haqqında 

da qəzetlərdə  rəylər çap olunur. Həmzət bəy Kabulov (Şirvan-

ski)

4

 adlı bir nəfər yazırdı ki “Əlli yaşında cavan” operettasının 



tamaşaya qoyulduğu gün Tiflis müsəlmanlarının xatirində uzun 

                                                 

1

 Gürcüstan SSR MDTA, fond 480, siyahı 2, iş 681 (s. 40). 



2

 Yenə orada (s. 38). 

3

 27 aprel 1911-ci il tarixli “Qafqaz”, 28 aprel 1911-il tarixli “Zaqafqazi-



ya” və “Kaspi” qəzetləri. 

4

 Publisist Həmzət bəy Kabulov (Şirvanski onun təxəllüsdür) 1912-ci ildə 



Tiflisdə vəfat etmişdir. 


 

252


müddət qalacaq.

1

 Daha sonra o yazır ki, onlar ilk dəfə doğma 



dillərində müasir həyatdan alınmış, öz mühitlərindən çıxmış mü-

əllifin qələminin məhsulu olan operetta gördülər.  İfaçıların 

oyunlarından bəhs edəcək, rəyçi qeyd edir ki, tamaşada profes-

sional artistlər deyil, yerli müsəlman dram dərnəyinin həvəskar-

lar oynayırdılar. Rəyçi tamaşanın uğur qazanmasında ribretto 

müəllifi və dirijor – Z.Hacıbəyovun böyük rolunu qeyd etmişdir. 

Tamaşa təkrarən 1911-ci il avqustun 8-də “Gürcü zadəkanları” 

teatrında getmişdir.

2

 Onu bəstəkarın təşkil etdiyi truppa tamaşa-



ya hazırlamışdı. Baş rollarda cənab Sidqi (söhbət Azərbaycan 

milli səhnəsinin görkəmli aktyoru Sidqi Ruhulla haqqında ge-

dir), Göyərçin xanım (müsəlman səhnəsində qadın rollarının ilk 

ifaçısı  Şaynovanı belə adlandırırdılar), Quliyev M., Quluzadə 

M., Ələsgərov, Şabanov və b. oynayırdılar. Yerli qəzetlərdən bi-

rinin aşağıdakı məlumatı çox xarakterikdir: Bu münasibətlə ope-

ranın iştirakçısı və məsul sərəncamçı kimi, Bakı səhnəsinin gör-

kəmli artisti M.A.Əliyev dəvət olunmuşdur”.

3

 Obrazların musiqi 



dəqiqliyi, melodiklik, kəskin satira camaatın böyük marağına sə-

bəb olmuşdur. Pyesin məzmununu təhlil edən qəzet göstərir ki, 

Üzeyir Hacıbəylinin musiqili komediyalarında olduğu kimi, 

“Əlli yaşında cavan” operettasında da Azərbaycanın müasir məi-

şətinin bəzi cəhətləri aşkara çıxarılır, imtiyazlı siniflərin – zadə-

kanların, burjuaziyanın və ruhanilərin qüsurları  tənqid olunur. 

Qəzetdə bu komediyanın  əsas  əziyyətlərindən biri haqqında da 

yazılmışdır. Bu onun məzmununun sadəliyindən və öz musiqi-

liliyi, dramatik situasiyaların kəskinliyi sayəsində geniş xalq 

kütlələri üçün anlaşıqlı olmasından ibarətdir. 

Estetik adlı bir rəyçi qeyd edir ki, operetta bir neçə dəfə Tif-

lisdə və Naxçıvanda getmişdir. O, yazır ki, ümumiyyətlə, bu sü-

jetdə operetta Avropa səhnəsində müsəlman səhnəsində oldu-

ğundan daha müvəffəqiyyətlə gedə bilərdi, çünki biz, müsəl-

manlar taleyin hökmü ilə elə bir vəziyyətə düşmüşük ki, operet-

                                                 

1

 “Zaqafqaziya” qəzeti, 13 may 1911-ci il. 



2

 Yenə orada, 6 avqust 1911-ci il. 

3

 Yenə orada, 13 avqust 1911-ci il.  




 

253 


talarımız da “məfkurəvi” olmalıdır. Beləliklə də, camaatı estetik 

və mənəvi cəhətdən tərbiyələndirmək olardı. 

Bir faktı da qeyd etmək maraqlıdır. Qəzet yazır ki, Üzeyir bəy 

Hacıbəylinin musiqisi (mətbuat çox vaxt Zülfüqar və Üzeyir Hacı-

bəyovları dolaşıq salırdı – Red.) “xoş təsir bağışlamışdır və ümu-

miyyətlə bir qədər üzərində  işlənsəydi və  dəyişdirilsəydi o, daha 

uğurlu ola bilərdi”.

1

 Rəyçi baş rolların ifaçılarından Orduxan bəy 



rolunda çıxış edən istedadlı komik Mirzə  Ağa  Əliyevə  və onun 

həmkarı Muradxan bəy rolun ifaçısı Hacı Ağa Abbasova üstünlük 

verir. O biri rolların ifaçılarından “nökər rolunda çıxış edən Tere-

qulov və Haqverdiyev cənablarının yaxşı oyununu və oxumasını 

qeyd edir”.  

Q.Süheyli də  Mələk xanım rolunda pis oynamırdı, ancaq 

onun qadın səsi ilə oxuması yaxşı təsir bağışlamırdı. Təəssüf ki, 

Sənəm rolunda Tamara çox süst oynayırdı, oxumağı isə daha pis 

idi. Dadaşov və Məmmədov cənabları isə yaxşı oxuyurdular, an-

caq oyunları çox zəif idi. Xor da nisbətən yaxşı oxuyurdu. Şid-

dətli şimal küləyi əsməyinə baxmayaraq, tamaşada adam çox idi. 

Şübhə yoxdur ki, tamaşa haqqında rəy müəllifin bir-birinə zidd 

olan mülahizələri ilk növbədə komediyanın ictimai mahiyyətindən 

irəli gəlirdi. Yerli mətbuatın məlumatlarından göründüyü kimi, ta-

maşa böyük marağa səbəb olmuşdu. Təəccüblü deyil ki, tamaşa 3-4 

dəfə təkrar edilmiş və zal həmişə adamla dolu olmuşdur. 

“Kaspi” qəzeti yazır ki, qurban bayramı günü Zülfüqar bəy 

Hacıbəyovun iştirakı ilə İrəvanda dram sənəti həvəskarları tama-

şa vermişlər və o çox uğurlu keçmişdir. Sonra qəzet yazır: 

“Ümumiyyətlə, son zamanlar irəvanlılar teatra rəğbət bəsləyirlər 

və bütün tamaşalarda çoxlu pul vəsaiti toplanır. Bu isə bir daha 

operettanın müvəffəqiyyət qazandığını təsdiq edir.” 

Komediyanın çox tezliklə tamaşaçıların hüsn-rəğbətini qazan-

dığını belə bir fakt da təsdiq edir ki, “Əlli yaşında cavan” bu illərdə 

artıq Tiflisdə, Bakıda, Naxçıvanda,  İrəvanda, Culfada, Şuşada və 

həmçinin xaricdə – müəllifin rəhbərlik etdiyi Azərbaycan musiqi 

truppasının İran şəhərlərinə qastrolları zamanı səhnələşdirilirdi. 

                                                 

1

 “Kaspi” qəzeti, 27 aprel 1912-ci il, № 95. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə