330
qiqdir, üçhissəlidir. Halbuki, çox zaman A.Zeynallının romans-
larında melodiyanın imporvizasiyalı əsası əsərin strukturuna da
təsir edir, qeyri-müəyyənliyi yarıb forma yaradır.
Muğamsayağı
331
Aydın forması ilə, Zeynallının digər əsərləri ilə müqayisədə
mürəkkəbləşdirilən, maraqlı harmonik komplekslər və melodik
xətlərlə xarakterizə olunan kamera ansamblı üçün yazılmış
“Laylay” pyesi də diqqəti çəkir.
Artıq pyesin əvvəli eyni janrlı əsərlərdən fərqlənir, belə ki,
burada ilk söz əsas mövzunu ifa edən skripkaya məxsusdur.
Aramlı melodiya pyesin adına cavab verir. Xüsusilə də fortepia-
no partiyasının girişi zamanı bu özünü bariz şəkildə göstərir.
Fortepianonun klaviaturasının böyük kəsiyini əhatə edən dalğa-
lanan fakturası melodiya ilə uzlaşır, sanki onun içində həll olur.
(Bu fon K.Debyussinin bəzi peyzaj pyeslərini xatırladır). Maraq-
lıdır ki, ikinci təkrarda fonun ritmi dəyişir (müntəzəm səkkizlik-
lərin yerinə, 2 onaltılıq və səkkizlik), baxmayaraq ki, melodik
əsas əvvəlki tək qalır və bununla da variasiya dəyişiklikləri tə-
səvvürü yaranır. Harmoniyadakı plaqallıq pyesə həzinlik, rəng-
lər pastelliyi, bir qədər soyuqluq verir. Pyesin oynaq orta hissəsi
qəfil sayrışan xəyallar kimi bir qədər həyəcanlı səslənir. Belə
əhval-ruhiyyəsinin yaranmasına, baslarda verilən xalis onaltı-
lıqlardan başqa, həm də melodiyadakı, skripka partiyasındakı
üçton hərəkətləri, həmçinin əvvəllər də olduğu kimi, natural VII
pillə ilə yanaşı D
9
-un da meydana çıxdığı e-moll tonallığına
modulyasiyaya şərait yaradır. Tempin, ritmin tədricən aşağı dü-
şüb, yavaşıması, dolğun akkordların daha sadələrinə keşməsi
başlanğıc mövzuya gətirib çıxarır. Modulyasiya məqamı da diq-
qəti çəkir.
332
Bəstəkarın “Laylay” əsərində yeni keyfiyyətlər sezilir: gah
parlaq, koloritli, tərəflərlə sanki od saçan, gah da üstüörtülü işıq
zolaqları kimi sayrışan harmonik rənglər yaranır.
A.Zeynallının instrumental əsərlərində vokal əsərlərində ol-
duğu kimi, improvizasiya ilə kantilenanın üzvi bağlılığı, milli
məzmunla ənənəvi formanın sintezi əsas şərtdir.
333
IV fəsil
Simfonik əsərləri
Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında
xüsusi əhəmiyyətə malik olan Asəf Zeynallı yaradıcılığının ən
böyük əsəri “Fraqmentlər” əsəridir.
Bu əsərdə Azərbaycanda simfonik musiqinin ilk rüşeymləri
üzə çıxmışdır. “Fraqmentlər” giriş və yeddi hissədən ibarət süi-
tadır ki, bəstəkarın Bakı teatrlarında gedən dramatik tamaşalara
yazdığı musiqi əsasında tərtib edilib.
Sərbəst formada yazılmış süita bağlayıcı hissələri olmayan
təzadlı bölmələrdən ibarətdir. Lakin bəstəkar simfonik musiqini
dərindən dərk edən məzmunu vahid xəttinə malik olan, qurulu-
şun tamlığı ilə fərqlənən iri əsər yaratmağa müvəffəq olmuşdur.
Parlaq obrazlılıq, təsvirilik, harmonik çalarların parlaqlığı
“Fraqmentlər”in səciyyəvi xüsusiyyətləridir. Süitanı çox möhtə-
şəm, hətta bir qədər tutqun intonasiyalı, sanki əsərin məqsədini
qabaqlayan
∗
giriş açır. Simli və aşağı ağac və mis nəfəs alətləri-
ninin ağır girişini ağac-nəfəs alətlər qrupunun bir qədər kədərli
intonasiyaları əvəzləyir. Giriş bütün əsərin ideyasının bir növ
ümumiləşdirilmiş ifadəsidir.
İlk fraqmentin dəqiq ritmi, səlis yerişi tamamilə təzadlı mən-
zərə yaradır: tədricən, uzaqdan başlanan, bir qədər xəlvəti yürüş
∗
Zeynallının “Fraqmentlər”inin musiqisində istifadə etdiyi pyeslərin
böyük qismi dramatik, bəzən hətta faciəvi məzmundadır.
334
(“Hindistan qızı” pyesindən olan “Məbədə yürüş” bölməsi də
elə bu cür adlanır). Əlvan obrazlara malik olan bütün bu epizod
musiqidə maraqlı ifadə vasitələri ilə verilmişdir. İlk baxışdan elə
görünür ki, parça polifonik üslubda yazılmışdır, amma əslində
aşağı registrdə gedən mövzu birsəslidir, sonra fleytalara keçir,
skripka və klarnetin partiyalarında səslənir, tədricən digər alət-
lərə də əlavə edilir. Bu mövzu orkestrin müxtəlif qruplarında
tez-tez eşidilir ki, elə bu səsləşmə də polifonik ifadə təəssüratı
yaradır.
Növbəti fraqment “Rast” məqamında kiçik oxuma ilə başla-
yır, ondan sonra sinkopalı ritm üzərində əsas mövzuya gətirib
çıxaran tədrici güclənmə, gərginləşmə epizodu gəlir (müəllifin
işarəsi Poco a poco acelerando). Bütün bu parça genişləndiril-
miş, dramatizm dolu giriş kimi qəbul olunur. Əsas mövzu kul-
minasiya anında melodiyanın vüsətini, onun dinamizmini daha
çox vurğulamaqla, Largo tempində və yüksək registrdə səslənir.
Girişdə tədricən alətlər əlavə olunur və mövzudan əvvəl orkestr
tutti-si səslənir. Mövzu skripkalarda keçir, ona klarnetin ifasında
melodiya cavab verir (əsas mövzunun variantı).
335
Çox zərif melodiyanın əksinə olaraq parlaq obrazlı, iti ritmli,
qrotesk çalarlara malik kövrək növbəti fraqment (“Qəzəb” pye-
sindən) səslənir.
Birdən qopan sərt külək (beşinci fraqment “Nord”, A.Kirşo-
nun “Şimal küləyi” pyesindən) sanki qəmli musiqini öz qanadla-
rına alır və uzaqlara aparır, lakin o, uzaqlarda itir, külək isə təd-
ricən qəddarcasına çalarlar alaraq yenə də şiddətlənir. Şəffaf
fakturadan, qoboyun əvvəlki parçadakı tək ifasından sonra, or-
kestrin çoxsaylı alətləri sürüşkən xromatizmlərlə F səslənməsin-
də bu fraqmenti ifa edirlər.
Ziddiyətli bölmələrin növbələşməsinə baxmayaraq, hər halda
ümumi kulminasiyanı bu bölmə yerinə yetirir, bununla da əsərin
parçaları birləşdirilir, kompozisiyanın bütövlüyü təmin edilir.
Güclü gərginlik tədricən zəifləyir. Gözəl xalq mahnısı (“Şə-
bi-hicran”, “Yanğın” pyesi) şəfəq saçan işıq, aydınlıq, fərəh ifa-
də edir. Fleytanın valehedici səsləri təbiətin gözəlliyini vəsf edir.
“Fraqmentlər” yenə də “Taxıldöyən” (“Qəzəb”) adlı təsviri
səhnə ilə başa çatır. Həqiqətən də, taxıldöyənin səsi çox uğurla
canlandırılmışdır, lakin səsin tədricən artması, orkestrə alətlərin
əlavə edilməsi, orkestrin tam heyətinin səslənməsi tədricən final,
koda xarakteri alır. Bu, bütün ona xas olan xüsusiyyətləri özün-
də ehtiva edən həqiqi kodadır.
“Fraqmentlər” üçün səciyyəvi olan nədir?
Dostları ilə paylaş: |