Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

məqbul olan şeylərin qeydinə qalmaq üçün, Ona məqbul 
olmağa çalışmaq üçün, Məsih məhəbbətinin mütləq 
üstünlüyünü göstərmək üçün və Onun izzətlə gəlişinin 
alovlu intizarını Allahın Padşahlığına görə Bakirəlik yaxud
nikahsızlıq yolu ilə Rəbb İsanın ardınca getməyə çağırır.
343. Nikah sirri necə həyata keçirilir?
1621-1624
Nikah ər-arvad üçün Kilsə həyatında bir ictimai status 
qoyduğuna görə ictimai şəkildə ibadət zamanı keşişin 
(yaxud Kilsənin səlahiyyətli şahidi) və həmçinin 
şahidlərin iştirakı ilə həyata keçirilir.
344. Ər-arvadın razılığı nədir?
1625-1632
1662-1663 
Ər-arvadın razılığı – kişi ilə qadının sadiq və səmərəli 
məhəbbət birliyində yaşamaq məqsədi ilə özlərini 
bir-birlərinə vermək istəyidir. Nikah razılıqla qurulduğuna 
görə razılıq vacib və əvəzedilməzdir. Nikahın qanuni 
olması üçün belə razılığın məqsədi həqiqi nikaha daxil 
olmaq arzusu olmalıdır; nikaha daxil olanlar üçün razılıq 
şüurlu və azad hərəkət olmalıdır, zorla yaxud məcburən 
onların boynuna qoyulmamalıdır.
345. Nikaha daxil olanlardan biri katolik deyilsə, 
onlardan nə tələb olunur?
1633-1637 
Qarışıq nikahın (katolik və vəftiz olunmuş şəxslə 
qeyri-katolik arasında olan nikah) qanuni olması üçün 
Kilsə səlahiyyətlilərinin icazəsi olmalıdır. Dinlər 
fərqləndikdə (yəni katoliklərlə vəftiz olunmamış şəxslər 
arasında) nikahların qanuni olması üçün dispensasiya 
(azadolunma) tələb olunur. Hər halda vacibdir ki, tərəflər 
nikahın məqsədini və əhəmiyyətli «xüsusiyyətlərini» 
kənar etməsinlər və imanı qorumaq, uşaqları Katolik 
146


Kilsəsində vəftiz və tərbiyə etmə kimi borcların katolik 
olmayan tərəfin nəzərinə çatdırılmasını katolik tərəf 
təsdiqləməlidir.
346. Nikah ayininin səmərələri nədir?
1638-1642
Nikah ayini ilə ər-arvad arasında daimi və müstəsna 
bağlar bağlanır. Allah Özü ər-arvadın razılığını möhürləyir.
Buna görə də vəftiz olunmuş şəxslər arasında təqdir 
edilən və tamamlanan nikah heç vaxt ləğv edilə bilməz. 
Bundan başqa, ayin ər-arvada nikah həyatının təqdis 
olunması üçün lütf və uşaqların tərbiyəsi üçün 
məsuliyyət verir.
347. Nikah ayininə hansı günahlar tam ziddir?
1645-1648
Xəyanət və çoxarvadlılıq, çünki bunlar kişi və qadının 
bərabər olan ləyaqətlərinə və həmçinin nikah 
məhəbbətinin nadirliyinə və müstəsnalığına ziddir; 
ər-arvadı övlad ənamından məhrum edən həyat 
davamından imtina; ləğvolunmazlığa zidd olan boşanma.
348. Kilsə nə vaxt ər-arvadın fiziki ayrılığını 
mümkün edir?
1629
1649 
Ciddi səbəblərə görə birgə həyatlarının qeyri-mümkün 
olduğu halda, Kilsə onların fiziki cəhətdən ayrılığına icazə
verir, lakin onlardan barışma gözləyir. Lakin hər iki tərəf 
sağdırsa, Kilsə onların keçmiş nikahlarının qanuni 
qüvvəsi olmadığını elan etməsə, onlar yeni nikah qura 
bilməzlər.
147


