Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

ölümünün mənası yeganə ümidimiz olan Məsihin ölüm və
dirilməsi işığında aydın görünür; İsa Məsihdə öləndə 
məsihçi «Rəbbimizin yanında məskunlaşır» (2Kor 5:8).
355. Dəfn mərasimi nəyi göstərir?
1684-1685 
Hər regionun şəraitlərinə və adətlərinə müvafiq olan 
müxtəlif dəfn mərasimləri məsihçi ölümünün Pasxa 
xarakterini göstərir:  dirilməyə ümidi və ölən məsihçi ilə, 
xüsusi olaraq canının təmizlənməsi haqqında dua 
vasitəsilə, ünsiyyətin mənasını açıqlayır. 
356. Dəfn mərasiminin əsas anları hansılardır?
1686-1690 
Adətən dəfn dörd hissədən ibarətdir: vəfat etmiş şəxsin 
bədənının imanlılar cəmiyyəti tərəfindən  təsəlli və ümid 
sözü ilə qarşılanması, Kəlam Liturgiyası, Evxaristiya 
Qurbanı və vida. Ölənin canı əbədi həyat mənbəyi olan 
Allaha, bədəni isə dirilməni gözləyərək torpağa tapşırılır.
150


İakov Kopiist. Dörd Müjdəyə İllüstrasiya. Vena (Austriya).
151


İllüstrasiyada xalçalarla döşənmiş geniş otaqda icra 
olunan Rəbbin gizli Axşamı süfrəsinin arxasınca 
Evxaristiyanın təyin olunması anı nümayiş etdirilir. 
(müqayisə: Mark 14:15)
“Onlar yeyəndə İsa çörək götürdü, şükür edib onu böldü 
və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim 
bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu 
da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki 
bu, Əhdin bağlanması və günahların bağışlanması üçün 
çoxları uğrunda axıdılan Mənim qanımdır” (Mat 
26:26-28).
İllüstrasiyada İsa və həvarilər kasa şəklində olan masa 
arxasında oturmuşlar. Masa üzərində Evxaristiya 
nemətləri olan çörək və şərab var. Arxitektonik fon 
üzərində səylə çəkilmiş otaq tikişləri və yeddi bünövrə 
üzərindəki dairəvi bəxşişxana ilə birgə İsanın 
Evxaristiyada məskəni olan Kilsənin rəmzidir. Mühüm bir 
nöqtə var: həvari Yəhya başını İsanın sinəsi üzərinə 
qoyub (müqayisə: Yəh 13:25). Bu, Evxaristiyanın 
imanlıda hasil etdiyi məhəbbət ünsiyyətini göstərir. Bu, 
Müəllimin dəvətinə şagirdin cavabıdır.
“Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa
Mən də onda qalsam, çoxlu bəhrə verər... Mənim 
məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz, 
Mənim məhəbbətimdə qalacaqsınız” (Yəh 15:5,9-10).
Evxaristiya İsa ilə ünsiyyət və Məsihə sadiq insanı 
əmrlərə əməl etməsi naminə gündəlik mübarizədə 
möhkəmləndirən qidadır:
“Xilaskarın Onda yaşayanlarda həmişə və hər zaman 
hüzuru var, hər ehtiyaclarını ödəyir və onlar üçün hər şey
152


deməkdir, diqqətlərini başqa tərəfə cəlb edərək hardasa 
nəsə axtarmağa qoymur. Çünki ehtiyacı olanlar üçün elə 
bir şey yoxdur ki, Onun Özü müqəddəslər üçün olmasın, 
çünki O Özü doğur, böyüdür və qidalandırır, O Özü 
onların nuru və nəfəsidir, gözüdür, Özü ilə onları təqdis 
edir və Özünü görmək imkanını verir.  Məsih Özü həm 
qida olan həyat çörəyi, həm də qida Verəndir. Təmin 
etdiyi təminat da Özüdür.  O, yaşayanlar üçün həyatdır, 
nəfəs alanlar üçün ətirdir, geyinmək istəyənlər üçün 
paltardır. Yalnız Onunla biz yeriyə bilərik, O həyatdır və 
həyatın yolunda istirahətdir.  Biz üzvlərik, O isə Başdır. 
İşləmək gərəkdir? Tərifə layiq olanlara O kömək edir. 
Qalib biz oluruq? O bizim hazır tacımızdır. Beləcə, hər 
şeydə O bizi Özünə cəlb edir və ağlımıza başqa şeyə 
tərəf dönməyə yaxud mövcud olan bir şeyə qarşı 
məhəbbətlə alovlanmağa imkan vermir...  Deyilənlərdən 
görünür ki, Məsihdə həyat yalnız gələcəkdə deyil, indiki 
həyatda müqəddəslərdədir. Onlar Məsihin həyatı ilə 
yaşayır və hərəkət edirlər. (müq. Nikolay Kavasila. 
Məsihdə həyat haqqında yeddi söz. 1,13-15).
153


154


ÜÇÜNCÜ HİSSƏ
MƏSİHDƏ HƏYAT
155


156


Birinci Bölmə
«İnsanın çağırışı – Ruhda həyat»
El Qreko, Müq.Yəhya günahsız Bakirə Məryəmə baxır.
İncəsənət Muzeyi, Toledo, (İspaniya).
157


Müqəddəs Məryəm (Panaghia – tam müqəddəs)  
Müqəddəs Ruhun yaradılışlarından ən yaxşısıdır. Onun 
bütün həyatı, günahsız döllənmədən izzətlə göyə 
qalxmasına qədər ilahi məhəbbətlə doludur. Ata və 
Oğulun məhəbbət Ruhu Məryəmdə yeni məxluq, yeni 
Həvva, Səmavi Ataya ibadət etməyə və Ona tabe olmağa
tərəf dönmüş yeni ürək və yeni ağıl yaradır. Ata üçün 
Məryəm sevimli Qızdır. Onun ürəyi və ağlı Oğulu qəbul 
etməyə yönəlir. Onun üçün Məryəm Ana, Şagird və 
Yoldaşdır; Məryəm Müqəddəs Ruhla ünsiyyətdə olmağa 
və Onunla əməkdaşlıq etməyə yönəlir, Müqəddəs Ruh 
üçün Məryəm qiymətli Əhd Mücrüsüdür.
Şəkildə Məryəm musiqi alətlərində çalan və şadlanan 
mələklərlə əhatə edilib; Onun başına Müqəddəs Ruhun 
ilahi məhəbbətinin nuru saçır, göyərçin bunun rəmzidir. 
Məryəm Kilsənin Anası və Müdafiəçisidir (Onun 
ayaqlarının yanında müqəddəs binanın şəkli görünür). 
Ana kimi İsanın qarşısında təsirli müdafiəedici hərəkəti 
ilə Kilsə üzərinə səmavi rifahlarını bol-bol tökür 
(çiçəklənən gül kolu bunun rəmzidir).
Sol aşağı küncdə təsvir olunan və Bakirə Məryəmə baxan
həvari Yəhya Bakirə Məryəmdə kamil Nümunə və eyni 
zamanda Müəllim, Ruhda həyata Yol Göstərəni görən hər 
bir imanlının rəmzidir.
Sistersialı rahib Xristian (XII əsr) həvarilərin ruhani 
təcrübəsinə Məryəmin aid olduğu sirr barədə düşünürdü.
Həvariləri Məryəmi əhatə edən on iki ulduzla müqayisə 
edərək rahib yazır:
“Onlar tez-tez Müəllimin yanına gələn şagirdlər kimi 
Onun əməllərinin həqiqətini dərk etmək üçün Müdrik 
Qızın ətrafına yığışırdılar. Sonra bu həqiqəti onlar 
müvafiq vaxtda digərlərinə vəz etmək istəyirdilər. Allah 
tərəfindən təqdis olunan və nurlandırılan Məryəm onlar 
üçün səmavi müdrikliyin həqiqi xəzinəsinə çevrildi, çünki 
gündəlik həyatında O kamilcəsinə Müdrikliyin Özü olan 
Oğluna yaxın idi. Məryəm, eşitdiklərini və gördüklərini 
158


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə