Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

Həvarilərin Rəvayətlərinə sədaqət, yəni həvarilərdən 
alınan imanda və ayinlərdə ünsiyyət – bu ünsiyyət 
Həvarilik Vərasətinin əlaməti və zəmanətidir.
249. Liturgiyada hər şey dəyişməzdirmi?
1205-1206
Liturgiyada, xüsusilə də ayinlərin Liturgiyasında, 
dəyişməz ünsürlər mövcuddur, çünki onlar Allah 
tərəfindən qoyulub və Kilsə onların sadiq qoruyucusudur.
Lakin dəyişən ünsürlər də mövcuddur, bunları Kilsə 
müxtəlif xalqların mədəniyyətinə uyğunlaşdırmalıdır, 
bəzən də bunu etmək onun borcudur.
115


İkinci bölmə
Kilsənin yeddi sirləri (ayini)
Roqiyr van der Veyden. Yeddi sirlər. Kral incəsənət
muzeyi. Antverpen (Belcika).
116


Kilsə sirləri (ayinləri və ya müqəddəs işarələri) İsanın 
Çarmıxdakı fidyə Qurbanının bəhrəsidir. Triptixdə yeddi 
ayinin icra olunduğu məbəd təsvir edilmişdir. Çarmıxa 
çəkilənin ayaq tərəfində Yəhyanın tutub saxladığı 
kədərdən gücü tükənmiş Məryəm və mömin qadınlar 
durub. Ən içəri hissədə messanı icra edən keşiş Çevrilmə
ayinindən sonra çörək yuxarı qaldırır; bununla da Çarmıx
Qurbanının Evxaristiya ibadətində çörək və şərab 
şəklində yenidən aktual olunması göstərilir.
 
Yan kapellanı göstərən triptixin soldakı şəklində Vəftiz, 
Miro yağı ilə Məshetmə (yepiskop tərəfindən təqdim 
olunan) və Tövbə ayinləri təsvir olunmuşdur. Sağdakı 
şəkildə isə Keşişlik (həmçinin yepiskop tərəfindən təqdim
117


olunan) Nikah və Xəstələrin məsh edilməsi ayinləri 
nümayiş olunur. 
118


Kilsənin yeddi sirri (ayini)
Septem 
Ecclesiae 
Sacramen
ta (lat.)
Kilsənin
yeddi 
sirri 
(azərb.)
Сем таинств 
церкви
(рус.)
Seven 
mysterys 
of church
(eng.)
Yedi 
Kilisenin
Kutsal 
İşareti
(türk)
Baptísmum
Vəftiz 
Крещение
Baptism
Vaftiz
Confirmátio
Miro yağı
ilə 
məshet

Миропомазани
е
Confirmati
on
Kuvvetlendir
me
Eucharístia
Evxaristi
ya
Евхаристия
Eucharist
Efkaristiya
Paeniténtia
Tövbə
Покаяние
Penance
Barışma
Únctio 
infirmórum
Xəstələri
n məsh 
edilməsi
Елеосвящение
больного
Anointing 
of the sick
Kutsal hasta 
yağı
Ordo
Keşişlik
Священство 
(рукоположен
ие)
Holy 
orders
Ruhbanlık
Matrimóniu
m
Nikah 
Венчание
Matrimony
Evlenme
250. Hansı Kilsə sirləri mövcuddur?
1210-1211
Məsihçi həsretmə ayinləri (Vəftiz, Miro yağı ilə məshetmə
yaxud Konfirmasiya, Evxaristiya); şəfa ayinləri (tövbə və 
xəstələrin müqəddəs yağla məsh edilməsi); ünsiyyət və 
imanlıların missiyası xidməti zamanı keçirilən ayinlər 
(Keşişlik və Nikah) mövcuddur. Bunlar məsihçi həyatının 
vacib anlarına aiddir. Bütün ayinlər «onların şəxsi 
məqsədləri olan» Evxaristiyaya istiqamətlənilir (müq. 
Toma Akvinalı).
119


Birinci fəsil
MƏSİHÇİ HƏSRETMƏ AYİNLƏRİ
251. Məsihçi həsretməsi necə həyata keçirilir?
1212
1275
Məsihçi həyatının əsaslarını qoyan ayinlər vasitəsilə 
həyata keçirilir: Məsihə iman edənlər Vəftiz zamanı 
yenidən doğulurlar, Yağla Məshetmə vasitəsilə 
möhkəmlənirlər və Evxaristiya vasitəsilə qidalanırlar.
Vəftiz sirri
252. Birinci həsretmə ayini necə adlanır?
1213-1216
1276-1277
Bu, əsas mərasimlə əlaqədar olduğuna görə Vəftiz 
adlanır və onun vasitəsilə ayin həyata keçirilir: «vəftiz 
etmək» – «suya salınmaq» mənasını daşıyır. 
Vəftiz olunan şəxs Məsihin ölümünə salınır və Onunla 
«yeni yaradılış» (2Kor 5:17) kimi dirilir. Həmçinin bu ayin 
«yuma, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub 
təzələməsi» (Tit 3:5), «nurlanma» da adlanır, çünki vəftiz
olunan şəxs «nur övladı» (Ef 5:8) olur.
253. Əhdi-Ətiqdə vəftizin hansı rəmzləri var?
1217-1222
Əhdi-Ətiqdə Vəftizin bir çox rəmzləri var: həyat və ölüm 
mənbəyi olan su, su vasitəsilə xilas edən Nuhun gəmisi
İsraili Misir əsarətindən azad edən Qırmızı dənizdən 
120


keçid; İsraili əbədi həyat rəmzi olan vəd olunmuş torpağa
sahib edən İordan çayından keçid.
254. Bütün bu rəmzləri kim həyata keçirdi?
1223-1224
İsa Məsih. İctimai xidmətinin əvvəlində O, İordan çayında
Vəftizçi Yəhya tərəfindən vəftiz olunur; çarmıxda onun 
yaralanmış böründən Vəftiz və Evxaristiya rəmzi olan su 
və qan axır. Diriləndən sonra isə O, həvarilərə missiya 
tapşırır: «.... gedin, bütün millətləri Mənim şagirdim edin;
onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin» 
(Mat 28:19).
255. Kilsə hansı tarixdən etibarən və kimi vəftiz 
edir?
1226-1228
Pentekost günündən etibarən Kilsə İsa Məsihə iman 
edənləri vəftiz edir.
256. Vəftiz mərasimi nədən ibarətdir?
1229-1245
1278
Vəftiz mərasimi Ata, Oğul və Müqəddəs Ruhun adını 
çağırmaqla bərabər eyni zamanda vəftiz olunan şəxsin 
suya salınmasından yaxud onun başına suyun 
tökülməsindən ibarətdir.
257. Kim vəftiz oluna bilər?
1246-1252
Vəftiz olunmamış hər bir insan vəftiz oluna bilər.
258. Nə üçün Kilsə körpələri vəftiz edir?
1250
121


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə