yetirməyə çalışır, çünki «məhəbbətlə fəal olan imandır»
(Qal 5:6).
387. Ümid nədir?
1817-1821
1843
Ümid – dini comərdlikdir, bunun vasitəsilə biz arzulayır
və bir xoşbəxtlik kimi Allahdan əbədi həyat gözləyirik,
onu qazanmaq və yer üzündəki həyatımıza sonadək
dözmək üçün Məsihin vədlərinə ümid edirik və Müqəddəs
Ruhun lütfünün köməyinə arxalanırıq.
388. Məhəbbət nədir?
1822-1829
1844
Məhəbbət – dini comərdlikdir, bunun vasitəsilə biz Allahı
hər şeydən çox sevirik və Allaha olan məhəbbətimizə
görə qonşumuzu da özümüz kimi sevirik. İsa bunu
Qanunu tamamlayan yeni əmr kimi verir. Məhəbbət –
«kamil birliyin bağıdır» (Kol 3:14) və canlandırdığı,
ilhamlandırdığı, təşkil etdiyi digər comərdliklərin
təməlidir: məhəbbətsiz «mən bir heçəm» və «mənə heç
bir xeyri yoxdur» (1Kor 13:1-3).
389. Müqəddəs Ruhun ənamları nədir?
1830-1831
1845
Müqəddəs Ruhun ənamları – insanı İlahi məqsədlərin
ardınca getməyə vadar edən daimi meyldir. Bunların sayı
yeddidir: müdriklik, ağıl, məsləhət, möhkəmlik, bilik,
salehlik və Allah qorxusu.
390. Müqəddəs Ruhun səmərəsi nədir?
1832
169
Müqəddəs Ruhun səmərəsi kamillikdir, əbədi izzətin
bizdə başlanğıcıdır. Kilsə Ənənəsi on iki təzahürü tanıyır:
“Məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq,
sədaqət, həlimlik, nəfsə hakim olmaq” (Qal 5:22-23).
Günah
391. Allahın mərhəmətinin qəbul edilməsi bizdən
nəyi tələb edir?
1846-1848
1870
Bizdən təqsirin etirafını və günahların tövbəsini tələb
edir. Allah Öz Kəlamı və Müqəddəs Ruhu ilə günahlarımızı
aşkar edir və vicdanın həqiqətini və bağışlanmağa ümidi
verir.
392. Günah nədir?
1849-1851
1871-1872
Günah – «əbədi Qanuna zidd olan söz, əməl yaxud
arzudur» (müq. Avqustin). Allahın məhəbbətinə
tabesizlikdə Ona qarşı edilən təhqirdir. Günah insani
təbiəti yaralayır və insani həmrəyliyə ziyan gətirir. Məsih
Öz Əzablarında sona qədər günahın yükünü açdı və Öz
mərhəməti ilə ona qalib gəldi.
393. Günahın müxtəlifliyi varmı?
1852-1853
1873
Günahın müxtəlifliyi böyükdür. Zidd olduqları məqsədə,
comərdliyə, əmrlərə görə onları fərqləndirmək olar. Onlar
bilavasitə Allaha, qonşumuza yaxud özümüzə aid ola
bilər. Bundan başqa, fikirdə, sözdə, əməldə yaxud
hərəkətsizlikdə olan günahları fərqləndirmək olar.
170
394. Ağırlığına görə günahlar necə fərqlənir?
1854
Ölümə aparan və adi günah mövcuddur.
395. İnsan ölümə aparan günahı nə vaxt edir?
1855-1861
1874
İnsan ölümə aparan günahı o vaxt edir ki, bunlar eyni
zamanda mövcuddur: ciddi maddə, tam şüur və tam
qərəzli razılıq. Bu günah bizdə məhəbbəti məhv edir,
təqdis edən lütfdən bizi məhrum edir və tövbə etməsək,
cəhənnəmdə əbədi ölümə məruz qoyur. Adətən, ölümə
aparan günahın bağışlanması Vəftiz yaxud Tövbə
(Barışma) ayini vasitəsilə mümkündür.
396. İnsan adi günahı nə vaxt edir?
1862-1864
1875
Ölüm günahından mahiyyətcə fərqlənən günah, aşağıda
sadalananlar mövcuddursa - adi günah hesab olunur:
günahın maddəsi yüngül yaxud ciddi olsa belə, o tam
şüurla və tam razılıqla edilmir. Bu günah Allahla birliyi
məhv etmir, lakin məhəbbəti zəiflədir; yaranan rifahlara
nizamsız bağlılığı nümayiş etdirir; insana comərdlik
etməkdə və mənəvi xeyirxahlığı arzulamaqda mane olur;
müvəqqəti təmizləyici cəzaya layiq görülür.
397. Günah bizdə necə yayılır?
1865
1876
Günah günaha meyl yaradır, onun təkrarlanması isə
qüsur yaradır.
398. Qüsur nədir?
1866-1867
171
Comərdliyin əksi olan qüsurlar vicdanı ləkələyən və
günaha meylli edən şər vərdişlərdir. Qüsurlar yeddi əsas
günahla əlaqəli ola bilər: qürur, xəsislik, paxıllıq, qəzəb,
ehtiras, qarınqululuq, tənbəllik yaxud ümidsizlik.
399. Başqa insanların günahlarına görə biz
məsuliyyət daşıyırıqmı?
1868
Qərəzlə onlara yardım ediriksə, məsuliyyət daşıyırıq.
400. Günahlı strukturlar nədir?
1869
Şəxsi günahların ifadəsi və nəticəsi olan və İlahi qanuna
qarşı çıxan ictimai vəziyyətlər və təşkilatlar.
İkinci fəsil
İNSAN BİRLİYİ
Şəxsiyyət və cəmiyyət
401. İnsanın sosial ölçüsü nədən ibarətdir?
1877-1880
1890-1891
Hər kəsə bəxtiyarlıq üçün şəxsi təyinatı ilə yanaşı insanın
təbiətinin və çağırışının vacib ünsürü kimi sosial ölçüsü
də xasdır. Həqiqətən də, bütün insanlar eyni bir məqsədə
– Allaha dəvət olunmuşlar. Allahın Simaları arasında olan
ünsiyyətlə insanların öz aralarında həqiqət və məhəbbət
içində bərqərar etməli olduğu qardaşlıq arasında bir
oxşarlıq var. Qonşuya olan məhəbbət Allaha olan
məhəbbətdən ayrılmazdır.
402. İnsanın ictimaiyyətlə nə əlaqəsi var?
172
1881-1882
1892-1893
Bütün ictimai təşkilatların prinsip, subyekt və məqsədi
şəxsiyyət olmalıdır. Bəzi cəmiyyətlər, məsələn, ailə
yaxud vətəndaş cəmiyyəti onun üçün zəruridir. Həm
siyasi cəmiyyətlər daxilində, həm də beynəlxalq
səviyyədə köməkçi (subsidiar) prinsipinə hörmət edən
digər assosiasiyalar (birliklər) da faydalı ola bilər.
403. Köməkçilik prinsipi nədir?
1883-1885
1894
Bu prinsipin mənası budur: yüksək təbəqəyə aid olan
cəmiyyətin aşağı təbəqəni səlahiyyətdən məhrum
edərək onu özü ilə əvəz etməməlidir, əksinə, zəruri halda
ona yardım etməlidir.
404. Əsl insani birgə yaşama daha nəyin olmasını
tələb edir?
1886-1889
1895-1896
Bu, hörmət, ədalət və dəyərlərin düzgün asılılığını, yəni
maddi və instinktiv səviyyələrin daxili və ruhani
səviyyələrə tabe olunmasını tələb edir. Günahın ictimai
mühiti korladığı yerdə qəlbləri iman gətirməyə və İlahi
lütfə çağırmaq lazımdır ki, insanların hər birinə onların
şəxsiyyətlərini tapdalamadan real olaraq xidmət edən
ictimai dəyişikliklər əldə olunsun. Ədalətin həyata
keçməsini tələb edən və bizə bunun üçün bacarıq verən
mərhəmət ən böyük ictimai tələbdir.
İctimai həyatda iştirak
405. Cəmiyyətdə hökumət nəyə arxalanır?
1897-1902
1918-1920
173
Dostları ilə paylaş: |