Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə85/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   81   82   83   84   85   86   87   88   ...   168

 

281 


illər  ərzində yaranmış  ənənəvi musiqi quruluşu ilə xalq mahnı 

formalarının uyğunlaşdırılması yolunda ilk cəhdlərdən biridir. 

Üçüncü pərdənin ikinci şəkli  Ərzurum paşasının sarayında 

vaqe olur. Saray dəbdəbəsi, təntənəsi təsvir olunur ki, bu da pa-

şanın yaxın adamlarının “Salam olsun, böyük Elxan” xoru ilə 

başlayır. Kiçik orkestr müqəddiməsində  təntənəli mövzu səslə-

nir. Xorun musiqisi  də bu xarakterdədir. Ona üçlü marşsayağı 

ritmi, xalq mahnı materialından fərqli olaraq ornamental motiv-

lərsiz və müxtəlif melizmlərsiz bəzək-düzəksiz sadə melodiya 

səciyyəvidir. O, xalq məişətinə yad olan saray həyatını əks etdirir. 

 

Formasına görə xor kupletlidir. Hər kuplet nəqəratla bitir. 



Nəqərat üçün ayrı-ayrı  səslərin təkrarında və ritmin ağırlığında 

öz əksini tapan deklamasiyasayağılıq səciyyəvidir. 

Sonra hərəm qızların öz zərifliyi, məlahəti ilə diqqəti cəlb 

edən lirik rəqs musiqisi səslənir. 

Bu kolorit Qəribin yad ölkədə olduğunu nəzərə çarpdırır. 

Xor və  rəqs sarayın dəbdəbəli, mənasız həyatını  təsvir edir. 

Aşıqların 

 Səlimlə Qəribin deyişməsi başlanır. Bu səhnə “Ma-



ani” zərbi muğamına  əsaslanır. Burada Qəribin qələbəsi  əsərin 

xoşbəxt sonluqla qurtaracağına ümid oyadır. Aşıqların hər biri 

“Maani” zərbi muğamının dörd bəndini oxuyurlar. Orkestrin 

müşayəti ilə “Şüştər” muğamından rəng çalınır. Aşıq Qərib de-

yişmədə üstün gəlir. Paşa bu münasibətlə onu təbrik edir. 

Bu zaman nökər Şahsənəmin xahişilə onun sevgilisini axta-

ran Mahmud paşanın yanına gətirir. Mahmud yeddi il əvvəl Tif-

lisi tərk etmiş Aşıq Qəribi tapmaqda ona kömək əlini uzatmağı 

paşadan xahiş edir. Söhbətin kimin haqqında getdiyini başa dü-



 

282


şən Paşa qalib gəlmiş aşığı göstərir. Orkestr yenidən Qərib möv-

zusunu çalır. Qərib sazı əlinə alır və doğma diyarı, sevgilisi haq-

qında oxuyur (“Qərib” mövzusu). 

Hamı paşadan xahiş edir ki, aşığı vətəninə buraxsın. “Ey əfən-

dim, sən rəhm et aşiqə” xoru səslənir. Bu parçada yalvarış intonasi-

yalı kiçik motivlərin tez-tez təkrar olunması diqqəti cəlb edir. 

“İzin ver” sözlərində təkidlə xahiş səslənir. 

 

 



 

Paşa Qəribə qırx kisə qızıl verib onu buraxır hökmdarı mədh 

edən “Yaşa səni, yaşa, paşam” xoru səslənir. Musiqi şux və 

gümrah ruhludur. Bəstəkar məişəti təsvir edən epizodlarla qəhrə-

manların psixoloji vəziyyətini ifadə edən musiqili epizodları bir-

birindən ayırır. 

 

 



 

283 


Bu pərdənin başlanğıc xoru kimi, bu xor da marşsayağıdır, 

intonasiyaların aydınlığı ilə  fərqlənir. Öz xarakterinə görə o, 

“Heyratı” zərbi muğamın nəqəratını xatırladır. Bu mövzu paşa-

nın mərd, cəsur hərəkətinə uyğun gəlir. 

 

Dördüncü pərdənin birinci şəkli dinləyicinin diqqətini yenidən 



Tiflisə cəlb edir. Şahsənəm yas paltarında Qəribgilə gəlir. Şahvə-

lədlə toyundan əvvəl o, son dəfə sevgilisinin anası və bacısı ilə gö-

rüşmək istəyir. Hüznlü “Şüştər” muğamı səslənir. Şahsənəm Qərib 

üçün göz yaşları tökür. Qəribin, anasının və bacısının “Saldı əcəb 

məni, gör necə halda ağlaram” ansamblı kədərlə səslənir. 

Şahsənəm ürəyi dərdli gedir. Bu səhnənin dramaturji əhə-

miyyəti çox mühümdür. Bu obrazda hüquqsuz şərq qadının tale-

yi öz ümumiləşdirilmiş təcəssümünü tapmışdır. 

Qəribin səmimi mahnısı eşidilir (“Kəsmə şikəstə” ritmik mu-

ğamı). Paltarını dəyişmiş Qərib Mahmudun müşayiəti ilə doğma 

evinin yanında görünür. Ana-bacısından qəm-qüssələrinin 

səbəbini soruşur. Bacısı başlarına gələni danışır. Bu zaman aşıq 

oxuya-oxuya qəriblikdə keçirdiyi günlərdən danışır. Qadınlar 

çoxdan yolunu gözlədikləri Qəribi tanıyırlar. Anasının kor ol-

muş gözləri açılır. Bu isə səhnəni nağıl janrına yaxınlaşdırır. 

Dördüncü pərdə, ikinci şəkil – Şahvələdin evi toy təntənəsi. 

Bu pərdədəki hadisələr iki planda inkişaf edir; bir tərəfdən dəb-

dəbəli toy məclisi təsvir olunur – rəqslər, təntənəli xorlar səslə-

nir, digər tərəfdən  Şahsənəmin obrazı bütün bu təntənəyə qarşı 

qoyulur. “Qatar” muğamı qızın hiss və həyəcanlarını, dərin kə-

dərini ifadə edir. 

Şahvələdin evində toy məclisi davam edir. Kiçik balet diver-

tismenti. Musiqidə ləzgihəngi ritmləri eşidilir. Gəlini (Şahsənəmi) 

gətirirlər. Aşıq Vəli bəylə  gəlini tərif edərək oxuyur (“Qatar” 




 

284


muğamı). Qonaqlar aşığın səsinə səs verirlər. Qızlar gəlinin ət-

rafında rəqs edirlər. Şahsənəmin partiyasında qızın qəm-qüssəsi-

ni ifadə edən “Qatar” muğamı səslənir.  

Səhnə arxasından Qəribin səsi eşidilir (“Qatar” -zil). Onun im-

provizasiyası Qatar muğamının gərgin yuxarı kulminasiya reqisti-

rində ahu-zar kimi səslənir.  O,  öz  sevgilisini itirməkdən qorxur. 

Tezliklə aşıq toyda görünür. Şahvələdlə Güloğlan arasındakı reçita-

tiv dialoq həyəcanlı, əsəbi xarakter daşıyır. Əslində bu, iki partiya-

ya bölünmüş bir melodiyadır. O, pərdəvarı melodik parçalarla gah 

yüksələn, gah da enən qırıq-qırıq, həyəcanlı kiçik cümlələrdən iba-

rətdir. Şahvələd başa düşür ki, öz nökəri onu aldatmışdır. 

Orkestrdə  Qərib mövzusu şən səslənir. Aşıq Qəriblə  Şahsə-

nəmin geniş muğam səhnəsi başlanır (“Bayatı-qacar” muğamı). 

“Yaşayın, yaşayın siz” xoru Qəriblə Şahsənəmin sədaqətli sev-

gisini tərənnüm edir. Bu parçanın melodiyası toydakıların  şən 

əhvali-ruhiyyəsini bildirən kiçik motivlərdən ibarətdir. 

Opera ümumi şadyanalıqla başa çatır. 

 

Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası Azərbaycan bəstə-



karlarının yaradıcılığına yeni cərəyan gətirdi. Başqa muğam opera-

larından fərqli olaraq bu əsər daha şən, lirik əhval-ruhiyyədədir. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə