Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə96/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   92   93   94   95   96   97   98   99   ...   168

 

318


 

 

II fəsil 

 

Vokal əsərləri 

 

Asəf Zeynallının yaradıcılığında onun romansları xüsusi mər-



hələni təşkil edir. Qısa yaradıcı  həyatı  ərzində  bəstəkar romans 

janrına tez-tez müraciət etmiş, sadə, lakonik formada onu narahat 

edən mövzuları, dövrün və ölkənin problemlərini ifadə etməyi 

bacarmışdır. Bəstəkar səs üçün kifayət qədər  əsərlər yazmışdır: 

romanslar – “Ölkəm”, “Sual”, “Seyran”

1

, “Çadra”



2

, “Sərhədçi” 

(aşağı səs üçün); mahnılar 

 “Qızıl bayraq”, “10 il”, “Araz” (for-



tepiano üçün duet): xalq mahnılarının işləmələri 

 “Səndən mənə 



yar olmaz”, “Sarı gəlin”, “O qara qaşlar” (orkestrlə səs üçün), or-

kestrlə xor üçün “Şikəstə”.

  

Romansların mövzu dairəsi çox müxtəlifdir, vətənpərvərlik 



çağırışından tutmuş (“Seyran”, “Ölkəm”, “Sərhədçi”), ən incə li-

rikayadək (“Sual”, “Səndən mənə yar olmaz”). Bu əsərlər bəstə-

karı narahat edən müxtəlif məsələlərin geniş diapazonunu əhatə 

etmiş, onun çoxtərəfli maraqlarını açıb göstərmişdir.  

Zeynallının vokal əsərlərinin mətnlərini müxtəlif müəlliflər 

yazmışdır və onlar sənətkarlıq baxımından C.Cabbarlının vətəni 

tərənnüm edən nəfis şeiriyatı ilə yanaşı, Stroqanovun orta səviy-

yəli 


 “Rus şairinin türk qızına müraciəti” (“Çadra”) şeiri və ya 

şair A.Tahirovun plakat tipli şeirinə yazılmış “Seyran” romansı 

da var. 


                                                 

1

 “Seyran” (sözləri Tahirovun, tərcüməsi B.Serebryakovundur), “Ölkəm” 



(sözləri C.Cabbarlının), “Sərhədçi” (sözləri R.Rzanın, tərcümə Serebryako-

vundur), “Sual” (sözləri xalqa məxsusdur, tərcümə Pançenkonundur), “Çad-

ra” (sözləri Q.Stroqanovun, tərcüməsi M.H.Təhmasibindir), “Səndən mənə 

yar olmaz” xalq mahnısının işlənmiş variantı, prof. L.M.Rudolfun redaksiyası 

ilə Azərnəşrin musiqi bölməsi tərəfindən 1934-cü ildə nəşr edilmişdir (musiqi 

bölməsinin müdiri H.Qacar). 

2

 “Çadra” müəllif tərəfindən başa çatdırılmamışdır, daha doğrusu son 9 



takt eskiz şəklində yazılmışdır, ona görə  də onun fortepiano müşayiəti 

redaksiya tərəfindən əhəmiyyətli dərəcədə dəyişdirilmişdir.  




 

319 


Bəzən bəstəkarın keyfiyyətinə xüsusi diqqət yetirmədiyi şeir-

lərə müraciət etməsi onun öz əsərlərində dövrün gündəlik zəruri 

problemlərinə münasibət bildirmək cəhdi ilə izah olunur.  

Şübhəsiz ki, A.Zeynallının istedadı, gözəl maraqlı musiqisi 

mətnin çatışmazlıqlarının arxa plana keşməsini şərtləndirir. Mə-

sələyə musiqi vasitəsilə öz münasibətini bildirmək cəhdi lirik 

ifadə tərzinə, mövzunun fərdi təfsirinə gətirib çıxarır. Bu da ari-

ozovarilik və digər komponentlərə malik romans və ya mahnı 

formalarında üzə  çıxır. Ona görə  də musiqi nəticə etibarilə öz 

bədii keyfiyyətlərinə görə mətni çox üstələyir.  

A.Zeynallının vokal əsərlərinin obraz dairəsini vətənpərvər-

liklə bağlı və lirik planlara bölmək olar. Lakin bəstəkarın yaradı-

cılığının maraqlı cəhəti ondadır ki, hər iki xətt bir-biri ilə sıx uz-

laşır. Məsələn, “Ölkəm” romansında vətənpərvərlik mövzusu ilə 

yanaşı peyzaj lirikasının obrazları da özünü göstərir. Burada və-

tənpərvərlik ideyası lirik əhval-ruhiyyə prizmasından keçərək,  

yeni emosional boyalarla aşılanır.  

Zeynallı romanslarının səciyyəvi cəhətlərindən biri onların 

janr rəngarəngliyidir. “Sərhədçi”

 –

 kiçik ballada, aşağı səs üçün 



təhkiyədir.

1

  



“Çadra”, “Ölkəm”, “Seyran”

  –


 gah Vətənə, gah Araz çayına, 

gah türk qızına (“Çadra”) müraciət formasında yazılan monoloq-

lardır. “Araz” mahnı-romans janrına aiddir “Səndən mənə yar ol-

maz”, “O qara qaşlar” xalq mahnılarının işləmələridir. Bunlardan 

bir qədər fərqlənən xor və orkestr üçün yazılan “Şikəstə” eyniadlı 

“Segah” ladının kiçik səciyyəvi intonasiya özəyinin işləməsidir.  

Janr mənsubiyyətindən asılı olaraq hər bir romansın öz xüsu-

siyyəti var. Məsələn, “Sərhədçi” romansının reçitativ xarakterli 

melodiyası ona təhkiyə tonu verir. Görünür, müəllif özü də mət-

nə o qədər ciddi riayət edir ki, musiqidə nitqin intonasiyaları, ça-

larları müəyyən qədər mexaniki şəkildə canlandırılır. Deyilənlə-

rin tam əksi olaraq “Ölkəm” romansı melodiklik baxımından ol-

duqca ifadəlidir. Burada olan reçitativ intonasiyalar üzvi və 

                                                 

1

 Abasova E.Ə., Q.A.Qasımov. Sovet Azərbaycanı musiqi sənətinin 



oçerkləri. 1970, s. 32. 


 

320


məntiqi şəkildə romansın olduqca ifadəli melodik xəttinə hörü-

lür. Bu romansda melodiya çox axıcıdır, aydın ifadə olunmuş 

ariozo cizgilərinə malikdir, “Sual” romansı da melodiyasına gö-

rə “Ölkəm” romansına yaxındır. 

 

 

 




 

321 


 

 

 



 

“Çadra” romansında melodik xəttin təhkiyəliliyi “Sərhəd-

çi”dəki təhkiyəlilikdən fərqlənir. 

Burada ikinci romansın melodiyasına xas olan kəskin sıçra-

yışlar, xromatizmlər yoxdur. Bununla belə, həmin melodiyada 

“Ölkəm” romansının  əsasını  təşkil edən mahnıvarilik yoxdur. 

“Sərhədçi”də müəyyən qədər simasız çox sadə, melodiya – he-

kayət var.  

Zeynallının romanslarındakı melodiyanın keyfiyyəti milli 

köklərlə birbaşa asılılıqdadır. Azərbaycan xalq musiqisinin mə-

qam xüsusiyyətlərinin az duyulduğu əsərlərdə musiqinin keyfiy-

yəti aşağıdır. Məsələn, “Sərhədçi” və “Çadra”da olduğu kimi. 

Birinci halda Azərbaycan musiqisi üçün səciyyəvi olmayan xro-

matizm, triton sıçrayışları romansı simasızlaşdırır.  

Fortepiano girişinin muğam xarakterinə baxmayaraq “Çad-

ra”da vokal melodiya milli musiqi nitqinin özünəməxsusluğunu 

kifayət qədər açmır. 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə