Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə88/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   84   85   86   87   88   89   90   91   ...   168

 

292


Şövkət xanım həmin nümunələri öz repertuarına daxil edə-

rək, konsertlərdə böyük zövqlə ifa edirdi. Sonradan bu mahnıları 

R.Qliyer operada Şahsənəmin partiyasında istifadə etmişdir.  

Bu haqda R.Qliyer yazırdı: “Azərbaycan xalq musiqisi ilə 

mənim tanışlığım hələ 1918-ci ildən, gözəl Azərbaycan müğən-

nisi ilə görüşdüyüm vaxtdan başladı. O, məni Azərbaycan folk-

lorunun ecazkar, rəngarəng, yüksək poetik, insanı  həqiqi bədii 

dəyəri ilə heyrətləndirən nümunələri ilə tanış etdi”

1



1923-cü ildə Şövkət Məmmədovanın təşəbbüsü ilə Xalq Ko-



missarları sovetinin dəvətilə R.M.Qliyer musiqi folkloru əsasın-

da opera yazmaq məqsədilə Azərbaycana gəlir və böyük həvəslə 

                                                                                                         

nu həm klаssik, həm də muğаm оpеrаlаrındа çıхış еdən bir sırа qаdın müğən-

nilər bitirib, səhnəyə gəlmişdilər. İlk dəfə bu texnikumu bitirən qadın sənət-

kar isə məşhur opera müğənnisi Fatma Qədri olmuşdur.  

Ş.Məmmədova həmçinin, 1945-ci ildən ömrünün sоnunа kimi Аzərbаy-

cаn Dövlət Kоnsеrvаtоriyаsının vоkаl kаfеdrаsının prоfеssоru kimi fəaliyyət 

göstərmiş, 1946-1950-cı illərdə isə vokal kafedrasının müdiri vəzifəsində ça-

lışmışdır.  

1921-ci ildə  yаrаdılmış  Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsının vоkаl-

sоlо охumа və оpеrа hаzırlığı kаfеdrаsı rеspublikаdа vоkаlçı kаdrlаr hаzırlа-

yаn əsаs bаzа оlmuşdur. Burada, həm Rusiyadan dəvət olunmuş vokalçı pe-

daqoqlar, həm də onların yetişdirdiyi kadrlar çalışırdılar. Ş.Məmmədоvа kon-

servatoriyada böyük vоkаlçılаr nəsli hаzırlаmışdır. Tаnınmış müğənnilərdən 

M.Maqomayev, N.Raqulina, L.Platonova, Q.Zaxarova onun sinfində  təhsil 

almışlar.  

Hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Ope-

ra studiyası Şövkət Məmmədovanın adını daşıyır. Şövkət xanım həm də məş-

hur teatr xadimi idi. O, 1939-1945-ci illərdə Azərbaycan Dövlət Opera və Ba-

let Teatrının direktoru olmuşdur. 1945-ci ildə təsis edilmiş Azərbaycan Teatr 

Cəmiyyətinin ilk sədri də Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə 

qədər çalışmışdır. Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri 

İttifaqı adlanır.  

Azərbaycanda ilk not nəşriyyatı da Ş.Məmmədovanın təşəbbüsü ilə yara-

dılmışdır. Burada 1927-ci ildə Ü.Hacıbəylinin və M.Maqomayevin not yazı-

ları  əsasında “Azərbaycan türk el nəğmələri” adlı ilk məcmuə  nəşr olunur. 

1925-ci ildə Fransada musiqi valları buraxılan ilk azərbaycanlı qadın müğən-

ni məhz Ş.Məmmədova olmuşdur. 

Şövkət Məmmədova 8 iyun 1981-ci ildə Bakıda vəfat etmişdir. 

1

 Глиэр Р.М. Творческий синтез. Газета “Советская литература”, № 4, 



1936 г. 


 

293 


işə başlayır. Opera üçün Şərq xalqları arasında məşhur olan 

“Aşıq Qərib” dastanının variantlarından biri seçilir.  

R.Qliyer yazırdı: “Şərq həmişə çoxlu nağılların beşiyi ol-

muşdur. Üslubuna görə rəngarəng, aydın süjet xəttinə və ictimai 

fikrə malik, bədii cəhətdən tamlığı ilə seçilən bu nağıllar təmiz, 

zahiri effektlə deyil, həqiqi Şərqlə maraqlanan hər kəs üçün hə-

mişə əsl sərvət olmuşdur”

1



Azərbaycan aşıq yaradıcılığında əbədi məhəbbət dastanların-

dan biri olan Aşıq Qərib və Şahsənəm haqqında dastan xalq ara-

sında çox sevilir. Təxminən XVI-XVII əsrə aid edilən bu dastan 

aşıq yaradıcılığında nəsildən-nəslə keçmiş, onun çoxsaylı vari-

antları meydana gəlmişdir. 

