Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə89/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   85   86   87   88   89   90   91   92   ...   168

 

295 


olaraq, Bəhram bəy daha qəddar təsvir olunur, o, Qəribdən pul 

tələb etmir, onu sərt cəzalandıraraq, zindana atır. Bu kimi dəyi-

şikliklər dramaturji hadisələrin inkişafına təkan verir. 

Aşıq Qərib obrazında xalq arasında çox sevilən aşıqların ən 

gözəl cəhətləri toplanmışdır. Xalqın zəngin təxəyyülü sayəsində 

Qərib obrazı – qədimdən xalqın arzu və istəklərinin ifadəçisi, 

xalq müğənnisi olmaqla yanaşı, yüksək nəcib keyfiyyətlərə ma-

lik, cəsur, sərbəst bir insan kimi təsvir olunur. Şahsənəmə bəslə-

diyi təmiz, təmənnasız və sədaqətli məhəbbəti ona bütün çətin-

liklərin öhdəsindən gəlməyə kömək edir.  

Aşıq Qəribin sevgilisi Şahsənəmin surətində isə sonsuz mə-

həbbət, paklıq inadlı iradə və cəsurluqla birləşir. Şahsənəmin işıq-

lı obrazı sədaqətli və vəfalı bir qızın surətini təcəssüm etdirir. Ka-

sıb Aşıq Qəribi sevməklə, ona ömrünün sonuna kimi sadiq qalır.  

R.Qliyerin “Şahsənəm” operası üzərində iş prosesində libret-

tonun iki redaksiyası meydana gəlmişdir. Birinci redaksiya 

1923-cü ildə tanınmış rus şairi və bir sıra opera mətnlərinin mü-

əllifi M.P.Qalperin (1882-1942) tərəfindən yazılmışdı. İkinci re-

daksiya isə 1932-ci ildə Azərbaycanın görkəmli yazıçı  və dra-

maturqu Cəfər Cabbarlıya (1899-1935) məxsus olub, birincidən 

əhəmiyyətli dərəcədə fərqlənirdi.  

M.Qalperinin yaratdığı librettonun birinci variantında əsasən 

rus şairi Y.Lermontovun “Aşıq Qərib” nağılının və bir sıra digər 

dastan variantlarının təsiri özünü büruzə verirdi. Belə ki, libret-

tonun bu redaksiyasında hətta Lermontovun qəhrəmanlarının adı 

və xarakteri onun təsvir etdiyi kimi saxlanılır. Qalperin Şahsənə-

min yuxusu epizodunu, həmçinin, dördüncü pərdədəki toy səh-

nəsini Lermontovun əsərində olduğu kimi saxlamışdır.  

Qalperinin dastan əsasında işlədiyi epizodlardan biri kimi 

Qəribin ölüm xəbəri ilə bağlı səhnəni qeyd edə bilərik. Dastanda 

Qəribin ölməsi xəbərini onun anasına  Şahvələd tərəfindən 

muzdla tutulmuş Güloğlan gətirir. Librettoda isə Güloğlan surə-

tinə yer verilməmişdir və bu xəbəri Şahvələdə onun qardaşı verir.  

Ümumiyyətlə, operanın birinci redaksiyasında süjet xətti çox 

qarışıq və natamam surətdə  işlənilmişdir. Librettonun çatışma-

yan cəhətlərinə baxmayaraq, əsərin musiqisi öz bədii dəyərinə 




 

296


görə daha güclü və təsirli idi.  

1927-ci ildə operanın ilk tamaşasından sonra təklif olunur ki, 

operanın librettosu yenidən işlənilsin, bütün kəsirlər aradan qal-

dırılsın. Librettonun yeni redaksiyasının hazırlanması  Cəfər 

Cabbarlıya tapşırılır.  

C.Cabbarlı  hələ 1923-cü ildə Xalq Komissarları Sovetində 

opera üçün mətn seçilərkən, bu mövzunu təklif etmişdi. 1925-ci 

ildə isə o, Qliyerin mətnini Azərbaycan dilinə tərcümə etmişdi. 

Xalq dastanının məzmununu dərindən bilən C.Cabbarlı özünün 

xalq musiqi yaradıcılığı ilə bağlı fikirlərini də R.Qliyerlə bölü-

şürdü, ona bir neçə melodiyanın mətnini də vermişdi.  

“Şahsənəm” operasının librettosunun ikinci redaksiyasını iş-

ləyən C.Cabbarlı, ilk növbədə, süjet xəttində olan bütün mistik 

personajları çıxarır və əsərin fanrastik əhval-ruhiyyəsinə aydın-

lıq gətirir. Bunun sayəsində məişətin təsviri baxımından əsər da-

ha real və həqiqətə uyğun təsvir olunur.  

C.Cabbarlı süjetin əsas ideyasını konfliktli inkişaf xətti ilə 

qovuşdurmuşdur. Qəddar Bəhram bəyin, Şahsənəm və Aşıq Qə-

riblə qarşıdurması da qabarıq verilmişdir. O, dastanın məzmu-

nunda öz əksini tapmış sosial ədalətsizlik motivlərini önə çəkə-

rək, süjet xəttinin bu istiqamətdəki inkişafını genişləndirir.  

İctimai motivləri qabarıq göstərmək üçün C.Cabbarlı librettoya 

yeni epizodlar daxil edir ki, bunlar da psixoloji və dramaturji baxım-

dan özünü doğruldur: məsələn, birinci pərdədə Bəhram bəyin əmri 

ilə Aşıq Qəribin zindana atılması səhnəsi, ikinci pərdədə Bağdad ba-

zarının təsviri, aşıqların yarışması səhnəsi və s. Bütün bu səhnələrdə 

Qəribin dilindən səslənən hər bir ifadə, xüsusilə də xalq yaradıcılı-

ğından alınmış ifadələr zülmkarlara qarşı ittiham kimi səslənir.  

Bu redaksiyada Şahsənəm obrazı da daha qətiyyətli, iradəli 

xarakter kəsb edir. Qəribə olan məhəbbətindən güc alaraq, o, 

qəddar atasının əsarətindən qurtularaq, azadlığa çıxmaq istəyinə 

nail olur. O, Qəribə  tərəf yönəlmiş  qılınca da özünü sipər edə-

rək, onu qoruyur. 

Aşıq Qərib obrazında mərd cizgilər daha qüvvətli verilmişdir. 

Yeni redaksiyada Aşıq Qərib obrazı xalqın sevimli sənətkarı, əda-

lətsizliyə qarşı mübarizə aparan haqq aşığı kimi təsvir olunur.  




 

297 


Beləliklə, librettonun mətnindəki bu cür əhəmiyyətli dəyişik-

liklərdən sonra R.Qliyer musiqi mətni üzərində yenidən işləyə-

rək, onu mükəmməlləşdirmişdir.  

Opera 4 pərdə, 5 şəkildən ibarətdir. Operanın qısa məzmunu 

belədir.  

Birinci pərdə. 

Böyük nüfuz sahibi, varlı mülkədar Bəhram bəyin bağında 

onun qızı, gözəl Şahsənəm öz rəfiqələrinə gənc və yaraşıqlı Aşıq 

Qəribə bəslədiyi ehtiraslı məhəbbətindən danışır. Uzaqdan onun 

səsini eşidincə,  Şahsənəm qızlardan onu yalqız buraxmalarını 

xahiş edir. Sevgililərin görüşü çox çəkmir. Onları ayrılıq gözlə-

yir. Şahsənəmin atası onu zəngin bir zadəgan olan Şahvələdə ərə 

verməyə hazırlaşır.  Şahsənəmlə  Aşıq Qəribi bir yerdə görən 

Bəhram bəy qəzəblənərək, öz əlaltılarına onun əl-qolunu bağla-

yaraq, zirzəmiyə atmağı  əmr edir. Bəhram bəyin və  əyanların 

Şahvələdi qarşılamağa hazırlaşmasından istifadə edərək, vəfalı 

Şahsənəm rəfiqələrinin köməyi ilə Aşıq Qəribi azad edir. Gənc 

oğlan öz sevgilisini buraxıb bir müddət başqa yerlərə getməyə 

məcbur olur. Şahsənəm söz verir ki, onu sədaqətlə yeddi il göz-

ləyəcək. Bəhram bəy  Şahsənəmin Aşıq Qəribi zindandan azad 

etdiyindən xəbər tutub, onu cəzalandırmaqla hədələyir. 

İkinci pərdə. 

Birinci  şəkil. Qızmar bir yay günündə yad elləri dolaşan 

Aşıq Qərib sakit bir çayın kənarında dincəlir. Gənc aşığın bütün 

fikirləri gözəl sevgilisi ilə bağlıdır, onun həsrətindən kədərlənir. 

Lakin yad ölkədə sürgündə  də ona düşmənçilik edən adamlar 

var. Məkrli Güloğlan onu daima izləyir. Aşıq Qərib çayda çi-

mərkən, onun köynəyini oğurlayıb aparır. 

İkinci  şəkil. Uzaq ellərdə yerləşən malikanələrdən birində 

bazar təsvir olunur. Karvanlar düzülüb. Müxtəlif ölkələrdən gəl-

miş tacirlər öz mallarını düzərək, qızğın al-ver edirlər.  

Bazarın səs-küyündə xanın carçısının səsi eşidilir. O, təntə-

nəli surətdə elan edir ki, xalqın çox sevdiyi məclis – aşıqların 

yarışı keçiriləcək. Qalibi yüksək mükafat gözləyir, xanın qızı öz 

əlləri ilə ona qiymətli boyunbağı verəcək. Xanın, qızının və 

əyanların iştirakı ilə yarışma başlayır. Aşıq Səməd aşıq Həsənlə 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə