346
ta nəsil bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quli-
yev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Səid Rüstəmov, Cahan-
gir Cahangirov idi.
O illərin musiqi təhsili sistemi nəhəng bir ölkənin hüdudla-
rında fəaliyyət göstərən sistemə yönəlmişdi. 30-cu illərdə Bakı-
da iki texnikum fəaliyyət göstərirdi. Biri Bakı xalq təhsili şöbəsi
nəzdində (BXTŞ), digəri xalq təhsil komitəsi nəzdində; 1932-ci
ildə onlar musiqi məktəbində birləşdilər. Əsas professionallıq
ocağı isə Azərbaycan konservatoriyası idi. Bu müəssisənin di-
rektoru müxtəlif illərdə A.Əbdürəhmanov (1929-1933), Z.Səfə-
rov (1938-1939), Ü.Hacıbəyov (Hacıbəyli) (1939-1948) və baş-
qaları olmuşdur. Professor-müəllim heyəti Rusiyanın müxtəlif
şəhərlərindən dəvət olunmuş mütəxəssislər idi. Nəzəriyyə kafed-
rasına yüksək erudisiyalı musiqiçi, konservatoriyada M.İppoli-
tov-İvanovun kompozisiya sinfini bitirmiş (kontrapunkt və for-
maların təhlilini Taneyevin sinfində keçmişdir) L.Rudolf 1932-
ci ildən 1938-ci ilə qədər rəhbərlik etmişdir. Rudolf eyni zaman-
da Bakıda musiqi nəşriyyatının redaktoru olmuşdur. İndiyə qə-
dər, tələbələrin stolüstü kitabı olan harmoniya üzrə dərslik də
onun qələminin məhsuludur. Qara Qarayev, Cövdət Hacıyev,
Zaxar Stelnik, Əhəd İsrafilzadə, Məmmədsaleh İsmayılov, Vla-
dimir Xrustalyov, Yevgeniya Perevertaylo, Ella Nikamorova
Rudolfun sinfini bitirmişlər. 1938-ci ildə Rudolfun vəfatından
sonra Bakıya Leninqrad Konservatoriyasının məzunu Boris
Zeydman dəvət edildi və kompozisiya kafedrası təşkil olundu.
O, bu kafedraya 1939-cu ildən 1950-ci ilə qədər rəhbərlik etmiş-
dir. Fikrət Əmirov, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süley-
man Ələsgərov, Azər və Həsən Rzayevlər, Ağabacı Rzayeva,
Adilə Hüseynzadə, Elmira Nəzirova Zeydmanın tələbələri ol-
muşlar. Leninqradda musiqi məktəbində Əfrasiyab Bədəlbəyli
ondan dərs almışdır.
30-cu illərin ortalarında Azərbaycan konservatoriyasının ilk
məzunları: konservatoriyanı iki ixtisas üzrə: pianoçu və nəzəriy-
yəçi kimi bitirmiş musiqişünas X.Ağayeva, fortepiano üzrə Şa-
royevin sinfini bitirmiş, ancaq lap əvvəldən musiqi tarixi sahə-
sində ixtisaslaşmış D.Danilov; konservatoriyanı Şaroyevin sinfi
347
üzrə, sonra isə MDK nəzdində aspiranturanı bitirmiş pianoçu
K.Səfərəliyeva pedaqoji fəaliyyətə başladılar.
O illərdə geniş maarifçilik istiqaməti musiqi məktəbləri şə-
bəkəsinin təşkilində ifadə olunurdu. Onlar “xüsusi təhsil siste-
mində ilk halqadan daha çox uşaqların kütləvi bədii-estetik tər-
biyəsinin müvəqqəti forması kimi nəzərdən keçirilirdi”.
1
Konservatoriya nəzdində 1-ci dərəcəli məktəbdə 1930-cu il-
də 220 nəfər təhsil alırdı və uşaqlarla məhsuldar iş aparılırdı. Bu
məktəb bağlandıqrdan sonra 1931-ci ildən 1936-cı ilə qədər fəa-
liyyət göstərmiş uşaq musiqi qrupu açıldı. 1934-cü ildə ondan
“Gənc istedadlar qrupu” ayrıldı. Burada konservatoriyanın mü-
əllimləri: L.Rudolf, N.Çumakov, E.Nikomarova, K.Səfərəliyeva
dərs deyirdilər. Şagirdlər arasında Bella Davidoviçi, Məmməd
Orucovu, Rauf Atakişiyevi, Tamara Qusevanı, Elmira Nəzirova-
nı, Çingiz Sadıxovu (fortepiano sinfi), Yefim Barştakı, Vladimr
Puzanovu, Sabir Sədiyevi (skripka sinfi), Viktor Razumovskini
(violançel sinfi) qeyd edə bilərik. Bu qrupa sonralar görkəmli
musiqişünas-alimlər olmuş Əminə Eldarova və İzabella Abezqa-
uz da gəlirdi. Dövlətin fəal yardımı sayəsində, fəhlə mühitindən
şagirdlər cəlb etmək məqsədilə o illərdə konservatoriya nəzdin-
də fəhlə fakültəsi yaradıldı. ADK fəhlə fakültəsinin quruluşu və
tədris planının əsasını MDK-nın müvafiq plan və quruluşu təşkil
edirdi. Maraqlıdır ki, Azərbaycanda fəhlə fakültəsi ali musiqi
məktəbinin “şagirdlərin proletar tərkibi vasitəsilə siyasi nailiyyət
qazanmaq funkisiyasını yerinə yetirməyə deyil,”
2
istedadlı Azər-
baycan gənclərini professional musiqi təhsilinə cəlb olunmasına
yardım edirdi. Qara Qarayev 1931-ci ildən 1935-ci ilə qədər xü-
susi fortepiano sinfində əvvəlcə V.V.Tolstolujskinin, sonra isə
Q.Q.Şaroyevin tələbəsi olmuşdur. Skripkaçı kimi (əvvəlcə
N.İ.Tsimberovun, sonra isə S.L.Bretonitskinin sinfində) gələcək
bəstəkar Cövdət Hacıyev öz musiqi təhsilini fəhlə fakültəsində
başlamışdır. İ.S.Aysberqin xüsusi fortepiano sinfində Tofiq Qu-
liyev, bəstəkar və nəzəriyyəçi Zakir Bağırov, bəstəkar Adilə Hü-
1
Azərbaycan Dövlət Konservatoriyası. Bakı, 1972, s. 67.
2
Yenə orada, s. 71.
348
seynzadə təhsil almışlar. Məşhur “Cücələrim” uşaq mahnısının
gələcək müəllifi Qəmbər Hüseynli fəhlə fakültəsində A.S.Şvart-
sın violançel sinfində oxumuşdur. Nuxadan (Şəkidən) fəhlə fa-
kültəsinə Tsimberovun skripka sinfində oxumaq üçün Azərbay-
can ənənəvi musiqisinin gələcək nəzəriyyəçisi Məhəmmədsaleh
İsmayılov göndərildi.
1937-38-ci tədris ilində Moskva və Leninqrad konservatori-
yaları nəzdində yaradılmış musiqi məktəbləri kimi Bakıda Mər-
kəzi uşaq musiqi məktəbi təşkil olundu. Sonralar o xüsusi onillik
orta məktəb adını aldı (indiki Bülbül adına məktəb). 1951-ci ilə
qədər bu vəzifədə qalmış məktəbin ilk direktoru Köykəb xanım
Səfərəliyeva tədris prosesinin yüksək səviyyədə təşkilində bö-
yük rol oynamışdır. Bülbül adına onillik məktəb K.Səfərəliyeva-
nın əməyinin bəhrəsi sayıla bilər. Şagirdlər üçün “Fortepiano
çalma məktəbi” kitabını yaratmış R.Siroviç və L.Yeqorova kimi
pedaqoqlar uşaqların tərbiyəsi ilə məşğul olurdular. Azərbaycan
musiqisindən çoxlu nümunələrin olduğu bu məcmuə indiyə qə-
dər yeni başlayan musiqiçilər üçün əsaslı vəsaitdir.
Azərbaycanda cəmiyyətin Avropa musiqi mədəniyyətinin
nüfuz dairəsinə cəlb olunması prosesi daha qədim ənənəyə malik
milli monodiyadan nəinki imtina edilməsinə gətirib çıxarmadı,
hətta onun inkişafına yeni təkan verdi. 1931-ci ildə Üzeyir Hacı-
bəyli xalq çalğı alətlərinin ilk notlu orkestrini yaradır və onun
bədii rəhbəri və dirijoru olur. Daimi fəaliyyətdə olan xor kollek-
tivi müvafiq janrların inkişafına təkan verdiyi kimi, notlu xalq
çalğı alətləri orkestri də ənənəvi musiqi ifaçılarının Avropa klas-
sik musiqisinə uyğunlaşmasında və məhz bu tərkib üçün nəzərdə
tutulmuş çoxlu müəllif əsərlərinin meydana gəlməsində böyük
rol oynadı. Bu janrın klassik nümunəsi 30-cu illərin ortalarında
Üzeyir Hacıbəylinin yaratdığı iki fantaziya “Şur” və “Çahargah”
oldu.
Bu illərdə klassik muğam sənəti onun parlaq nümayəndələri,
tarzənlər: B.Mansurov, A.Bakıxanov, kamança ifaçısı M.Mirzə-
liyev, xanəndələr C.Qaryağdıoğlu, S.Şuşinskinin şəxsində inki-
şaf etməkdə davam edir. Sonuncular nəinki Azərbaycanda, onun
hüdudlarından kənarda da tanınmışdılar.
Dostları ilə paylaş: |