Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
A
A
Z
Z
Ə
Ə
R
R
B
B
A
A
Y
Y
C
C
A
A
N
N
R
R
E
E
S
S
P
P
U
U
B
B
L
L
İ
İ
K
K
A
A
S
S
I
I
N
N
I
I
N
N
H
H
Ü
Ü
Q
Q
U
U
Q
Q
İ
İ
A
A
K
K
T
T
L
L
A
A
R
R
I
I
N
N
D
D
Ö
Ö
V
V
L
L
Ə
Ə
T
T
R
R
E
E
Y
Y
E
E
S
S
T
T
R
R
İ
İ
Aktın növü
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyətinin Qərarı
Qəbul edildiyi tarix
17.09.2013
Qeydiyyat nömrəsi
19/2
Adı
“Bank lisenziyalarının və icazələrin alınması üçün
müraciət qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi
barədə
Rəsmi dərc edildiyi mənbə
Qüvvəyə minmə tarixi
28.09.2013
Azərbaycan Respublikasının
Vahid hüquqi təsnifatı üzrə
indeks kodu
090.060.010
Hüquqi Aktların Dövlət
Reyestrinin qeydiyyat nömrəsi
23201309170192
Hüquqi aktın Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi
tarix
27.09.2013
“Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ı
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2013-cü il 21 iyun tarixli 698-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun
22.0.17-ci maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci
maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında
Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Təlimatın 3 gün müddətində
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə
Nazirliyinə təqdim olunmasını təmin etsin;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28.06.2004-cü il tarixli
qərarı ilə (11 nömrəli protokol) təsdiq edilmiş (12.08.2004-cü il tarixli 3075 nömrəli
şəhadətnamə) “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Təlimat” və bu Təlimata 15.04.2010-cu il tarixli (06.05.2010-cu il tarixli 3789 nömrəli
şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
Sədr
Elman Rüstəmov
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 19/2
“17
” sentyabr
2013-cü il
Sədr
_______________
Elman Rüstəmov
Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinə,
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən hazırlanmış və
Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün banklara və xarici bankların yerli
filiallarına bank lisenziyasının, habelə yerli bankların filiallarına, xarici nümayəndəliklərinə və
xarici bankların yerli nümayəndəliklərinə icazənin alınması üçün müraciətlərin və onlara əlavə
olunan sənədlərin forma və məzmununu müəyyən edir.
1.2. Bu Təlimatda istifadə olunan anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikası
Qanununda verilən mənalarda istifadə edilir.
1.3. Bu Təlimatda başqa qayda nəzərdə tutulmadıqda müraciətlərə əlavə olunan bütün
məlumatlar və arayışlar bankın Müşahidə Şurasının sədri (xarici bankın səlahiyyətli vəzifəli
şəxsi) tərəfindən imzalanır.
1.4. Bu Təlimata əsasən təqdim edilən sənədlər (notariat qaydasında təsdiq edilən
sənədlər istisna olmaqla) bankın Müşahidə Şurası sədrinin imzası və bankın möhürü ilə təsdiq
olunur. Sənədlər bir səhifədən artıq olduqda onlar tikilir və nömrələnir.
1.5. Bütün sənədlər texniki vasitələrdən istifadə edilərək doldurulur, imzalanır və
qovluqda təqdim olunur.
1.6. Xarici hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan bütün sənədlər Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda
qanunvericiliyə müvafiq qaydada leqallaşdırılır və Azərbaycan dilinə tərcüməsi notariat
qaydasında təsdiq olunur.
1.7. Bank lisenziyasının alınması üçün müraciətin edilməsi proseduru iki mərhələdən
ibarətdir:
1.7.1. bank lisenziyasını almaq üçün ilkin müraciətin edilməsi və ona baxılmasını əhatə
edən birinci mərhələ;