349. Kilsə boşanmadan sonra təkrar nikah 
birliyinə daxil olanlara necə münasibət bəsləyir?
1650-1651
1665 
Rəbbə sadiq olan Kilsə təkrarən qurulmuş vətəndaş 
nikahını qanuni hesab edə bilməz: «Arvadını boşayıb 
başqası ilə evlənən kəs arvadına qarşı zina edir. Ərindən 
boşanıb başqasına gedən qadın da zina edir» (Mark 
10:11-12). Onlara münasibətdə Kilsə diqqətlə qayğı 
göstərir, onları iman, dua həyatına, mərhəmət işlərinə və
uşaqları məsihçilikdə tərbiyəyə dəvət edir. Lakin onlar 
obyektiv olaraq Allah qanununa zidd olan vəziyyətdə 
olduqları zaman günahların Tövbə ayini vasitəsilə 
bağışlanmasını əldə edə və Evxaristiyanı qəbul edə və  
bəzi Kilsə öhdəliklərini yerinə yetirə bilməzlər.
350. Nə üçün məsihçi ailəsi ev Kilsəsi də adlanır?
1655-1658
1666 
Çünki ailə Allah ailəsi olan Kilsənin ictimai və qohumluq 
təbiətini izhar edir və həyata keçirir. Onun hər üzvü öz 
roluna müvafiq olaraq vəftiz keşişliyini yerinə yetirir, 
ailəyə lütf və dua icmasına çevrilməyə, insani və məsihçi
dəyərlərin məktəbi olmağa, uşaqlara ilk dəfə imanın 
xəbərini verən yer olmağa kömək edir.
Dördüncü fəsil
DİGƏR İBADƏTLƏR
Müqəddəs təsirli əməllər 
351. Müqəddəs təsirli əməllər  nədir?
1667-1672
1677-1678 
148


Həyatın bəzi şəraitlərini təqdis etmək üçün Kilsə 
tərəfindən təyin edilmiş müqəddəs əlamətlərdir. Onlara  
xaç əlaməti və digər işarələr ilə müşayiət olunan dualar 
daxildir. Müqəddəs təsirli əməllər arasında xeyir-dualar, 
Allahı izzətləndirmə və Onun ənamlarının verilməsi 
barədə dua; insanın həsretməsi və İlahi kultun 
əşyalarının təqdis edilməsi vacib yer tutur.
352. Ekzorsizm nədir?
1673 
Kilsə İsa naminə öz səlahiyyəti ilə insanın yaxud əşyanın 
hiyləgərin hücumlarından müdafiə olunmasını və onun 
idarəsi altından alınmasını tələb edirsə, onda söhbət 
Ekzorsizmdən gedir. Sadə şəkildə bu, vəftiz zamanı 
keçirilir. Böyük ekzorsizm adlanan təntənəli ekzorsizmi 
yalnız yepiskopun icazəsi ilə keşiş keçirə bilər.
353. Xalq salehliyinin hansı formaları sirrli ayinli 
Kilsə həyatını müşaiət  edir?
1674-1676
1679
Məsihçi xalqının dindar hissi həmişə salehliyin müxtəlif 
formalarında izhar olunurdu, bu da ayinli Kilsə həyatına 
uyğun gəlirdi, məsələn, müqəddəs sayılan şeylər,  
müqəddəs yerlərin ziyarəti, dini mərasimlər, Çarmıx yolu,
Təsbeh üstə Dua. Kilsə imanın nuru ilə xalq salehliyinin 
həqiqi formalarını maarifləndirir və dəstəkləyir.
Məsihçilərin dəfn olunması
354. Ayinlər və məsihçinin ölümü bir-biri ilə hansı 
əlaqədədir?
1680-1683
Məsihdə vəfat edən məsihçi yer üzündəki günlərinin 
sonunda Vəftizlə başlayan, Yağla Məshetmə ilə 
möhkəmlənən, səmavi ziyafətin intizarı olan Evxaristiya 
ilə qidalanan həyatının sonuna çatır. Məsihçinin 
149


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə