315
Bu ailə “konsert”ləri xüsusi musiqi keyfiyyətlərinə malik
olan Asəfə bədii təsir göstərmişdir. Hələ Dərbənddə yaşayarkən
Zeynallı, dərs proqramında müəyyən yeri musiqi dərsləri tutan,
realnı məktəbinə daxil olur. Burada Asəf trubada çalmağı öyrə-
nir və məktəb orkestrində iştirak edir.
Ancaq, Zeynallı ailəsinə Dərbənddə yaşamaq çətin olduğun-
dan onlar iş axtarmaq üçün 20-ci illərin əvvəllərində Bakıya kö-
çürlər. Asəf doqquzillik məktəbdə oxuyub, daha sonra hərbi
məktəbə daxil olur, məktəbin nəfəsli alətlər orkestrində çalır.
1923-cü ildə Zeynallını türk musiqi məktəbinə, truba sinfinə
qəbul edirlər. Gözəl musiqi istedadı, həssas qavrama qabiliyyəti
ilə Asəf müəllimlərin, xüsusən də onun əsas musiqi rəhbəri olan
Ü.Hacıbəylinin diqqətini özünə cəlb edir.
Tezliklə onu professor Okorokovun violonçel sinfinə keçirir-
lər. Bu sahədə də Zeynallı şagird orkestrində iştirak etməklə və
dəfələrlə konsertlərdə solist kimi çıxış etməklə böyük uğurlara
nail olur.
Qeyri-adi istedadını nəzərə alaraq onu musiqi texnikumunun
ən yaxşı pedaqoqlarından olan N.V.Jenetskayanın fortepiano
sinfinə keçirirlər. Burada o, fortepiano ilə ikinci ixtisas fənni ki-
mi məşğul olmağa başlayır.
Nəzəri fənləri və Azərbaycan xalq musuqisinin əsaslarını
Ü.Hacıbəyli tədris edirdi. Bu isə onun həm bir insan, həm də
bəstəkar kimi şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.
1925-ci ildə türk məktəbinin adını dəyişərək Türk Musiqi
Texnikumu adlandırırlar, 1926-cı ildə isə ASSR Narkomprosu-
nun qərarına əsasən texnikumu konservatoriya ilə birləşdirirlər.
Həmin ildə Asəf konservatoriyaya daxil olur. Burada onun qey-
ri-adi istedadı özünü biruzə verir. Tələbəlik illərində Zeynallının
hərtərəfli maraq dairəsi və bacarıqları üzə çıxır. O, kontrapunkt
sinfindəki məşğələlərə də (prof. Karaqiçevin sinfi), Azərbaycan
xalq musiqisinin əsaslarına da (prof. Ü.Hacıbəylinin sinfi) eyni
həvəslə, eyni maraqla yaradıcı tərzdə yanaşır.
“Asəf kompozisiyaya aid bütün fənləri öyrənməklə yanaşı,
“Azərbaycan xalq musiqisinin əsasları” öyrənilməsi sinfinə
(prof. Ü.Hacıbəylinin sinfi) həvəslə gedir, lad musiqisinin bəstə-
316
ləmək tapşırıqlarının hamısını səylə yerinə yetirir. Mərhum Asəf
ümumiyyətlə, bütün məşğələlərə çox ciddi yanaşar, hərtərəfli
musiqi biliyinə malik olmağa, bəstəkarlıq sənətinə dərindən
yiyələnməyə çalışardı”.
1
20-ci illərin sonu, 30-cu illərin əvvəllərində, Ü.Hacıbəylinin
yuxarıda adı çəkilən məruzəsındə qeyd etdiyi kimi, bütün ittifaq
üzrə kadrların hazırlanması haqqında şüar irəli sürüləndə, mək-
təbin tədris-metodiki həyatını təcrübəyə yönəltməklə onun yeni-
dən qurulması zərurəti yaranır. Buna biganə qalmayan A.Zey-
nallı Bakı Dram Teatrının bədii hissəsinə rəhbərliyi öz üzərinə
götürür. O, teatrın təkcə texniki və inzibati işləri ilə məşğul ol-
mur, həm də tamaşalara musiqi yazmağa da xeyli vaxt ayırırdı.
O, bütün əsas vokal və kamera-instrumental əsərlərini məhz tə-
ləbəlik illərində yazmışdır. Onların içərisində məşhur “Ölkəm”,
“Sual” romansları ilə , skripka ilə fortepiano üçün çox incə “Lay-
la”sı, Azərbaycan xalq musiqisinin əsaslı surətdə öyrənilməsinin
məhsulu olan, skripka ilə fortepiano üçün romantik, temperamentli
“Muğamsayağı” əsəri xüsusilə seçilir. Belə əsərlərə orkestrlə xor
üçün “Şikəstə”ni və fortepiano üçün “Çahargah”ı da aid etmək olar.
Zeynallı 1931-ci ildə konservatoriyada təhsilini başa vurduq-
dan sonra paytaxtın musiqi həyatı ilə tanış olmaq məqsədilə
Moskva və Leninqrada getməyə qərar verir. Səfərdən sonra o,
bir müddət bəzi ideyaların təsiri altına düşərək yanlış mövqedə
durur, keçmiş irsi inkar edir, xalq çalğı alətlərinin gərəksizliyini
sübut etməyə çalışır. Yəqin ki, bəstəkarın bu nöqsanını onun da-
im axtarışlarda olan yaradıcı təbiəti, bol enerjisi, fəal fəaliyyət
yanğısı ilə izah etmək olar.
Lakin, tezliklə A.Zeynallı öz baxışlarının yanlışlılığını anla-
yır, milli incəsənəti layiqincə dəyərləndirərək musiqi mədəniy-
yətimizin inkişafı uğrunda mübarizəyə başlayır.
Zeynallı Bakı Fəhlə Teatrında işlədiyi vaxt bir çox tamaşala-
ra musiqi yazmışdır. Onların arasında Azərbaycan və rus yazıçı-
larının pyesləri də var.
1
Hacıbəyli Ü. “Azərbaycan musiqi sənəti haqqında”. Azərb. Dövlət Nəş-
riyyatı, Bakı, 1966, s. 119.
Bəstəkar Asəf Zeynallının vəfatının ildönümü ilə bağlı məruzə.
317
Bu dövrdə Zeynallı pyeslərinin musiqi materialları əsasında
simfonik suita yazır. “Fraqmentlər” adlanan bu süita onun yega-
nə böyük simfonik əsəri olmuş və musiqi cəmiyyəti tərəfindən
kifayət qədər yüksək qiymətləndirilmişdir.
Bu simfonik əsər Leninqradda keçirilən Azərbaycan bəstə-
karlarının əsərlərindən ibarət konsertin proqramına daxil edil-
mişdi. Leninqrad cəmiyyətini Azərbaycan musiqi sənəti ilə tanış
etmək məqsədilə keçirilən bu konsertin fəal təşkilatçıları Asəf
Zeynallı və Niyazi idi. Konsertdən əvvəl giriş sözü ilə A.Zeynal-
lı da çıxış etmişdi. Leninqrad filarmoniyasında keçirilən gecənin
proqramına “Fraqmentlər”dən başqa, həmçinin, A.Zeynallının
orkestrlə səs üçün “Dağlar”, “O qara qaşlar”, Ü.Hacıbəylinin
“Azərbaycanın sovetləşməsinin 10 illiyinə himn” və Müslim
Maqomayevin “Azərbaycan çöllərində” və digər əsərlər daxil
edilmişdi.
Leninqraddan qayıtdıqdan sonra bəstakarda yeni yaradıcılıq
planları yaranır. O, Vətənə həsr edilmiş “Bakı” adlı simfoniya
yazmağı düşünür. Bu, xalqın azadlıq uğrunda mübarizəsi haqda,
azadlığın əldə edilməsi haqda, yaradıcı əmək haqda simfoniya
idi.
Artıq yeni əsərin konturları da nəzərdə tutulmuşdu. İşləmək
üçün ona müxtəlif növ materiallar, o cümlədən folklor material-
ları lazım idi. Buna görə də Azərbaycanın müxtəlif rayonlarına
səfərlər edir. Bundan başqa, 1932-ci ilin yayında Bülbül və Zey-
nallı Azərbaycan Dövlət Konservatoriyasının elmi kabinəsinin
təşkilatçılığı ilə xalq mahnı və rəqslərini toplamaq üçün Qaraba-
ğa ekspedisiyaya yola düşürlər. Onlar xeyli miqdarda material
toplayırlar. Lakin onlardan istifadə etmək bəstəkara qismət ol-
mur. O, Bakıya qayıdarkən yolda ağır xəstələnir və həmin ilin
oktyabrında vəfat edir.
Dostları ilə paylaş: |