141
Komenski göstərir ki, uşaqlar zaman anlayışını çox çətin mənimsəyirlər. Bu
yaşda uşaqlar hətta bu günlə sabahı qarışdırırlar.
Komenskiyə görə uşaqlar fəaliyyətlə, ağıl və dillə bağlı olan incəsənət,
dialektika, riyaziyyat, musiqi, bir neçə əl işləri və fiziki təmrinləri bilirlər.
Ilk altı ildə uşaq sual verib, cavab almağı bacarmalıdır. Bu dövrdə
riyaziyyatın əsaslarından çoxu, azı, enli, ensizi və digər ölçü vahidlərini sənətkarlıq
və əməkdən kəsməyi, tikməyi, sökməyi bilməlidir. Dillə əlaqədar uşaqlarda
qramatikaya, ritorikaya, poetikaya aid biliklər inkişaf edir.
Beləliklə, 6 yaşlı uşaqlarda əşyaları tanımaq, fiziki əmək və cəldlik, nitq
mədəniyyəti, əxlaq və xeyirxahlıq, mərhəmətlilik və s. kimi anlayışlar
formalaşdırılmalıdır.
Komenski analara uşaqların qayğısına hələ uşaq dünyaya gəlməzdən əvvəl
qalmağı məsləhət görür, bunun üçün ilk növbədə hamilə qadınlar öz sağlamlıqları
qayğısına qalmalıdırlar, hamilə qadınlara içki içmək, həyacanlanmaq, əsəbiləşmək,
əzab çəkmək olmaz. Ana bu mühüm məsələlərə əhəmiyyət verməsə, onun gələcək
övladı əsəbi, narahat, qəmgin olacaq, bəzən isə ölü doğulacaqdır. Elə ki, bu zəif
məxluq dünyaya gəldi, valideyn birinci növbədə onun qayğısına qalmalıdır. Uşağını
ana özü əmizdirməlidir. Ən dəhşətlisi odur ki, bəzi analar öz uşaqlarını başqa
qadınlara əmizdirmək üçün verir. Bunun bir sıra ziyanı vardır. Ana xəstə deyilsə, heç
vaxt belə etməməlidir. Uşağı başqası əmizdirərsə, ana övlad arasında münasibətlər
itir, uşaq böyüyərkən öz anasına hörmət etmir, ona yad bir qadın kimi baxır.
Komenskiyə görə anaların uşaqlarını özləri əmizdirməsi onların əxlaqi saflığı üçün də
faydalıdır. Komenski görkəmli filosof Favorinin apardığı maraqlı bir eksperimenti
şərh edir. Favorin ana südünün körpə varlığın həyatında nə kimi əhəmiyyət kəsb
etdiyini quzular və çəpişlər üzərində sınaqdan keçirir. Çəpişlər qoyunları, quzular isə
keçiləri əmirlər. Nəticədə keçiləri əmmiş quzuların yunu cod, qoyunları əmmiş
çəpişlərin tükü nisbətən yumşaq olur. Komenski həmin təcrübədən belə nəticə çıxarır
ki, ana südünün uşağın mənəvi təşəkkülündə böyük əhəmiyyəti vardır.
Y.A.Komenski deyirdi ki, uşaq həyatı oda bənzəyir, odun yanması və
alovlanması üçün hava lazım olduğu kimi, uşağın da inkişafı üçün hərəkət lazımdır.
Uşaq çox qaçıb oynayanda yaxşı yatır, mədəsi yaxşı işləyir, tez böyüyür, fiziki və
142
mənəvi cəhətdən möhkəm olur. O, belə bir atalar sözünü də misal gətirir ki, şən
əhval- ruhiyyə sağlamlığın yarısıdır.
Valideynlər təkcə
uşaqlarının sağlamlığının qayğısına qalmaqla
kifayətlənməməli, həm də uşaqların ağıllı böyümələrinə xüsusi diqqət verməlidirlər.
Çünki müdriklik hər cür cəvahiratdan qiymətlidir. Ağıl, zəka sağ əldir, dövlət və
şöhrət isə müvəffəqiyyətdir. Əqlin yolu işıqlı və gözəldir. Uşaqlar əvvəlcə anasını,
atasını, suyu, yeməyi tanıyır. Odun, küləyin, soyuğun nə demək olduğunu bilir. Iti,
pişiyi tanıyır. Dörd, altı yaşda uşaqlar qum, palçıq və s. nə olduğunu başa düşür,
meyvələri tanıyırlar. Y.A.Komenski qeyd edir ki, uşaqlar yeddi yaşda hər hansı işlə
məşğul olmağı çox sevirlər. Onların qan dövranı daim hərəkət tələb edir. o, deyirdi
ki, qoy onlar qarışqa kimi səhərdən axşama kimi işləsinlər, oynasınlar, hərəkət
etsinlər. Bu çox xeyirli və faydalıdır. Onların oyunlarının məzmunlu olması üçün
onlara kömək göstərilməlidir. O, Afina sərkərdəsi Femstoklun balaca oğlu ilə
meydançada qumun üzərində oynadığını misal gətirir. Bir gənc çox təəccüblə
sərkərdəyə baxır. Sərkərdə gəncə deyir ki, özünün övladın olana kimi burada
gördüyünü heç kimə danışma. Bununla Komenski demək istəyirdi ki, valideynlik
hissini, övlad məhəbbətini, övladın tərbiyəsini, nazını çəkmək qayğısını yalnız
valideyn olanlar bilərlər.