Dastanın mövzusu Azərbaycan xalq musiqi yaradıcılığına da 

sirayət etmişdir. Belə ki, sönməz və  sədaqətli məhəbbət iki se-

vən aşiqin nə  qədər iztirablardan və  sınaqlardan sonra əldə et-

dikləri  ən böyük nemət kimi təsvir olunaraq, bir sıra  əsərlərin 

əsasını təşkil edir. Aşıq Qərib haqqında dastan digər Şərq xalq-

larının yaradıcılığında da geniş yayılmışdır, onun gürcü, özbək, 

türkmən variantları mövcuddur.  

“Aşıq Qərib” dastanı dahi rus şairi M.Lermontovu eyni möv-

zuda poema-nağıl yaratmağa ruhlandırmışdır. Həmçinin, bu sü-

jet əsasında bir sıra opera və balet əsərləri meydana gəlmişdir.  

1916-cı ildə Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəyov bu 

dastanın motivlərindən istifadə edərək, muğam operaları ənənə-

sində “Aşıq Qərib” operasını bəstələmiş və əsər həmin ildə Ba-

kıda tamaşaya qoyulmuşdur.  

Ümumiyyətlə, bu mövzuda yazılmış operaların librettoları ilə 

ilkin mənbə arasında fərqlər özünü göstərir. Əsas fərq dastanın baş-

lanğıcı ilə, dastanlar üçün səciyyəvi olan qəhrəmanın yuxuda “bu-

ta” alması, yəni sevgilisini yuxuda görüb, onun eşqi ilə aşıqlıq et-

məsi ilə bağlıdır. Bu cəhəti “Aşıq Qərib” dastanında da görürük. 



 

 

                                                 

1

 Глиэр Р.М. Подлинный Восток. Сборник “Декада азербайджанско-



го искусства в Москве”, 1939, с. 7. 


 

294


II fəsil  

 

R.M.Qliyerin “Şahsənəm” operası 

 

R.M.Qliyer Azərbaycana klassik tipli operanın yaradılması 

üçün dəvət olunmuşdu və onun Azərbaycan folkloruna əsaslana-

raq bəstələdiyi “Şahsənəm” operası musiqi mədəniyyəti tarixin-

də mühüm rol oynadı. 

R.Qliyerin “Şahsənəm” operası Azərbaycanda klassik operanın 

yaranması dövrünün ilk təşəbbüslərindən biri olaraq, Azərbaycan 

bəstəkarlarının da bu sahədəki yaradıcılığına təkan vermiş, Müs-

lüm Maqomayevin “Nərgiz”, Üzeyir Hacıbəylinin “Koroğlu” kimi 

milli klassik operalar üçün müəyyən zəmin yaratmışdır.  

Bu dastan, Təbrizdə yaşayan, kasıb bir oğlan olan Rəsul haq-

qındadır. Təbiət ona gözəl səs və  şairlik istedadı vermişdir. 

Lakin bir gün Rəsulun gördüyü qəribə yuxu onun bütün həyatını 

dəyişir. O, yuxuda möhtəşəm bir bağça və burada toplaşan 

qızların içərisində gözəl Şahsənəmi görür. Onun yanında daya-

nan dərviş deyir: “Rəsul, bu qız Tiflis zadəganı  Şahsənəmdir, 

mən onu sənə verdim”. Oyandıqdan sonra Rəsul nəyin bahasına 

olursa-olsun yuxuda vurulduğu qızı tapmağa qərar verir. O, ana-

sı və bacısı ilə Tiflis şəhərinə yola düşür, burada onu Aşıq Qərib 

(Aşıq – eşq, sevən aşiq, Qərib – başqa ölkədən gəlmiş kimi təfsir 

oluna bilər) adlandırırlar.  

Dastanın bu hissəsi librettoya daxil olmamışdır. Sonrakı sü-

jet xəttində də dəyişikliklər vardır.  

Şahsənəmin atası varlı bir şəxs olan Bəhram bəy qızına görə 

Qəribdən yeddi kisə qızıl tələb edir. Qərib bundan məyus olaraq, 

sevgilisi ilə vidalaşır və var-dövlət əldə etmək ümidi ilə yola dü-

şür. Bu vaxt Şahsənəmin atası  qızına Qəribin öldüyünü xəbər 

verir və onu varlı əsilzadə olan Şahvələdə nişanlayır. Toy günü 

Qərib gəlib çıxır və sevgilisini istəmədiyi nigahlanmadan qurta-

raraq, ona qovuşur.  

Demək olar ki, operada hadisələrin inkişafı  məhz Qəriblə 

Şahsənəmin görüşü səhnəsindən başlanır, daha sonra Bəhram 

bəyin müdaxiləsi ilə davam edir. Lakin operada, dastandan fərqli 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə