Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə94/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   90   91   92   93   94   95   96   97   ...   168

 

311 


komediyaları, M.Maqomayevin “Şah  İsmayıl”, Z.Hacıbəyovun 

“Aşıq Qərib” operaları daxil idi. 

Milli musiqi incəsənətinin bir sıra mühüm problemləri – 

milli musiqinin avropa janrlarında istifadəsi rus-sovet bəstəkarı 

R.Qliyerin “Şahsənəm” operasının 1927-ci ildə  səhnəyə qoyul-

ması ilə  həll edilir. Milli folklor nümunələrinə istinad edən 

“Şahsənəm” operası nəinki R.Qliyerin yaradıcılığında dəyərli əsər 

oldu, həmçinin milli musiqi mədəniyyətində mühüm rol oynadı. 

Musiqi mədəniyyətində klassik musiqi ifaçılığına paralel ola-

raq, xalq musiqi ifaçılığı sahəsində Q.Pirimov, C.Qaryağdıoğlu, 

S.Şuşinski, X.Şuşinski və b. xanəndə  və tarzənlərin fəaliyyəti 

qeyd olunmalıdır. 

1927-ci ildə Azərbaycanda folkloristikanın inkişafına təkan ve-

rən əlamətdar hadisə 

 Ü.Hacıbəylinin və M.Maqomayevin “Azər-



baycan türk el nəğmələri” məcmuəsinin çap olunması ilə bağlı idi. 

Bu da 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında 

Bülbülün rəhbərliyi ilə Elmi-tədqiqat musiqi kabinetinin fəaliyyəti-

nə yol açdı. Bu kabinetin fəaliyyəti 1940-cı illərin əvvəllərinə kimi 

davam etmişdir. Kabinetin əməkdaşları – Asəf Zeynallı, Səid Rüs-

təmov,  Ərtoğrul Cavid, o cümlədən, həmin illərdə Azərbaycan 

Dövlət Konservatoriyasında təhsil alan bəstəkar və musiqişünaslar 

Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov, Fik-

rət Əmirov, Məmmədsaleh İsmayılov və başqaları dəfələrlə Azər-

baycanın rayonlarında folklor ekspedisiyalarında və səsyazma stu-

diyasında xalq ifaçılarından böyük miqdarda folklor musiqisini, 

aşıq havalarını və muğamları toplayıb, nota salmışlar. Həmin mate-

riallar əsasında bir sıra məcmuələr çap olunmuşdur.  

1920-1930-cu illər Azərbaycanda bir sıra musiqi kollektivlə-

rinin yaradılması dövrü olmuşdur. Azərbaycan Dövlət Simfonik 

Orkestrinin, Azərbaycan xalq çalğı alətləri orkestrinin təşkili ilə 

ölkənin konsert həyatında canlanma özünü göstərir. Bu orkestr-

lər Bakıda və yaxın rayonlarda Avropa bəstəkarlarının klassik 

əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da ilk orkestr 

əsərlərini ifa edərək, geniş dinləyici kütləsinə təqdim etmişlər. 

1920-1930-cu illər Azərbaycan bəstəkarlıq yaradıcılığı Ü.Hacı-

bəyli, M.Maqomayev və A.Zeynallının adları ilə bağlı idi. Bu dövr 




 

312


həm də bir sıra musiqi janrlarının təməlinin qoyulması ilə də əla-

mətdardır. Bu mənada A.Zeynallının “Fraqmentlər” əsəri ilk simfo-

nik əsərlərdən biri olaraq, Azərbaycanda milli simfonizmin inkişa-

fına təkan vermişdir. M.Maqomayevin “Azərbaycan rapsodiyası”, 

“Azad edilmiş Azərbaycan qadınının rəqsi”, “RV-8” marşı, həmçi-

nin simfonik orkestr üçün işlənilmiş “Turacı”, “Ceyranı”, “Əsgəra-

nı” kimi əsərləri milli musiqimizin inkişafına yol açan əsərlərdir. 

Ü.Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazılmış “Ça-

hargah” və “Şur” fantaziyaları bu sahədə ilk əsərlər olmaqla, Azər-

baycan bəstəkarları üçün də örnəyə çevrilmişdir. M.Maqomayevin, 

S.Rüstəmovun və sonrakı nəsil bəstəkarların xalq çalğı alətləri or-

kestri üçün əsərləri orkestrin repertuarını zənginləşdirmişdir. 

Bununla yanaşı, respublikada yeni janrlar – kütləvi mahnı, ro-

mans, dram əsərlərinə musiqi və kamera-instrumental əsərlər ya-

ranır. Bu janrlarda Ü.Hacıbəylinin “Qırmızı Ordu marşı”, “Ma-

zut”, “Komsomolçu qız”, “Qara göz” mahnıları, “Aşıqsayağı” tri-

osu, M.Maqomayevin “Neft”, “Bahar”, “May”, “Tarla” kimi 

mahnıları, A.Zeynallının “Ölkəm”, “Çadra”, “Sual”, “Seyran”, 

“Durna”, “Çahargah”, “Muğamsayağı”, “Qoyunlar” kimi vokal 

və kamera-instrumental əsərləri məhz bu dövrün məhsuludur. 

Bu dövrdə teatr və kino musiqisi sahəsi də inkişaf etdirilirdi. 

M.Maqomayevin, A.Zeynallının, Niyazinin və başqa bəstəkarla-

rın müxtəlif teatr tamaşalarına və kino filmlərinə yazdıqları mu-

siqi maraqlı nümunələr kimi mədəniyyət tarixinə daxil olmuşdur. 

Beləliklə, 1920-1930-cu illər dövründə Azərbaycanda peşə-

kar musiqi sənətinin inkişafının bünövrəsi qoyulmuş, milli mu-

siqi  ənənələrinin dünya musiqisinin nailiyyətlərindən bəhrələn-

məsi nəticəsində yeni yüksəliş yolları açılmışdır. 



 

 

 

 

 

 

 

 


 

313 


 

 

VIII HİSSƏ 

 

ASƏF ZEYNALLI 

 

(1909-1932) 

 

 

 

I fəsil  

 

Həyat və yaradıcılığı  

 

Müasir Azərbaycan musiqisinin inkişafında görkəmli yerlər-

dən biri istedadlı musiqiçi-bəstəkar, folklorçu, ictimai musiqi 

xadimi Asəf Zeynallıya (1909-1932) məxsusdur. Onun yaradıcı-

lığını  hər  şeydən  əvvəl kamera, vokal və instrumental əsərləri 

xarakterizə edir. Xalq yaradıcılığı ilə qırılmaz əlaqə, klassik for-




 

314


ma və janrlardan istifadə, musiqidə müasir mövzulara və nova-

torluğa meyil bəstəkarın yaradıcılıq üslubunun əsas əlamətləridir.  

“Zeynallı Azərbaycan romansına sosial-vətəndaş, publisistik 

motivlər gətirmişdir. Romanslarda Azərbaycan peşəkar mahnısı-

nın sonrakı inkişafında rast gəlinən reçitativ-deklamasiya mə-

qamlarının olmasından danışarkən, qeyd etmək lazımdır ki, bəs-

təkar bu zaman klassik romans ənənələri ilə yanaşı muğam prin-

siplərinə də istinad etmişdir.” 

1

 

A.Zeynallının miniatur formalı əsərlərə olan marağı onun is-



tedadının xarakteri, lirik ifadə  tərzinə meyli, həyatı obrazların 

zərif üsluba, səmimi bədii əksi ilə şərtlənir.  

A.Zeynallının musiqisi xəlqidir. Yaşlı nəslin bəstəkarları kimi o, 

öz yaradıcılığında Avropa musiqi mədəniyyətində  dərin həyatı 

ümumiləşdirilmələrinin ifadə vasitəsi kimi təsdiqini tapan klassik və 

milli – xalq anlamlarının qarşılıqlı əlaqəsi ideyasını həyata keçirirdi.  

Bu dövrün başqa musiqiçi-sənətkarları kimi Zeynallıda milli 

obraz-intonasiya  əsasında yeni məzmun qatmaqla milli janr və 

formaları mənimsəmək qabiliyyəti vardı. Bəstəkar bu istiqamət-

də xeyli qiymətli işlər görmüşdür.  

Zeynallı öz yaradıcılığında aparıcı yer tutan ilk Azərbaycan 

romansının müəllifidir ki, bu da respublikamızda bəstəkarların 

yaradıcılığında bu janrın sonrakı inkişafında mühüm əhəmiyyət 

kəsb etmişdir.  

Bəstəkarın Azərbaycanda kamera-instrumental və simfonik 

musiqinin yaranmasında rolu böyükdür.  

Zeynallının qısa tərcümeyi-halında, bəstəkarın respublikamı-

zın musiqi həyatının müxtəlif tərəflərinin inkişafına yönəldilmiş 

ictimai-musiqi fəaliyyəti də yer almışdır. 

Zeynallı 1909-cu ildə Dərbənddə, kəndli ailəsində anadan ol-

muşdur. Asəfin bir yaşı olarkən atası  vəfat etmiş  və ailənin, 

uşaqların qayğısı tamamilə ananın üzərinə düşmüşdür. Lakin, 

çətin həyata baxmayaraq, Zeynallının evində tez-tez musiqi səs-

lənirdi. Bəstəkarın anasının musiqi istedadı var idi, o, şərq qar-

monunda gözəl çalırdı.  

                                                 

1

  Əfəndiyeva İ. “Azərbaycan sovet mahnısı”. Yazıçı, Bakı, 1981.  




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə