ölümünün mənası yeganə ümidimiz olan Məsihin ölüm və
dirilməsi işığında aydın görünür; İsa Məsihdə öləndə
məsihçi «Rəbbimizin yanında məskunlaşır» (2Kor 5:8).
355. Dəfn mərasimi nəyi göstərir?
1684-1685
Hər regionun şəraitlərinə və adətlərinə müvafiq olan
müxtəlif dəfn mərasimləri məsihçi ölümünün Pasxa
xarakterini göstərir: dirilməyə ümidi və ölən məsihçi ilə,
xüsusi olaraq canının təmizlənməsi haqqında dua
vasitəsilə, ünsiyyətin mənasını açıqlayır.
356. Dəfn mərasiminin əsas anları hansılardır?
1686-1690
Adətən dəfn dörd hissədən ibarətdir: vəfat etmiş şəxsin
bədənının imanlılar cəmiyyəti tərəfindən təsəlli və ümid
sözü ilə qarşılanması, Kəlam Liturgiyası, Evxaristiya
Qurbanı və vida. Ölənin canı əbədi həyat mənbəyi olan
Allaha, bədəni isə dirilməni gözləyərək torpağa tapşırılır.
150
İakov Kopiist. Dörd Müjdəyə İllüstrasiya. Vena (Austriya).
151
İllüstrasiyada xalçalarla döşənmiş geniş otaqda icra
olunan Rəbbin gizli Axşamı süfrəsinin arxasınca
Evxaristiyanın təyin olunması anı nümayiş etdirilir.
(müqayisə: Mark 14:15)
“Onlar yeyəndə İsa çörək götürdü, şükür edib onu böldü
və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim
bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu
da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki
bu, Əhdin bağlanması və günahların bağışlanması üçün
çoxları uğrunda axıdılan Mənim qanımdır” (Mat
26:26-28).
İllüstrasiyada İsa və həvarilər kasa şəklində olan masa
arxasında oturmuşlar. Masa üzərində Evxaristiya
nemətləri olan çörək və şərab var. Arxitektonik fon
üzərində səylə çəkilmiş otaq tikişləri və yeddi bünövrə
üzərindəki dairəvi bəxşişxana ilə birgə İsanın
Evxaristiyada məskəni olan Kilsənin rəmzidir. Mühüm bir
nöqtə var: həvari Yəhya başını İsanın sinəsi üzərinə
qoyub (müqayisə: Yəh 13:25). Bu, Evxaristiyanın
imanlıda hasil etdiyi məhəbbət ünsiyyətini göstərir. Bu,
Müəllimin dəvətinə şagirdin cavabıdır.
“Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa,
Mən də onda qalsam, çoxlu bəhrə verər... Mənim
məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz,
Mənim məhəbbətimdə qalacaqsınız” (Yəh 15:5,9-10).
Evxaristiya İsa ilə ünsiyyət və Məsihə sadiq insanı
əmrlərə əməl etməsi naminə gündəlik mübarizədə
möhkəmləndirən qidadır:
“Xilaskarın Onda yaşayanlarda həmişə və hər zaman
hüzuru var, hər ehtiyaclarını ödəyir və onlar üçün hər şey
152
deməkdir, diqqətlərini başqa tərəfə cəlb edərək hardasa
nəsə axtarmağa qoymur. Çünki ehtiyacı olanlar üçün elə
bir şey yoxdur ki, Onun Özü müqəddəslər üçün olmasın,
çünki O Özü doğur, böyüdür və qidalandırır, O Özü
onların nuru və nəfəsidir, gözüdür, Özü ilə onları təqdis
edir və Özünü görmək imkanını verir. Məsih Özü həm
qida olan həyat çörəyi, həm də qida Verəndir. Təmin
etdiyi təminat da Özüdür. O, yaşayanlar üçün həyatdır,
nəfəs alanlar üçün ətirdir, geyinmək istəyənlər üçün
paltardır. Yalnız Onunla biz yeriyə bilərik, O həyatdır və
həyatın yolunda istirahətdir. Biz üzvlərik, O isə Başdır.
İşləmək gərəkdir? Tərifə layiq olanlara O kömək edir.
Qalib biz oluruq? O bizim hazır tacımızdır. Beləcə, hər
şeydə O bizi Özünə cəlb edir və ağlımıza başqa şeyə
tərəf dönməyə yaxud mövcud olan bir şeyə qarşı
məhəbbətlə alovlanmağa imkan vermir... Deyilənlərdən
görünür ki, Məsihdə həyat yalnız gələcəkdə deyil, indiki
həyatda müqəddəslərdədir. Onlar Məsihin həyatı ilə
yaşayır və hərəkət edirlər. (müq. Nikolay Kavasila.
Məsihdə həyat haqqında yeddi söz. 1,13-15).
153
154
ÜÇÜNCÜ HİSSƏ
MƏSİHDƏ HƏYAT
155
156
Birinci Bölmə
«İnsanın çağırışı – Ruhda həyat»
El Qreko, Müq.Yəhya günahsız Bakirə Məryəmə baxır.
İncəsənət Muzeyi, Toledo, (İspaniya).
157
Müqəddəs Məryəm (Panaghia – tam müqəddəs)
Müqəddəs Ruhun yaradılışlarından ən yaxşısıdır. Onun
bütün həyatı, günahsız döllənmədən izzətlə göyə
qalxmasına qədər ilahi məhəbbətlə doludur. Ata və
Oğulun məhəbbət Ruhu Məryəmdə yeni məxluq, yeni
Həvva, Səmavi Ataya ibadət etməyə və Ona tabe olmağa
tərəf dönmüş yeni ürək və yeni ağıl yaradır. Ata üçün
Məryəm sevimli Qızdır. Onun ürəyi və ağlı Oğulu qəbul
etməyə yönəlir. Onun üçün Məryəm Ana, Şagird və
Yoldaşdır; Məryəm Müqəddəs Ruhla ünsiyyətdə olmağa
və Onunla əməkdaşlıq etməyə yönəlir, Müqəddəs Ruh
üçün Məryəm qiymətli Əhd Mücrüsüdür.
Şəkildə Məryəm musiqi alətlərində çalan və şadlanan
mələklərlə əhatə edilib; Onun başına Müqəddəs Ruhun
ilahi məhəbbətinin nuru saçır, göyərçin bunun rəmzidir.
Məryəm Kilsənin Anası və Müdafiəçisidir (Onun
ayaqlarının yanında müqəddəs binanın şəkli görünür).
Ana kimi İsanın qarşısında təsirli müdafiəedici hərəkəti
ilə Kilsə üzərinə səmavi rifahlarını bol-bol tökür
(çiçəklənən gül kolu bunun rəmzidir).
Sol aşağı küncdə təsvir olunan və Bakirə Məryəmə baxan
həvari Yəhya Bakirə Məryəmdə kamil Nümunə və eyni
zamanda Müəllim, Ruhda həyata Yol Göstərəni görən hər
bir imanlının rəmzidir.
Sistersialı rahib Xristian (XII əsr) həvarilərin ruhani
təcrübəsinə Məryəmin aid olduğu sirr barədə düşünürdü.
Həvariləri Məryəmi əhatə edən on iki ulduzla müqayisə
edərək rahib yazır:
“Onlar tez-tez Müəllimin yanına gələn şagirdlər kimi
Onun əməllərinin həqiqətini dərk etmək üçün Müdrik
Qızın ətrafına yığışırdılar. Sonra bu həqiqəti onlar
müvafiq vaxtda digərlərinə vəz etmək istəyirdilər. Allah
tərəfindən təqdis olunan və nurlandırılan Məryəm onlar
üçün səmavi müdrikliyin həqiqi xəzinəsinə çevrildi, çünki
gündəlik həyatında O kamilcəsinə Müdrikliyin Özü olan
Oğluna yaxın idi. Məryəm, eşitdiklərini və gördüklərini
158
Dostları ilə paylaş: |