Uşaq nə görürsə onunla maraqlanır, onu əllərinə götürür, dartır, sökür,
qopardır. Onlar bıçağı, dəhrəni yerə döyür, bununla da özünə zədə yetirirlər. Ona
görə də uşaqlara müxtəlif oyuncaqlar almaq lazımdır. Çünki uşaqlar bu oyuncaqlarla
oynadıqdaonların bədəni möhkəmlənir, əqli inkişaf edir, bədən üzvləri hərəkət edir.
onlar çox həvəslə tikinti materialları ilə oynayır, ev düzəldirlər. Uşaqların bu işlərinə
kömək etmək lazımdır. Işsizlik həm ağıl, həm mənəviyyat, həm də bədən üçün
zərərlidir. O, həmin işləri tədricən yerinə yetirməyi tövsiyə edirdi.
Y.A.Komenski uşaqların nitq inkişafı məsələlərinə də böyük əhəmiyyət
vermişdir. O, deyirdi ki, insanı heyvandan iki şey fərqləndirir. Bunlardan biri şüur,
digəri isə nitqdir. Şüur insanın özü üçün, nitq isə bağqaları üçün lazımdır. Buna görə
də bunların hər ikisinə eyni cür qayğı göstərmək lazımdır. Insan nitq mədəniyyətinə
yüksəlmək üçün qrammatikanı, ritorikanı və poetikanı öyrənməlidir.
Uşaq qramatikanı ən uzağı altı aylıq olanda örənməyə başlayır. Bir yaşda
143
uşaqlar a, ba-ba, ma və s. səsləri deyirlər. Sonra uşaqlarda ən yaxın olan nə-nə, baba
və s. sözlər yaranır. Bu yaşda çox zaman valideyn uşaqlarla guya danışır, əşyanın əsl
adını qoyub uşağın verdiyi adı çox həvəslə deyirlər. Məsələn, pəpə, qaqqa, çay-ça və
s. Bu uşaq nitqinin inkişafına mənfi təsir edir. Bu yaşda ata, ana, dayə, bacı – hamı
uşağa sözü düzgün tələffüz etməyi öyrətməlidir. Bu yaşda qrammatika ancaq bundan
ibarətdir. Bunu təqribi üç yaşa qədər davam etdirmək olar. Dörd, beş, altı yaşda uşaq
nitqi ətraf mühitin təsiri ilə zənginləşir. Bu yaşda uşağın nə etdiyini, nə iş gördüyünü
düzgün ifadə etmək üçün şərait yaratmaq lazımdır. Ona görə də tez-tez onlara “nə
edirsən?” , “nə iş görürsən?” kimi suallar vermək lazımdır. Uşaqlara çətin sözləri
tələffüz etdirmək, yanıltmaclar öyrətmək lazımdır.
Ritorika da uşaqlarda bir yaşda başlayır. Biz çox zaman öz fikrimizi uşaqlara
danışıqdan çox jestlərlə çatdırırıq. Uşağa əlimizin hərəkəti ilə, təbəssümlə müraciət
edirik. Uşaq iki-üç yaşdan sifətdən qəmginliyi, sevinci duyur, başı tərpətməklə,
barmaq hədələməklə uşaq yaxşı və pis hərəkət etdiyini başa düşür. Təxminən üç
yaşdan uşaq təəccüblənməyi, bəzən əl hərəkəti ilə danışmağı bacarır. 5-6 yaşdan uşaq
öz yaşıdlarından və dayəsindən eşitdiyi sözləri mənimsəyir. Elmlərin əsası bu yaşda
qoyulur. Uşaqla ağıllı davranmaq lazımdır. Təxminən elə bu yaşda poeziyadan da
danışmaq olar. Ona görə ki, uşaq ahəngdarlıqla danışmağa başlayır, ifadəli şer
söyləyir.
Y.A.Komenski əxlaq tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikrincə
nəcib, xeyirxah adamları kiçik yaşlardan tərbiyə etmək lazımdır. Kiçik ağacı tez
böyütmək olur, eləcə də uşağı kiçik yaşdan xeyrixah tərbiyə etmək asandır. Bunun
üçün daim xeyirxahlıq nümunəsi vaxtında ağıllı nəsihətlər və təmrinlər, mülayim
intizam kimi şərtlər lazımdır. Uşaqlara həmişə yaxşı nümunə göstərmək zəruridir. O,
dünyaya gələndə meymuna oxşayır, lakin qayğının, səyin nəticəsində dəyişib başqa
cür olur. Uşaq gözündən heç bir şey yayınmır. Ona görə də uşağın yaşadığı mühitə
həmişə diqqət yetirmək lazımdır. Burada mülayimlik, xeyirxahlıq, bir-birinə hörmət
əsas yer tutmalıdır. Əxlaq tərbiyəsində Komenski cəzaya da müraciət edir. O,
döyməyi deyil, yeri gələndə bərkdən acıqlanmağı məsləhət görür. Komenski deyirdi
ki, ailədə intizamın böyük əhəmiyyəti vardır. Intizamsız böyüyən uşaq xeyirxah ola
bilməz.
Dostları ilə paylaş: |