292
Şövkət xanım həmin nümunələri öz repertuarına daxil edə-
rək, konsertlərdə böyük zövqlə ifa edirdi. Sonradan bu mahnıları
R.Qliyer operada Şahsənəmin partiyasında istifadə etmişdir.
Bu haqda R.Qliyer yazırdı: “Azərbaycan xalq musiqisi ilə
mənim tanışlığım hələ 1918-ci ildən, gözəl Azərbaycan müğən-
nisi ilə görüşdüyüm vaxtdan başladı. O, məni Azərbaycan folk-
lorunun ecazkar, rəngarəng, yüksək poetik, insanı həqiqi bədii
dəyəri ilə heyrətləndirən nümunələri ilə tanış etdi”
1
.
1923-cü ildə Şövkət Məmmədovanın təşəbbüsü ilə Xalq Ko-
missarları sovetinin dəvətilə R.M.Qliyer musiqi folkloru əsasın-
da opera yazmaq məqsədilə Azərbaycana gəlir və böyük həvəslə
nu həm klаssik, həm də muğаm оpеrаlаrındа çıхış еdən bir sırа qаdın müğən-
nilər bitirib, səhnəyə gəlmişdilər. İlk dəfə bu texnikumu bitirən qadın sənət-
kar isə məşhur opera müğənnisi Fatma Qədri olmuşdur.
Ş.Məmmədova həmçinin, 1945-ci ildən ömrünün sоnunа kimi Аzərbаy-
cаn Dövlət Kоnsеrvаtоriyаsının vоkаl kаfеdrаsının prоfеssоru kimi fəaliyyət
göstərmiş, 1946-1950-cı illərdə isə vokal kafedrasının müdiri vəzifəsində ça-
lışmışdır.
1921-ci ildə yаrаdılmış Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsının vоkаl-
sоlо охumа və оpеrа hаzırlığı kаfеdrаsı rеspublikаdа vоkаlçı kаdrlаr hаzırlа-
yаn əsаs bаzа оlmuşdur. Burada, həm Rusiyadan dəvət olunmuş vokalçı pe-
daqoqlar, həm də onların yetişdirdiyi kadrlar çalışırdılar. Ş.Məmmədоvа kon-
servatoriyada böyük vоkаlçılаr nəsli hаzırlаmışdır. Tаnınmış müğənnilərdən
M.Maqomayev, N.Raqulina, L.Platonova, Q.Zaxarova onun sinfində təhsil
almışlar.
Hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Ope-
ra studiyası Şövkət Məmmədovanın adını daşıyır. Şövkət xanım həm də məş-
hur teatr xadimi idi. O, 1939-1945-ci illərdə Azərbaycan Dövlət Opera və Ba-
let Teatrının direktoru olmuşdur. 1945-ci ildə təsis edilmiş Azərbaycan Teatr
Cəmiyyətinin ilk sədri də Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə
qədər çalışmışdır. Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri
İttifaqı adlanır.
Azərbaycanda ilk not nəşriyyatı da Ş.Məmmədovanın təşəbbüsü ilə yara-
dılmışdır. Burada 1927-ci ildə Ü.Hacıbəylinin və M.Maqomayevin not yazı-
ları əsasında “Azərbaycan türk el nəğmələri” adlı ilk məcmuə nəşr olunur.
1925-ci ildə Fransada musiqi valları buraxılan ilk azərbaycanlı qadın müğən-
ni məhz Ş.Məmmədova olmuşdur.
Şövkət Məmmədova 8 iyun 1981-ci ildə Bakıda vəfat etmişdir.
1
Глиэр Р.М. Творческий синтез. Газета “Советская литература”, № 4,
1936 г.
293
işə başlayır. Opera üçün Şərq xalqları arasında məşhur olan
“Aşıq Qərib” dastanının variantlarından biri seçilir.
R.Qliyer yazırdı: “Şərq həmişə çoxlu nağılların beşiyi ol-
muşdur. Üslubuna görə rəngarəng, aydın süjet xəttinə və ictimai
fikrə malik, bədii cəhətdən tamlığı ilə seçilən bu nağıllar təmiz,
zahiri effektlə deyil, həqiqi Şərqlə maraqlanan hər kəs üçün hə-
mişə əsl sərvət olmuşdur”
1
.
Azərbaycan aşıq yaradıcılığında əbədi məhəbbət dastanların-
dan biri olan Aşıq Qərib və Şahsənəm haqqında dastan xalq ara-
sında çox sevilir. Təxminən XVI-XVII əsrə aid edilən bu dastan
aşıq yaradıcılığında nəsildən-nəslə keçmiş, onun çoxsaylı vari-
antları meydana gəlmişdir.
Dastanın mövzusu Azərbaycan xalq musiqi yaradıcılığına da
sirayət etmişdir. Belə ki, sönməz və sədaqətli məhəbbət iki se-
vən aşiqin nə qədər iztirablardan və sınaqlardan sonra əldə et-
dikləri ən böyük nemət kimi təsvir olunaraq, bir sıra əsərlərin
əsasını təşkil edir. Aşıq Qərib haqqında dastan digər Şərq xalq-
larının yaradıcılığında da geniş yayılmışdır, onun gürcü, özbək,
türkmən variantları mövcuddur.
“Aşıq Qərib” dastanı dahi rus şairi M.Lermontovu eyni möv-
zuda poema-nağıl yaratmağa ruhlandırmışdır. Həmçinin, bu sü-
jet əsasında bir sıra opera və balet əsərləri meydana gəlmişdir.
1916-cı ildə Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəyov bu
dastanın motivlərindən istifadə edərək, muğam operaları ənənə-
sində “Aşıq Qərib” operasını bəstələmiş və əsər həmin ildə Ba-
kıda tamaşaya qoyulmuşdur.
Ümumiyyətlə, bu mövzuda yazılmış operaların librettoları ilə
ilkin mənbə arasında fərqlər özünü göstərir. Əsas fərq dastanın baş-
lanğıcı ilə, dastanlar üçün səciyyəvi olan qəhrəmanın yuxuda “bu-
ta” alması, yəni sevgilisini yuxuda görüb, onun eşqi ilə aşıqlıq et-
məsi ilə bağlıdır. Bu cəhəti “Aşıq Qərib” dastanında da görürük.
1
Глиэр Р.М. Подлинный Восток. Сборник “Декада азербайджанско-
го искусства в Москве”, 1939, с. 7.
294
II fəsil
R.M.Qliyerin “Şahsənəm” operası
R.M.Qliyer Azərbaycana klassik tipli operanın yaradılması
üçün dəvət olunmuşdu və onun Azərbaycan folkloruna əsaslana-
raq bəstələdiyi “Şahsənəm” operası musiqi mədəniyyəti tarixin-
də mühüm rol oynadı.
R.Qliyerin “Şahsənəm” operası Azərbaycanda klassik operanın
yaranması dövrünün ilk təşəbbüslərindən biri olaraq, Azərbaycan
bəstəkarlarının da bu sahədəki yaradıcılığına təkan vermiş, Müs-
lüm Maqomayevin “Nərgiz”, Üzeyir Hacıbəylinin “Koroğlu” kimi
milli klassik operalar üçün müəyyən zəmin yaratmışdır.
Bu dastan, Təbrizdə yaşayan, kasıb bir oğlan olan Rəsul haq-
qındadır. Təbiət ona gözəl səs və şairlik istedadı vermişdir.
Lakin bir gün Rəsulun gördüyü qəribə yuxu onun bütün həyatını
dəyişir. O, yuxuda möhtəşəm bir bağça və burada toplaşan
qızların içərisində gözəl Şahsənəmi görür. Onun yanında daya-
nan dərviş deyir: “Rəsul, bu qız Tiflis zadəganı Şahsənəmdir,
mən onu sənə verdim”. Oyandıqdan sonra Rəsul nəyin bahasına
olursa-olsun yuxuda vurulduğu qızı tapmağa qərar verir. O, ana-
sı və bacısı ilə Tiflis şəhərinə yola düşür, burada onu Aşıq Qərib
(Aşıq – eşq, sevən aşiq, Qərib – başqa ölkədən gəlmiş kimi təfsir
oluna bilər) adlandırırlar.
Dastanın bu hissəsi librettoya daxil olmamışdır. Sonrakı sü-
jet xəttində də dəyişikliklər vardır.
Şahsənəmin atası varlı bir şəxs olan Bəhram bəy qızına görə
Qəribdən yeddi kisə qızıl tələb edir. Qərib bundan məyus olaraq,
sevgilisi ilə vidalaşır və var-dövlət əldə etmək ümidi ilə yola dü-
şür. Bu vaxt Şahsənəmin atası qızına Qəribin öldüyünü xəbər
verir və onu varlı əsilzadə olan Şahvələdə nişanlayır. Toy günü
Qərib gəlib çıxır və sevgilisini istəmədiyi nigahlanmadan qurta-
raraq, ona qovuşur.
Demək olar ki, operada hadisələrin inkişafı məhz Qəriblə
Şahsənəmin görüşü səhnəsindən başlanır, daha sonra Bəhram
bəyin müdaxiləsi ilə davam edir. Lakin operada, dastandan fərqli
Dostları ilə paylaş: |