Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə75/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   71   72   73   74   75   76   77   78   ...   168

 

248


buna çox böyük ehtiyac var idi, çünki mahnı həyat hadisələri ilə 

daha tez səslənir, onları canlı  əks etdirirdi. Azərbaycanda ilk 

kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyov və Müslüm 

Maqomayev olmuşlar. Z.Hacıbəyovun da musqisi bu dövrdə ye-

ni məzmun kəsb etdi. Bəstəkar öz mahnılarında müasir mövzu-

lara toxunurdu. O, yeni insanlar haqqında (“Kənd qızı”, “Çoban 

qız”, “Əsgər nəğməsi” və başqaları. Bəstəkar başa düşürdü ki, 

kütləvi mahnıların yaradılması zamanın tələbidir. 

20-ci illərin sonu, 30-cu illərin əvvəllərində yaranan kütləvi 

mahnılar Azərbaycan bəstəkarlarının mahnı yaradıcılığının ilk 

nümunələri idi. Bu mahnıların bəziləri marş janrında yazılmışdı 

(məsələn, “Əskər nəğməsi”). 

Qeyd etmək lazımdır ki, müasir Azərbaycan qızının (“Kənd 

qızı”, “Çoban qız”, “Kənd qadını”) obrazının mahnılarda təcəs-

sümü bəstəkarı çox düşündürürdü. Mahnılar ən vacib mövzulara 

toxunur, azadlığa çıxmış azərbaycanlı qadın obrazını  tərənnüm 

edirdi. Bu, yeni həyata qədəm qoyan gəncliyin şən nəğməsi idi. 

Z.Hacıbəyov başqa musiqi janrlarına da müraciət edir. Bəstə-

karın yaradıcılığı yeni məzmun kəsb edir. O, öz əsərlərində icti-

mai əhəmiyyəti olan zəruri mövzulara toxunur. 

O, bir neçə il (1933-37) Azərbaycan radio verilişləri şəbəkə-

sinin musiqi bölməsinin bədii rəhbəri işləyir, xalq musiqisindən 

ibarət konsertlərin təbliğat istiqamətinə böyük diqqət yetirir. 

Onun təşəbüsü ilə “Qızıl  əskər sarayı”nda Azərbaycan bölməsi 

təşkil olunur. Bölmənin vəzifəsi respublikanın rayonlarında xalq 

müğənni və ifaçılarını aşkar etmək idi. 

1937-ci ildə Zülfüqar Hacıbəyov Azərbaycan estradasına bə-

dii rəhbər vəzifəsinə  dəvət olunur və burada onun təşkilatçılıq 

bacarığı üzə çıxır. 

Z.Hacıbəyov musiqi sənətinin bir çox janrlarında əsərlər yara-

dır, musiqi-təbliğatçılıq fəaliyyətilə  məşğul olur. Zülfüqar bəy 

simfonik musiqi sahəsində  də gücünü sınamışdır. 1932-ci ildə 

“Kölə qadınların rəqsi” adlı kiçik bir simfonik pyes bəstələmişdir. 



 

249 


Zülfüqar Hacıbəyov oğlu-bəstəkar və dirijor SSRİ Xalq ar-

tisti Niyazi

1

 ilə birlikdə görkəmli Azərbaycan yazıçı-dramaturqu 



C.Cabbarlının pyesi əsasında 1936-cı ildə çəkilmiş “Almaz” ki-

nofilminə musiqi yazmışdır. 

Z.Hacıbəyov Zakir Bağırovla birgə Azərbaycanda Sovet ha-

kimiyyəti qurulmasının 30 illiyinə həsr olunmuş kantata yaradır. 

Bəstəkarın şəxsi arxivində “Onda elə, indi belə”, “Yarış”, “Kişi-

də sevgi bir olar”, “Evlənirəm”, “Mən ağlaram, o gülər”, “Biça-

rə Xavər”, “Məşədi Xudunun məişət həyatı” adlı operettaların 

librettoları  və musiqi eskizləri tapılmışdır. Onun son əsərlərin-

dən biri də fortepiano ilə simfonik orkestr üçün yazdığı “Azər-

baycan qadınının rəqsi”dir. Bəstəkarın arxivində onun Nizami-

nin “İsgəndərnamə” poemasının motivləri əsasında Abdulla Şai-

qin yazdığı librettoya “Nüşabə” operası üzərində işlədiyini gös-

tərən çoxlu material qalmışdır “Nüşabə” operasının musiqi ma-

terialı bəstəkarın böyük yaradıcılıq planları olduğunu sübut edir. 

Z.Hacıbəyovun əsərləri geniş dinləyici auditoriyasının rəğbə-

tini qazanmışdır. 

Sovet hökuməti Z.Hacıbəyovun Azərbaycan musiqi mədə-

niyyətinin inkişafındakı xidmətini yüksək qiymətləndirmişdir. 

O, 1944-cü ildə “Qafqazın müdafiəsinə görə”, 1945-ci ildə “Bö-

yük Vətən müharibəsində  rəşadətli  əməyə görə” medalları, 

1946-cı ildə incəsənət sahəsində  məhsuldar fəaliyyətinə görə 

“Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 

Bəstəkara incəsənət sahəsində  səmərəli fəaliyyətinə görə 

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri 

adı verilmişdir. 

Saysız-hesabsız musiqi materialları, yarımçıq qalmış  işləri 

göstərir ki, bəstəkar ömrünün son illərində belə, maraqlı və ge-

niş yaradıcılıq planları ilə yaşayırmış. 

Zülfüqar Hacıbəyov 1950-ci ildə sentyabrın 30-da vəfat et-

mişdir. Onun adı Azərbaycan musiqi mədəniyyətinin tarixində 

özünəməxsus yer tutur. 

                                                 

1

 Zülfüqar Hacıbəyovun oğulları da musiqiçi olmuşlar. Bir oğlu Niyazi gör-



kəmli Az. dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, o 

biri oğlu Çingiz  Hacıbəyov tanınmış dirijor, Az. SSR Əməkdar artisti olmuşdur. 




 

250


 

 

II fəsil  

 

Musiqili komediyaları 

 

Üzeyir Hacıbəyli Azərbaycan musiqili komediyasının yaran-

masında başlıca rol oynamışdır. Komediya janrı Üzeyir Hacıbəyli 

üçün öz dövrünün bir çox qüsurlarını – feodal-patriarxal məişəti-

nin satqınlığını, riyakarlığını və s. qamçılamaq üçün gözəl bir va-

sitə idi. İnqilaba qədər yaranmış musiqili komediyalar bu gün də 

geniş xalq kütlələri tərəfindən sevilir və böyük rəğbətlə qarşılanır. 

Hamı üçün anlaşılan musiqi, həqiqi demokratizm Azərbaycanda 

musiqili komediya janrının gələcək inkişafını təmin etdi. 

Üzeyir Hacıbəylinin ilk musiqili-səhnə əsərləri kimi, Zülfü-

qar Hacıbəyovun da ilk yaradıcılıq addımları Azərbaycanda mu-

siqili səhnə janrının yaranmasına təkan verdi. Tezliklə Üzeyir 

Hacıbəylidən sonra onun böyük qardaşı Zülfüqar Hacıbəyov da 

musiqili komediya janrına müraciət etdi. 

 

 

 



Hacıbəyov qardaşlarından ibarət müdiriyyət. Bakı. 

1918-1919-cu il mövsümü. 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə