Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə93/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   89   90   91   92   93   94   95   96   ...   168

 

308


 

 

VII HİSSƏ 

 

1920-1930-cu İLLƏRDƏ AZƏRBAYCAN MUSİQİ  

MƏDƏNİYYƏTİNİN İNKİŞAFI 

 

Azərbaycan musiqi mədəniyyəti tarixində 1920-30-cu illər yeni 

bir dövrün başlanğıcı kimi qeyd olunur. 1920-ci ildə Azərbaycanda 

sovet hakimiyyətinin qurulması ilə yeni bir ictimai-iqtisadi formasi-

ya bərqərar oldu. 1990-cı illərin əvvəllərinə kimi davam edən sovet 

dövrü özünəməxsus xüsusiyyətlərə malik olub, Azərbaycan musiqi-

sinin nailiyyətləri ilə əlamətdar olmuşdur. Xüsusilə 1920-1930-cu il-

lərdə ümumilikdə  mədəniyyətin bütün sahələr üzrə yenidən qurul-

ması, musiqi təhsilinin və elminin, bəstəkarlıq və ifaçılıq sənətinin, 

musiqinin bir çox janrlarının inkişafına təkan verdi.  

Mədəniyyətin yenidən qurulması prosesi bir sıra hökumət 

fərmanları ilə  tənzimlənməyə başladı. Bu istiqamətdə Bakıdakı 

teatr və konsert müəssisələrinin milliləşdirilməsi və dövlət idarə-

çiliyinə verilməsi qeyd olunmalıdır. Bu işlərə  rəhbərlik Xalq 

Komissarları Soveti tərəfindən həyata keçirilirdi.  

Bu dövrdə Azərbaycan musiqi xadimləri qarşısında duran 

əsas məsələ dünya musiqi mədəniyyəti səviyyəsində formaca 

milli, məzmunca realist musiqi əsərləri yaratmaq problemi du-

rurdu. Xalq kütlələrinin yaradıcılığına təkan vermək məqsədilə 

milli-mənəvi dəyərlərin mənimsənilməsi, qorunması və inkişafı 

sahəsində mühüm işlər görülməyə başlayır.  

Çox sayda konsert müəssisələri, klublar və mədəniyyət evləri 

(məsələn, “Fəhlə klubu”, “Azərbaycan qadınları klubu”, “Rusiya 

və Azərbaycan qırmızı donanması  dənizçilərinin klubu” və s.) 

təşkil olundu ki, bu da peşəkar və həvəskar musiqi kollektivləri-

nin fəaliyyətinin genişləndirilməsinə zəmin yaratdı. Ü.Hacıbəyli 

ilk dəfə  Ə.Bayramov adına qadınlar klubunda azərbaycanlı qa-

dınlardan ibarət xalq çalğı alətləri orkestri təşkil edir. İncəsənəti 

geniş xalq kütlələri arasında yaymaq məqsədilə Bakıda “Satira 

teatrı” (Satir-agit teatr) açılır. Azərbaycanda milli teatrın inkişa-




 

309 


fında bu teatrın böyük rolu olur. Bütün bunlar geniş xalq kütlələ-

ri arasında mədəni-maarifçilik və estetik tərbiyə  məsələlərinin 

həyata keçirilməsinə təkan verdi.  

1920-ci illərdə Azərbaycanda musiqi təhsili sisteminin təşkil 

olunması vacib məsələlərdən biri idi. 1921-ci ildə Azərbaycan 

Dövlət Konservatoriyasının yaradılması bu problemin həllində 

ən böyük addım oldu. 1922-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi al-

tında Türk Musiqi Məktəbi fəaliyyətə başlayır. Bundan sonra 

respublikanın rayonlarında musiqi texnikumları və musiqi mək-

təbləri fəaliyyət göstərir. Bu da avropa və milli musiqi alətləri 

ifaçılarının və eləcə də vokalcıların yetişməsi üçün şərait yaratdı. 

Bu dövrdə Ü.Hacıbəylinin respublikanın mədəniyyətinin ye-

nidən qurulması işinin təşkili ilə bağlı geniş maarifçilik fəaliyyə-

ti diqqəti cəlb edir. Ü.Hacıbəyli Azərbaycan musiqi mədəniyyə-

tinin inkişafı yolunda iki məsələni xüsusi qeyd edirdi: birincisi – 

dünya musiqi klassikasına nəzəri və  təcrübi yolla yiyələnmək; 

ikincisi – xalq yaradıcılığının əsaslarını öyrənmək.  

Onun bu illərdə yazdığı musiqi haqqında məqalələri qabaqcıl 

mədəniyyət və incəsənət xadimlərinin mübarizə proqramına çev-

rilir. Bu dövrdə milli opera sənətinin inkişaf yolları ilə bağlı mü-

zakirələr geniş vüsət alır. Bəziləri inqilabaqədərki milli opera və 

komediyaların əhəmiyyətini görmür və onları səhnədən çıxarma-

ğı təklif edirdilər. Müzakirələrin mərkəzində duran məsələlərdən 

biri də  Şərq musiqi alətləri və ifaçılıq problemləri idi. Bəziləri 

Şərq alətlərini muzey eksponatı hesab edərək, hətta tarı  tədris 

proqramlarından çıxarmaq istəyirdilər. 

Ü.Hacıbəyli, həmçinin, onunla çiyin-çiyinə musiqili teatrın 

yaradılmasında böyük əməyi olan bəstəkar və musiqiçilər bütün 

bu mənfi hallara qarşı mübarizə aparır və mətbuat səhifələrində 

opponentlərinə layiqli cavablar verirdilər. Bütün bunlar dövrün 

reallıqları olub, milli musiqi incəsənətinin inkişaf yollarının heç 

də hamar olmadığından xəbər verir. 

1924-cü ildə Xalq Komissarları Sovetinin bəyannaməsi qə-

bul edilir: 

1. Musiqi məktəblərinin möhkəmlənməsi. 

2. Xalq mahnılarının toplanması. 




 

310


3. Şərqi bilən sovet bəstəkarlarına türk operalarını sifariş etmək. 

4. Avropa operalarını türk dilinə tərcümə etmək. 

Respublikada gedən musiqi quruculuğu dövründə opera teat-

rının fəaliyyəti xüsusi qeyd olunmalıdır. 1920-1930-cu illərdə 

opera sənəti sahəsində irəliləyiş, Azərbaycan Dövlət Opera və 

Balet teatrının təşkili, Ali və orta musiqi təhsili sisteminin ya-

ranması, vokalçıların yetişməsi, Azərbaycanda Avropa tipli klas-

sik operaların meydana gəlməsi ilə bağlıdır. Dаimi fəаliyyət 

göstərən bir mədəniyyət müəssisəsi kimi Аzərbаycаn  Оpеrа və 

Bаlеt Tеаtrının təşkili 1920-ci illərə təsаdüf еdir. Həmin illərdə 

Аzərbаycаn və rus tеаtr truppаlаrının bаzаsındа  Аzərbаycаn 

Dövlət Tеаtrı  yаrаdıldı. Bu tеаtrdа  оpеrа,  оpеrеttа  və drаmаtik 

tаmаşаlаr səhnəyə  qоyulurdu. 1925-ci ildə isə  оnun  оpеrа  kоl-

lеktivi  əsаsındа  Оpеrа  və  Bаlеt Tеаtrı  yаrаdıldı  və  hаl-hаzırdа 

bu tеаtr fəаliyyətini uğurlа dаvаm еtdirir. Оnun tərkibində mu-

ğаm və klаssik оpеrа ifаçılаrını əhаtə еdən böyük bir truppа, bа-

lеt, хоr, оrkеstr fəаliyyət göstərir.  

Məqsədyönlü оlаrаq, tеаtr binаsının аyrılmаsı və dаimi trup-

pаnın fоrmаlаşdırılmаsı  Аzərbаycаndа  оpеrа  jаnrının və milli 

оpеrа ifаçılığı sənətinin inkişаfınа təkаn vеrdi. Bu dа Аzərbаycаn 

оpеrаsının tаriхində yеni mərhələ kimi qеyd оlunа bilər. Bu döv-

rün əsаs nаiliyyəti аzərbаycаnlı оpеrа аrtistlərinin yеtişməsindən, 

klаssik Аzərbаycаn оpеrаlаrının (M.Mаqоmаyеv “Nərgiz”, Ü.Hа-

cıbəyli “Kоrоğlu”) yаrаnmаsındаn ibаrət idi. Аrtıq bu dövrdən 

bаşlаyаrаq, Azərbaycan səhnəsində muğаm  оpеrаlаrı ilə  yаnаşı, 

Аzərbаycаn bəstəkаrlаrının  оpеrа  jаnrındа  yаzdıqlаrı  yеni-yеni 

əsərlər tаmаşаyа qоyulur. Həm yеrli, həm də хаrici bəstəkаrlаrın 

оpеrаlаrını yüksək səviyyədə ifа еdən vоkаlçılаr nəsli yеtişir.  

Opera teatrının səhnəsində P.Çaykovskinin “Yevgeni One-

gin”, “Mazepa”, “Qaratoxmaq qadın”, R.Vaqnerin “Loenqrin”, 

J.Bizenin “Karmen” və digər operalar tamaşaya qoyulur. Opera 

teatrının Azərbaycan truppasında müğənnilərdən Bülbül, Ş.Məm-

mədova, M.Bağırov, Q.Zülalov, S.Qacar, H.Sarabski, H.Hacı-

bababəyov, F.Muxtarova çıxış edirdilər. Onların repertuarına 

Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, 

“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə