Filologiya məsələləri, №4, 2017
95
Təhi-minada ta mey var, ola bağrımdakı qan tək.
Rəhm eyləyib əhvalina kuyindəki itlər.
(Qövsi Təbrizi)
Könlümdəki əsrari-nihanımı edər faş.
(Vəhid Qəzvini)
Yeri, qapındakı gədayi unut.
(Məhəmməd Məczub)
Hüsnünqə oxşar çəməndəki güli gördüm.
(Məlik bəy Avcı)
Gördün dolu əldəki əyağın.
(Məsihi)
Yuxarıdakı misralarda işlənmiş başımdakı, sinəmdəki, bağrımda-
kı, kuyindəki, könlümdəki, qapındakı, çəməndəki, əldəki düzəltmə
sifətlərində -dakı/ -dəki şəkilçisinin bəzi sözlərdə birbaşa isimlərə artırıl-
ması, bir qisim sözlərdə isə mənsubiyyət şəkilçisindən sonra işlənməsi diq-
qəti çəkir. Müasir dilimizdə də belədir.
-kı
4
şəkilçisi
Müasir Azərbaycan dilində olduğu kimi, on yeddinci əsr ədəbi
dilimizdə elə düzəltmə sifətlərə də təsadüf olunur ki, onlar –kı
4
şəkilçisinin
bəzi zərflərə artırılması yolu ilə yaranmışdır.Məsələn, əvvəl, axır
zərflərindən sifətlər əmələ gəlmişdir:
Əvvəlki məqamə düzgil ahəng.
(Məsihi)
Ki, axırkidür gecə beysət güni.
(Təsir Təbrizi)
Həmin şəkilçi hətta sifətə artırılaraq düzəltmə sifət də yaratmışdır:
Tazəki işlərindən sayılıbsan, ey Vəhid,
Kim baxar həsrət gözülən qeysərü xaqan sənə.
(Vəhid Qəzvini)
Burada –ki şəkilçisinin köməyi ilə tazə (təzə) sadə sifətindən tazəki
düzəltmə sifəti əmələ gəlmişdir. Həmin düzəltmə sifət hazırda Azərbaycan
dilində işlənmir.
-gə şəkilçisi
Bu şəkilçi qeyri-məhsuldardır, bəzi sözlərin yaranmasında iştirak
edir. Müasir dilimizdə işlənən özgə düzəltmə sifəti öz qayıdış əvəzliyinə -gə
şəkilçisinin artırılması yolu ilə yaranmışdır. XVII əsrdə də həmin düzəltmə
sifət işlənmişdir:
Hər kimsədən ki, can ala, bir özgə can verir...
(Qövsi Təbrizi)
Filologiya məsələləri, №4, 2017
96
-anə/-yanə şəkilçisi
Bu şəkilçi dilimizdə adətən zərf düzəldir. Bununla yanaşı, onun sifət
əmələ gətirməsi halları da vardır: dahiyanə fikir, aqilanə hərəkət və s. On
yeddinci əsr ədəbi dilimizdə də həmin şəkilçinin sifət düzəltməsi faktı qeydə
alınır:
Məstanə baxışından meyxanə oldi peyda.
(Məhəmməd Məczub)
Mərdanə canfəşanlıq, məstanə mehribanlıq.
(Qövsi Təbrizi)
Burada məst sifətindən məstanə, mərd sifətindən mərdanə
düzəltmə sifətləri əmələ gəlmişdir.
-i/-vi şəkilçisi
Bu şəkilçi mənşəcə alınmadır, dilimizə ərəb dilindən keçmişdir.
İsimlərə, bəzən də sifətlərə artırılaraq düzəltmə sifət yaradır, ahəngə tabe
olmur. Samitlə bitən sözlərlə --i şəklində, saitlə bitən sözlərdə isə -vi şək-
lində işlənir.On yeddinci əsr ədəbi dilimizdə firəng, rus və s. isimlərə,
qədim kimi sifətlərə artırılmış bu şəkilçilərin yaratdığı düzəltmə sifətlər
işlənmişdir.Məsələn:
Zahirdə firəngi, əsli rusi.
(Məsihi)
Kəbəni bütxanə edibdir firəngi gözlərin.
(Saib Təbrizi)
Qədimidir əflakə bu rəsmü adət.
(Vəhid Qəzvini)
Sifət düzəldən şəkilçilərin böyük bir qismi də feillərdən sifət əmələ
gətirən şəkilçilərdir. Onların XVII əsrdə dilimizdə işlənmiş əsas nümunələri-
nə nəzər salaq.
-ıq/-ik/-uq/-ük, -q,/-k şəkilçiləri
Bu şəkilçilər feillərdən sifət yaradılmasına kömək göstərir. On
yeddiunci əsr Azərbaycan şairlərinin əsərlərində həmin şəkilçilərin iştirakı
ilə əmələ gəlmiş bir sıra feillərə rast gəlinir ki, onlar hazırda da dilimizdə
işlənməkdədir. –ıq
4
şəkilçisi samitlə bitən feil köklərinə, –q/-k şəkilçisi isə
saitlə tamamlanan feil köklərinə qoşularaq düzəltmə sifətlər yaradır.
Nümunələr:
Mövc kafidir sınıq kəştimğə, tufan istəməz.
(Mirzə Saleh Təbrizi)
Filologiya məsələləri, №4, 2017
97
Başı böyükdür, əsli kiçik küknar tək.
(Vəhid Qəzvini)
Bu çürük başım olsa payəndaz.
(Məhəmməd Məczub)
Ta dolaşuq həlqə-həlqə kakili gördüm.
(Məlik bəy Avcı)
Açıq əl ol kərim ilə qonşu çanağıdır.
(Vaiz Qəzvini)
Yuxarıdakı nümunələrdə işlənmiş sınıq, dolaşuq, açıq sifətləri –ıq
4
şəkilçisinin, böyük, çürük sifətləri isə -q/–k şəkilçisinin feillərə artırılması
yolu ilə formalaşmışdır. Dolaşuq sifəti həm də hazırkı dilimizdən fərqli ola-
raq –ıq əvəzinə -uq şəkilçisi ilə işlənmişdir ki, bu da o dövr ədəbi dilimiz
üçün xarakterik faktdır.
-ıcı/-ici/-ucu/-ücü şəkilçisi
Bu şəkilçilər Azərbaycan dilində feillərdən düzəltmə sifətlərin əmələ
gəlməsində iştirak edir. Müasir dilimizlə müqayisədə on yeddinci əsr
Azərbaycan ədəbi dilində həmin şəkilçilərin işlənmə dairəsinin çox da geniş
olmadığını müşahidə edirik.Məsələn:
Bir çalıcı həramiyə, bir əgri oğruya.
(Qövsi Təbrizi)
Alıcı gözlərin laçını etsə birinə çağıdır.
Bitərəhhüm durucu, öldürücü, qan edici,
Dərbədər, qapıbəqapı salıcı budur, bu.
(Vəhid Qəzvini)
Bir can alıcı könül xərabi,
Evlər yıxıcı dil iztirabı.
(Məsihi)
Nümunələrdəki çalıcı, alıcı, durucu, öldürücü, salıcı, yıxıcı
düzəltmə sifətləri feil köklərinə müvafiq şəkilçi artırılması yolu ilə düzəlmiş-
dir. Öldürücü sifətində -ücü şəkilçisinin –dür şəkilçisindən sonra işlənməsi
də diqqəti çəkir. Çalmaq feilinin oğurlamaq mənasında vaxtı ilə daha işlək
olduğunu da xatırladaq. İlk beytdə də çalıcı sifəti çal- feilindən düzəlməklə
oğurlayan, oğru mənasını bildirir. Alıcı sifəti də müəyyən qədər arxaik xüsu-
siyyətlərə malikdir. Dilimizdə indi də işlənən alıcı quş ifadəsində həmin
arxaiklik saxlanmaqdadır. Bu nümunədə alıcı sifəti can alan, ovlayan mə-
nasını bildirməkdədir.
-qın
4
, -ğın
4
şəkilçiləri
Dostları ilə paylaş: |