Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə83/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   79   80   81   82   83   84   85   86   ...   168

 

272


Operanın birinci pərdəsi aşıq Qəribin evində vaqe olur. O, 

yuxuda görür ki, şahın gözəl qızı Şahsənəmə rast gəlmiş və ona 

vurulmuşdur. Dərviş Qəribə sevgi camı verir.  

Mahiyyət etibarilə birinci səhnə hadisənin başlanğıcıdır. 

Qəhrəmanların taleyini yuxu vasitəsilə qabaqcadan xəbər ver-

mək xalq dastanları üçün səciyyəvi mövzudur. 

Bu səhnə rəmzi cəhətdən (“Məhəbbət aşıq üçün əzablı yolla-

rı da işıqlandırır”) xor parçasında və dərvişin solo muğam ifasın-

da öz təcəssümünü tapmışdır. 

Yuxarıda qeyd edildiyi kimi, hər iki parçada Füzuli qəzəlin-

dən istifadə olunmuşdur. Xor muğamın (“Bayatı-qacar”) təsnifi 

kimi qavranılır. Xorun musiqisi bütövlükdə xalq mahnısı ruhun-

da yazılmışdır. Onun əsasını dəfələrlə təkrar olunan və ya bir qə-

dər dəyişilən melodiya təşkil edir. Səhnənin məzmununu xor 

parçasında canlandırmağa çalışan bəstəkar onun bölmələrindən 

birinə reçitativ-deklamasiya ünsürü əlavə etmişdir. 

Xor parçaları ilə Qəribin qəm-qüssəli solo partiyalarında bə-

dii məzmun oxşarlığına diqqət yetirək.Yuxudan oyanan Qərib 

Şahsənəmə olan hisslərinin təsiri altındadır. Orkestrdə Aşıq Qə-

ribin mövzusu səslənir, nəqərat arasında isə  Qəribin vokal im-

provizasiyası 

 “Bayatı-qacar” səslənir. 



 

 

Çox keçmədən səhnədə Qəribin anası, bacısı dostları görünür. 



Qəribdən xahiş edirlər ki, nə baş verdiyini söyləsin. Qərib yuxuda 


 

273 


gördüyü qız haqqında danışır və onu unuda bilmədiyini söyləyir. 

Xorun musiqisi həyəcanlı və səmimi səslənir, melodiyası zərifdir. 

Bəstəkar muğamları  hər səhnənin bədii-emosional məzmuna 

uyğun olaraq seçmişdir. Bu səhnədə Qəribin həyəcan və iztirabını 

“Kəsmə” şikəstə açır. Qəribin dostları ona təsəlli vermək, sakitləş-

dirmək istəyirlər, ancaq onların bütün cəhdlərinə hədər gedir. “Səbr 

et, aşiq, sən qəm yemə” xoru melodikdir. Xor lirik xalq mahnıları 

ruhunda yazılmışdır. Gözəl, ifadəli, rəvan və ahəngdardır. Lirik 

Azərbaycan mahnılarının  əksəriyyəti kimi, o da “si” tonikalı 

“Segah” məqamında səslənir və melodiyaya şən, şux xarakter verir. 

 

Melodiyanın quruluşu diqqəti cəlb edir. Birinci cümlədə əsas 



tonun kvintası (re) bərqərardır.

1

  İkincinin  əvvəli birinci ilə ox-



şardır, sonra isə tonikaya “si” eniş başlanır. Göstərilən cümlələ-

rin kvadrat-şəkilli quruluşunu qeyd etməliyik. Beləliklə, burada – 

mahiyyət etibarilə birinci cümlənin bitməmiş, ikinci isə bitmiş 

kadensiya ilə başa çatdığı mərhələnin ən adi klassik forması ya-

ranır. Bundan sonra Qəribin Şahsənəmə məhəbbətini ifadə edən 

kupletləri gəlir. Xor parçaları ilə Qəribin sonsuz kədərini, dərdi-

ni bildirən solo partiyaları  bədii məzmun oxşarlığına malikdir. 

Kupletlərində isə onun Şahsənəmə olan sevgisi ifadə olunur. 

Onların musiqisi şux və həyəcanlıdır (“segah” məqamı), qəhrə-

manın öz sənətinə inamının təcəssümüdür. Kupletlərin melodi-

yası “Xumar oldum” lirik xalq mahnısını xatırladır. Xalq melo-

                                                 

1

 Üzeyir Hacıbəyovun terminologiyası. 




 

274


diyalarının işlənməsi üsulları operada həmişə eyni deyildir. Bəzi 

hallarda bəstəkar xalq melodiyalarına sadə oxşatma ilə kifayətlənir. 

 

 

 



Lakin xalq melodiyası aram və uzun ölçülüdür. Onun opera-

dakı variantı 6/8 rəqs ritmi ilə  fərqlənir; bu da kupletləri daha 

canlı edir. 

Məlum olduğu kimi, rəqssayağılıq aşıq sənətinə xas olan cə-

hətdir (aşıqlar hətta oxuya-oxuya rəqs də edirlər) və buna görə 

də mövzunun rəqs xarakteri Qəribin aşıq simasına uyğun gəlir. 

Maraqlıdır ki, onun kupletləri aşıq mahnıları üçün səciyyəvi 

olan sonluqla bitir. 

 

 



 

275 


Növbəti səhnə epizodunda Qərib anası ilə bacısından xahiş 

edir ki, onun gözəl  Şahsənəmi axtarmağa getməsinə icazə ver-

sinlər. Qəhrəmanın partiyasında yenidən zərbi-muğam səslənir 

və əvvəlki kimi nəqərat rolunu oynayır. Muğam solosu ilə birin-

ci pərdə başa çatır.  

Birinci pərdənin ikinci şəklindəki hadisələr Tiflisdə baş ve-

rir. Kiçik bir antrakt səslənir. Onun musiqisi dalğın və kədərli-

dir. Bu musiqinin əsası ifadəli kvarta-kvinta oxuma motivlərin-

dən ibarətdir. Melizmlərlə  bəzədilən bu motivlər xüsusilə  aşıq-

sayağı səslənir. 

 

 

 



 

Antrakt, sevgilisini axtaran aşığın əhvali-ruhiyyəsini əks et-

dirən epiqrafdır. Burada bəstəkar yeni səhnə hadisələrinin baş 

verəcəyi şəraiti də canlandırır. 

Pərdə açılır. Mahmudun balaca çayxanası adamla doludur. 

Kimi çay içir, kimi qəlyan çəkir, kimi də nərd oynayır. Aşıq Və-

li sazda çalır, oxuyur, rəqqasə Qara qız isə rəqs edir. Bu, “Aşa-

ram Dağıstanı sənin əlindən, ay gəlin” xalq melodiyası üzərində 

qurulmuş mahnıdır. Aşıq Qərib anası və bacısı ilə çayxanaya ya-

xınlaşır. Çayçı onları görüb çaya qonaq olmağa çağırır. Qəribin 

Təbrizdən olduğunu eşidib bu gözəl  şəhər haqqında danışmağı 

ondan xahiş edir. Aşıq öz sevgilisini, doğma diyarını mədh edə-

rək oxuyur. Adətən, toy məclislərində ifa olunan “Qarabağ  şi-

kəstəsi” zərbi-muğamın “Orta zabul” bölməsi səslənir. Hamı 

Qəribə gözəl oxuduğuna görə təşəkkür edir və tezliklə çayxana 

boşalır. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə